PharmEd

Pharmed

DETRAZOL 150MG N1 CAP

DETRAZOL 

Beynəlxalq patentləşdirilməmiş adı: Fluconazole

 

DETRAZOL Tərkibi

Təsiredici maddə: 1 kapsulda 50 mq və ya 150 mq flukonazol vardır.
Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik selüloza, qarğıdalı nişastası, kolloidal silisium
 dioksid, maqnezium stearat, natrium lauril fosfat.
Örtük: titan dioksid, xinolin sarısı, jelatin, sarı dəmir oksidi (50 mq), patent blue V (50
 mq), günəş qürubu sarısı boya maddəsi (150 mq).

 

Farmakoterapevtik qrupu

Göbələkəleyhinə preparat.

ATC kodu: J02AC01.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası:
Detrazol - triazol qrupundan göbələkəleyhinə vasitədir, göbələk hüceyrələrində sterolların sintezinin
güclü və selektiv inhibitorudur, hüceyrə divarlarının keçiriciliyini azaldır. Candida spp., Microsporum
spp., Cryptococcus neoformans, Trichophyton spp., Blastomyces dermatitidis, Coccidiodes immitis və
Histoplasma capsulatum tərəfindən törədilən göbələk xəstəliklərində effektlidir. Göbələk fermentlərinə
qarşı yüksək spesifik təsir göstərir.
Farmakokinetikası:
Paylanması:
Detrazol toxumaya və bütün bioloji mayelərə yaxşı nüfuz edir. Ağız suyunda və bəlğəmdə analoji olaraq
plazmadakı qədər konsentrasiya yaranır. Göbələk mənşəli meningit zamanı onurğa beynində konsentrasiyası 80%-ə çatır.
Zülallarla birləşməsi:
Detrazol 11-12% plazma zülalları ilə birləşir.
Metabolizmi:
Metabolizmə məruz qalmır, periferik qan dövranında metabolitlərinə rast gəlinmir.
Xaric olunması:
Detrazolun 80%-i dəyişilməmiş halda sidiklə xaric olur. Flukonazolun yarımxaricolma dövrü (T1/2) 30
saat təşkil edir.

 

İstifadəsinə göstərişlər

• Genital kandidoz, vaginal kandidoz (kəskin və xroniki residiv verən), vaginal kandidozun
residivləşmə tezliyinin azaldılmasinda profilaktik məqsədlə (ildə 3 və daha çox epizodlar).
• Antibiotiklərlə müalicədən sonra göbələk infeksiyasına qarşı profilaktik məqsədlə.
• Dəri mikozları, pəncənin mikozu, qasıq mikozu, onixomikoz, dəri kandidozu.
• İmmuniteti zəifləmiş xəstələrdə göbələk infeksiyasının profilaktikası məqsədilə yayılmış
kandidoz.
• Kandidemiya, disseminəolunmuş kandidoz və digər invaziv formalı kandidoz infeksiyaları (qarın
boşluğu infeksiyaları, endokard, göz, tənəffüs yolları və sidik yollarının kandidozu).
• Selikli qişaların, eyni zamanda ağız boşluğunun, udlağın, qida borusunun kandidozu, qeyriinvaziv bronx-ağciyər kandidozu, kandiduriya, dəri kandidozu, ağız boşluğunun diş protezləri
hesabına yaranan atrofik kandidozu.
• Kriptokokkoz, kriptokokk meningiti və başqa kriptokokklar.
• Sistem kandidozlar.
• Dərin endemik mikozlar.

 

