Pharmed
DESMOPRESSIN 0,1MG 5ML DAMLA
DESMOPRESSIN
Beynəlxalq patentləşdirilməmiş adı: Desmopressin
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 100 mkq desmopressin vardır.
Köməkçi maddələr: benzalkonium xlorid, natrium xlorid, natrium dihidrofosfat dihidrat, təmiz-
lənmiş su.
Farmakoterapevtik qrupu
Antidiuretik (hormonal preparat).
Farmakoloji xüsusiyyətləri
Preparatın tərkibində olan desmopressin, hipofizin arxa payının təbii hormonu olan arginin-
vazopressinin (antidiuretik hormon) sintetik analoqudur. Vazopressin ilə müqayisədə
desmopressin, damarların və daxili orqanların saya əzələlərinə daha zəif təsir göstərməklə
yanaşı, daha şiddətli antidiuretik təsirə malikdir ki, bu da təbii vazopressin molekulu ilə
müqayisədə desmopressin molekulunun strukturunda dəyişikliklərlə əlaqəlidir: 1-sisteinin
dezaminləşməsi və 8-L-argininin 8-D-arginin ilə əvəz olunması.
Orqanizmə daxil olduqdan sonra, preparat sürətlə sorulur və vazopressin asetat qana daxil olur.
Preparat orqanizmə yeridildikdən 30 dəqiqə sonra antidiuretik effekt göstərməyə başlayır. 10-20
mkq desmopressinin intranazal yolla orqanizmə yeridilməsi, pasiyentlərin əksəriyyətində 8-12
saat müddətində davam edən antidiuretik effekti təmin edir. Preparatın toksikliyi çox aşağıdır.
Desmopressinin teratogen və ya mutagen təsirləri aşkar edilməyib.
Qanda desmopressin orqanizmə yeridildikdən 15-30 dəqiqə sonra, aşkar olunmağa başlayır.
İntranazal yolla yeridildikdən sonra, preparatın biomənimsənilməsi 3-6 % təşkil edir. Qan
plazmasında maksimal konsentrasiya 60 dəqiqədən sonra əldə edilir. Desmopressinin
biotransformasiyası transhidrogenaza fermenti vasitəsi ilə disulfid körpüsünün parçalanmasından
ibarətdir və qaraciyərdə həyata keçir. Desmopressin, təbii antidiuretik hormona nisbətən, daha
ləng parçalanır. Desmopressin orqanizmdən əsasən, böyrəklər vasitəsi ilə xaric olunur.
Desmopressinin yarımxaricolma dövrü 3-4 saat təşkil edir.
İstifadəsinə göstərişlər
- Mərkəzi mənşəli şəkərsiz diabet (diabetes insipidus);
- böyrəklərin konsentrasiyaedici fəaliyyəti normal olduqda, 5 yaşdan yuxarı pasiyentlərdə
birincili gecə enurezi;
- mərkəzi mənşəli kəskin poliuriya (MSS-də travma, xəstəlik və ya cərrahi müdaxilə
nəticəsində);
- böyrəklərin konsentrasiyaedici fəaliyyətini müəyyən etmək üçün test.
Əks göstərişlər
- Psixogen və ya adət halını almış polidipsiya daxil olmaqla, plazma osmolyarlığının aşağı
düşməsi ilə müşayiət olunan bütün vəziyyətlər;
- dekompensasiya olunmuş ürək çatışmazlığı;
- orqanizmdə mayenin ləngiməsi;
- anuriya və diuretiklərin istifadəsi tələb olunan digər vəziyyətlər;
- preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Desmopressindən istifadə etdikdə, aşağıda göstərilən hallarda xüsusilə ehtiyatlı olmaq lazımdır:
- 1 yaşa qədər uşaqların və yaşlı pasiyentlərin müalicəsi;
- pasiyentin orqanizmində su-elektrolit balansının pozulması;
- kəllədaxili təzyiqin yüksəlməsi üçün potensial təhlükə olduqda.
Gecə enurezinin müalicəsi aparıldıqda və böyrəklərin konsentrasiyaedici fəaliyyətini tədqiq
etdikdə, preparatın istifadəsindən 1 saat əvvəl və 8 saat sonra, pasiyent heç bir maye qəbul
etməməlidir. Sususzluq hissi meydana çıxdığı halda, bütün göstərilən dövr müddətində 200 ml-
dən artıq maye qəbul etmək olmaz. Maye qəbulunun artırılması üçün zərurət yarandıqda
(məsələn, qızdırma meydana çıxdıqda), müalicəni dayandırmaq və həkimə müraciət etmək
lazımdır. Gün ərzində maye qəbulunu məhdudlaşdırmaq və ya maye qəbulunun adi rejimini
pozmaq olmaz.
