pharmed
DETRALEKS 1000MG N30 TB
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Preparatın qəbuluna başlamazdan əvvəl bu içlik vərəqəni sona qədər diqqətlə oxuyun, çünki burada sizin üçün vacib məlumatlar var.
Bu dərman reseptsiz əldə edilə bilər. Lakin, siz Detraleks ilə ən yaxşı nəticələrə nail olmaq üçün ondan ehtiyatla istifadə etməlisiniz.
- Bu içlik vərəqəni saxlayın. Onu yenidən oxumağa ehtiyacınız yarana bilər.
- Əlavə məlumat və ya məsləhətə ehtiyacınız olarsa, əczaçınızdan soruşun.
- Əlavə suallarınız yaranarsa, müalicə həkiminizə və ya əczaçınıza müraciət edin.
- Sizin simptomlarınız yaxşılaşmırsa, yaxud pisləşirsə, həkiminizlə əlaqə saxlamalısınız.
- Əgər əlavə təsirlər meydana çıxarsa, yaxud siz bu içlik vərəqədə göstərilməyən
xoşagəlməz təsirlər müşahidə etsəniz, bu barədə həkiminizə və ya əczaçınıza məlumat verin.
DETRALEKS örtüklü tabletlər DETRALEX
Tərkibi
Təsiredici maddələr: mikronizəedilmiş, təmizlənmiş 1000 mq flavonoid fraksiyasının tərkibində: 900 mq diosmin və 100 mq hesperidin şəklində flavonoidlər vardır.
Köməkçi maddələr: jelatin, maqnezium stearat, mikrokristallik sellüloza, natrium nişasta qli- kolatı, talk, qliserol, makroqol 6000, hipromelloza, qırmızı dəmir oksidi (E172), natrium lauril sulfat, titan 4-oksid (E171), sarı dəmir oksidi (E172).
Təsviri
Narıncı-cəhrayi rəngli uzunsov formalı örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Angioprotektor dərman vasitəsi. Kapilyarstabilləşdirici maddələr,bioflavonoidlər.
ATC kodu: C05CA53
İstifadəsinə göstərişlər
Aşağı ətrafların funksional və üzvi xroniki venoz çatışmazlığı simptomlarının müalicəsi:
• Ayaqlarda ağırlıq hissi
• Ağrı
• Gecə qıcolmaları
Hemorroidal krizlə əlaqəli funksional simptomların müalicəsi.
Əks göstərişlər
Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bu dərman xəstəxanada yatan və ya hərəkətsiz vəziyyətdə olan pasiyentlərdə flebit riskinin qarşısını almaq üçün kifayət deyil.
Venoz çatışmazlıq zamanı elastik corablar kimi xüsusi tədbirlərə ehtiyac ola bilər.
Müalicəyə baxmayaraq, ağrı və anal qanaxmanın qalmasının babasildən başqa digər səbəbləri də ola bilər: həkiminizlə əlaqə saxlayın.
Eyni qaydada yaşı 50-dən çox olan və gözlənilməz anal qanaxma müşahidə edən istənilən pasiyent öz həkimi ilə məsləhətləşməlidir.
Kəskin babasilin simptomatik müalicəsi üçün bu məhsulun təyin edilməsi digər düz bağırsaq xəstəlikləri üçün müalicəni istisna etmir.
Əgər əlamətlər dərhal zəifləməyə başlamırsa, proktoloji müayinə həyata keçirilməli və müalicə yenidən nəzərdən keçirilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Reseptsiz əldə edilən dərmanlar da daxil olmaqla, hazırda, yaxud son günlərdə qəbul etdiyiniz preparatlar barədə həkiminizə və ya əczaçınıza məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə olduğunuzu (və ya ola biləcəyinizi) düşünürsünüzsə və ya hamilə olmaq planlaşırsınızsa, bu preparatın qəbuluna başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin.
Hamiləlik
Təhlükəsizlik məqsədi ilə hamiləlik müddətində Detraleks-in istifadəsindən qaçmaq məqsədəuy- ğundur.
Laktasiya
Dərmanın südlə ifraz olunması barədə məlumat yoxdursa, laktasiya dövründə onu qəbul etməyin.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Detraleks avtomobil və ya mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir, yaxud çox cüzi təsir edir.
Detraleks-in qəbulu zamanı həkimin və ya əczaçının göstərişlərinə həmişə ciddi riayət edin. Əgər sizin preparatın qəbulunun düzgünlüyünə şübhəniz varsa, həkim və ya əczaçı ilə
məsləhətləşməlisiniz.
İstifadə qaydası və dozası
Daxilə qəbul edilir.
Flebologiyada:
Adi doza:
Gündə 1 tablet, səhər yeməyi zamanı.
Hemorroidal kriz zamanı
İlk 4 gün ərzində gündə 3 tablet (səhər, günorta, axşam), növbəti 3 gün ərzində isə gündə 2 tablet (səhər və axşam).
Müalicənin müddəti
Müalicənin nə qədər davam edəcəyini həkiminiz və ya əczaçınız sizə deyəcək. Həkiminiz və ya əczaçınızla məsləhətləşmədən müalicəni dayandırmayın.
Detraleks qəbul etməyi unutmusunuzsa
Unudulmuş dozanın əvəzini çıxmaq üçün növbəti dozanı iki dəfə artırmayın.
Preparatın qəbulu ilə bağlı əlavə suallarınız varsa, öz müalicə həkiminizə və ya əczaçınıza müraciət edin.
Əlavə təsirləri
İstənilən dərman preparatı kimi Detraleks də bütün xəstələrdə olmasa da, əlavə təsirlərə səbəb ola bilər.
Bu əlavə təsirlərə aşağıdakılar aiddir:
- Yayılmış əlavə təsirlər (10 nəfərdən birindən azında, lakin 100 nəfərdən birindən çoxunda üzə çıxa bilər): ishal, dispepsiya, ürəkbulanma, qusma.
- Yayılmamış əlavə təsirlər (100 nəfərdən birindən azında, lakin 1000 nəfərdən birindən çoxunda üzə çıxır): kolit.
- Nadir əlavə təsirlər (1000 nəfərdən birindən azında, lakin 10,000 nəfərdən birindən çoxunda üzə çıxır): başgicəllənmə, başağrı, əzginlik, səpgi, qaşınma, övrə
- Tezliyi məlum deyil: ayrıca üz, dodaq, göz qapaqlarının ödemi; qarında ağrı. İstisna hallarda Kvinke ödemi.
Hər hansı əlavə təsir ciddi xarakter almağa başlasa, yaxud burada sadalanmayan əlavə təsir müşahidə etsəniz, bu barədə öz həkiminizə və ya əczaçınıza məlumat verin.
Doza həddinin aşılması
Əgər sizə tövsiyə ediləndən daha çox Detraleks qəbul etmisinizsə, həkiminizə və ya əczaçınıza məlumat verin.
Doza həddinin aşılması zamanı nadir hallarda diareya, qusma, qarında ağrı, qaşınma və səpgilər barədə məlumat verilmişdir.
Buraxılış forması
10 tablet, blisterdə. 3, 4 və ya 6 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 9 tablet, blisterdə. 2, 3 və 6 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Satışda bütün növ ölçüdə qutular olmaya bilər
Saxlanma şəraiti
30◦ C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Le Laboratuar Servye İndastri – Fransa 905 route de Saran
45520 Gidy-France (Fransa).
Qeydiyyat vəsiqəsinin və ticarət nişanının sahibi
Le Laboratuar Servye - Fransa 50, rue Carnot
92284 Suresnes cedex – France (Fransa).