Əks göstərişlər

Preparata qarşı fərdi həssaslıq. Flukonazola qarşı yüksək həssaslığı olan xəstələrdə, preparat yalnız
həkimin göstərişinə əsasən və ciddi həkim nəzarəti altında istifadə olunmalıdır.
Terfenadinlə (terfenadinin dozası 400 mq-dan artıq olduqda), QT intervalını uzadan və sitoxrom
CYP 3A4 P450 ilə metabolizə olunan dərman vasitələri (sizaprid, astemizol, pimozid, xinidin və
eritromisin) ilə eyni vaxtda istifadəsi.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Qaraciyər funksiyasının pozğunluqları zamanı preparat yalnız həkimin göstərişinə əsasən və ciddi həkim
nəzarəti altında istifadə olunmalıdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər siz terfenadin (allergiyanın müalicəsi üçün antihistamin preparat) və ya sizaprid (mədə pozğunluğu
üçün istifadə olunan) və ya pimozid (antipsixotik vasitə) və ya xinidin (aritmiya zamanı istifadə olunan)
və ya eritromisin (antibiotik) istifadə edirsinizsə Detrazoldan istifadə etməməlisiniz.
Detrazol ilə qarşılıqlı istifadə oluna bilən preparatlar.
- Rifampisin və ya rifabutin (infeksiyalara qarşı antibiotiklər).
- Alfentanil, fentanil (anesteziya zamanı istifadə olunur).
- Amitriptilin, nortriptilin (anti-depressant kimi istifadə olunur).
- Amfoterisin B, vorikonazol (anti-funqal).
- Yuxugətirici və sakitləşdirici kimi istifadə olunan benzodiazepinlər (midazolam, triazolam və ya
oxşar preparatlar).
- Karbamazepin, fenitoin.
- Nifedipin, isradipin, amlodipin felodipin və lozartan (hipertenziya üçün istifadə olunur)
- Siklosporin, everolimus, sirolimus və ya takrolimus.
- Xərçəngin müalicəsində istifadə olunan siklosfosfamid, cəzair bənövşəsinin alkaloidləri (vinkristin,
vinblastin və ya oxşar preparatlar).

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Detrazol hamiləlik və lakstasiya dövründə yalnız həkimin göstərişi əsasında təyin oluna bilər.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edən şəxslər bəzən başgicəllənmə
hallarının olduğunu nəzərə almalıdır.

 

DETRAZOL  İstifadə qaydası və dozası

Detrazolun gündəlik dozası göbələk infeksiyasının təbiətindən və ağırlıq dərəcəsindən asılı olaraq təyin
olunur.
Vaginal kandidozda
Detrazol 150 mq birdəfəlik dozada daxilə təyin olunur. Vaginal kandidozun resedivlərinin qarşısını almaq
üçün Detrazol ayda 1 dəfə 150 mq dozada qəbul olunur. Müalicə müddəti fərdidir: 4-12 ay.
Kandidozun profilaktikası üçün Detrazol 50-400 mq dozada gündə bir dəfə göbələk infeksiyası yaranma
riskindən asılı olaraq təyin olunur.
Pəncə, qasıq nahiyəsi və dəri mikozlarında
Detrazol həftədə 1 dəfə 150 mq dozada təyin olunur. Müalicə müddəti 2-4 həftədir. Antibiotiklərlə
müalicədən sonra profilaktik məqsədlə Detrazol həftədə bir dəfə 150 mq dozada təyin olunur.
Onixomikozlarda
Detrazol həftədə 1 dəfə 150 mq dozada, dırnaq sağalana qədər qəbul edilir.
Yayılmış kandidoz və digər invaziv kandidozlarda
Detrazol ilk günlərdə 450 mq, sonrakı günlərdə isə 150-450 mq təyin olunur. Müalicə klinik effektdən
asılı olaraq davam etdirilir.
Sistem kandidozlarda
Həftədə 150-450 mq təyin olunur. Müalicə 2 il davam etdirilir.
Kriptokokk meningitində və digər lokalizasiyalı kriptokokklarda
Birinci gün 400 mq, sonrakı günlər isə gündə 1 dəfə 200-400 mq təyin olunur. Müalicənin müddəti klinik
effektdən asılıdır.
Uşaqlarda qəbul dozaları
Selikli qişaların kandidozlarında
3 mq/kq/sut, birdəfəlik zərbə dozası 6 mq/kq-dır. Yayılmış kandidozun və kriptokokk infeksiyasının
müalicəsində 6-12 mq/kq/sut doza təyin olunur.
Xroniki böyrək çatışmazlığı olan xəstələrdə
İlkin zərbə dozası 50-400 mq; KK 50 ml/dəq olan xəstələrdə adi gündəlik doza qəbul olunur; KK 11-50
ml/dəq olduqda isə, gündəlik dozanın 50%-ı və ya iki gündə bir dəfə adi doza qəbul olunmalıdır;
hemodializdə olan xəstələrdə isə, hər hemodializdən sonra 1 doza qəbul edilir.

 

Əlavə təsirləri

Nadir hallarda ürəkbulanma, qusma, diareya, baş ağrıları, səpgilər meydana çıxa bilər.

 

Doza həddinin aşılması

Əgər belə bir hal baş verərsə, həkimə müraciət edin.

 

Buraxılış forması

50 mq-lıq 7 kapsul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
150 mq-lıq 1 kapsul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
 

 

Aptekdən buraxılma şərti

50 mq-resept əsasında buraxılır.
150 mq – reseptsiz buraxılır.