Gecə enurezinin müalicəsi aparılan dövr ərzində sidiyin osmolyarlığına nəzarət etmək tövsiyə
olunur. Zərurət yarandıqda, qan plazmasının osmolyarlığını müəyyən etmək lazımdır.
Preparat burun damcısı şəklində istifadə olunduğu üçün, kəskin və xroniki iltihab daxil olmaqla,
burunun selikli qişasında baş verən bütün dəyişikliklər, qana daxil olan preparatın miqdarının
dəyişməsinə səbəb ola bilərlər. Belə hallarda, yeridilən damcıların miqdarını dəyişmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Böyrək reseptorlarının antidiuretik hormona qarşı həssaslığının yüksəlməsinə səbəb olan
indometasinin istifadəsi fonunda desmopressinin yeridilməsi, daha şiddətli effekt ilə müşayiət
olunur.
Hipofizin funksiyası qismən və ya tam saxlanıldığı hallarda, həqiqi antidiuretik hormonun
sekresiyasını stimullaşdıran preparatlarla eyni zamanda təyin edildikdə, desmopressinin effekti
güclənə bilər; bu preparatlara trisiklik antidepressantlar, xlorpropamid, karbamazepin və
klofibrat aiddir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə preparat
heç bir mənfi təsir göstərmir.
İstifadə qaydası və dozası
Preparatı, başı bir qədər arxaya ataraq və burun çəpəri istiqamətinə çevirərək, bilavasitə burun
yollarına damızdırmaq lazımdır. Damcıların sayını, preparat yerləşən flakonun bir hissəsi olan,
damcısalan vasitəsi ilə ölçmək lazımdır. Preparatın terapevtik təsiri, yeridildikdən 30 dəqiqə
sonra başlayır.
Şəkərsiz diabet (diabetes insipidus)
Diaqnozu təsdiq olunmuş pasiyentlərin müalicəsi üçün desmopressinin istifadəsi, sidik ifrazı
həcminin əhəmiyyətli dərəcədə aşağı düşməsinə gətirib çıxarır ki, bu da sidik ifrazına çağırışların
tezliyinin aşağı düşməsi ilə özünü biruzə verir. Preparata qarşı həssaslıqdan asılı olaraq, həkim,
preparatın dozasını və yeridilməsi arasında intervalları hər bir pasiyent üçün fərdi qaydada təyin
edir. Bundan əlavə, nəzərə almaq lazımdır ki, pasiyentlərin yalnız kiçik bir hissəsində,
antidiuretik hormonun sekresiyasının tam blokadası baş verir.
Uşaqlar və böyüklər üçün desmopressinin gündəlik dozası 5-dən 40 mkq-a qədər təşkil edir, yəni
1-dən 8-ə qədər damcı; bu dozanı 3 dəfə yeridilməyə bölmək olar.
Birincili gecə enurezi (enuresis nocturna)
Desmopressinin effektiv dozasını fərdi qaydada seçmək lazımdır və bu doza adətən, sutkada 10-
30 mkq təşkil edir. Pasiyent üçün müvafiq dozanı müalicənin gedişində, dozanı tədricən artıraraq
müəyyən etmək lazımdır. Müalicənı ən aşağı dozadan başlamaq lazımdır – bədən səthinin sahəsi
1 kv.m-dən artıq olmayan uşaqlar üçün 1-2 damcıdan və ya bədən səthinin sahəsi 1 kv.m-dən
artıq olan uşaqlar üçün 2 damcıdan. Preparatı 2-4 həftə müddətində istifadə etdikdən sonra effekt
olmadığı halda, sutkalıq dozanı 1 damcı artırmaq lazımdır. Müalicədən effekt əldə olunana qədər
dozanın seçilməsi prosesini davam etdirmək lazımdır (sutkada 30-40 mkq-a qədər).
Preparatın istifadəsi ilə müalicə kursunun gedişində, gecələr maye qəbulunu məhdudlaşdırmaq
lazımdır. Orqanizmdə mayenin ləngimə əlamətləri meydana çıxdığı halda, müalicəni dərhal
dayandırmaq lazımdır.
Böyrəklərin konsentrasiyaedici fəaliyyətinin tədqiqi
Tövsiyə olunan doza – 3 damcı (təxminən, 15 mkq desmopressin), 1 yaşdan yuxarı uşaqlar üçün
– 2-3 damcı (təxminən, 10-15 mkq desmopressin).
Preparatdan istifadə etdikdən sonra, sidik kisəsini boşaltmaq lazımdır. Osmolyarlığı müəyyən
etmək məqsədi ilə, preparatın istifadəsindən sonra, növbəti 4 saat müddətində saatda bir dəfə
pasiyentdən sidik nümunələrini toplamaq lazımdır. Test aparılan müddət ərzində və sona
çatdıqdan sonra 4 saat müddətində (preparatın istifadəsindən sonra cəmi 8 saat ərzində) maye
qəbulunu məhdudlaşdırmaq lazımdır.
Daha böyük yaşlı uşaqlarla müqayisədə, 1 yaşa qədər uşaqlarda böyrəklərin konsentrasiyaedici
fəaliyyətinin aşağı olduğunu nəzərə alaraq, bu uşaqlarda preparatın istifadəsi ilə böyrəklərin
konsentrasiyaedici fəaliyyətinin tədqiqi müstəsna hallarda aparılır.
Böyrəklərin konsentrasiyaedici fəaliyyətinin tədqiqi uşaq nefroloqu tərəfindən həyata
keçirilməlidir. Təxminən, 1 yaşlı uşaqlarda həddindən artıq yüksək dozaların istifadəsi, sinir
sisteminin qıcıqlanması nəticəsində qıcolmaların inkişaf etməsi ilə müşayiət oluna bilər. 1 yaşlı
uşaqlarda test aparıldığı halda, sidik toplanan müddət ərzində maye qəbulunu tamamilə istisna
etmək lazımdır.
Testin nəticəsində böyrəklərin konsentrasiyaedici fəaliyyətinin aşağı düşməsi müəyyən
edildikdə, sınağı yenidən təkrar etmək lazımdır.
Mərkəzi poliuriyanın kəskin forması
Preparatı 2 damcı istifadə etmək lazımdır. Tam balans vəziyyəti əldə edilənə qədər, maye
qəbulunu və diurezi saat intervallarında qiymətləndirmək lazımdır; bu zaman, desmopressinin
effektinin başlanması, preparatın istifadəsindən sonra 30 dəqiqə müddətində gözlənilir. Növbəti
3-5 saat ərzində, orqanizmə daxil olan və xaric olan mayenin müvafiqliyini qiymətləndirmək,
plazmanın və sidiyin osmolyarlığına və qanda natriumun konsentrasiyasına nəzarət etmək
lazımdır. Kəskin mərkəzi poliuriya vəziyyəti 1 saatdan artıq müddət ərzində davam etdiyi
hallarda, preparatın parenteral (əsasən, vena daxilinə) yeridilməsi tövsiyə olunur.
Preparatı həkim təyinatına ciddi riayət edərək istifadə etmək lazımdır!
Əlavə təsirləri
Əlavə təsirlər siddətli deyil, nadir hallarda meydana çıxır və doza aşağı salındıqdan sonra, aradan
qalxır.
Çox tez-tez meydana çıxan əlavə təsirlər: başağrısı, ürəkbulanma, mədə nahiyəsində ağrı, zökəm,
burun qanaxması.
Bəzən meydana çıxan əlavə təsirlər: preparatın tərkibində olan komponentlərə qarşı allergik
reaksiyaların dəri təzahürləri.
Preparatın istifadəsi ilə, maye qəbulunu məhdudlaşdırmadan aparılan müalicə nəticəsində,
orqanizmdə suyun ləngiməsi baş verə bilər ki, bu da bədən kütləsinin artması, ödemlərin əmələ
gəlməsi, qan plazmasında natriumun səviyyəsinin aşağı düşməsi ilə özünü biruzə verir.
Doza həddinin aşılması
Preparatın istifadəsi zamanı doza həddinin aşılması, orqanizmdə mayenin ləngimə riskinin
yüksəlməsinə və hiponatriemiyaya gətirib çıxarır. Hiponatriemiyanın müalicəsinin ciddi fərdi
olmasına baxmayaraq, simptomlar müşahidə olunmadıqda, desmopressinlə müalicəni
dayandırmaq və maye qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur.
Həddindən artıq maye ləngiməsi müşahidə olunan pasiyentlərə, natrium xloridin izotonik və ya
hipertonik məhlulları təyin olunur. Zərurət yarandıqda, furosemid təyin etmək olar.
Buraxılış forması
100 mkq/ml desmopressin məhlulu (burun damcısı) 5 ml-lik şüşə flakonlarda. Damcısalan-
dozator ilə təchiz olunmuş 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
5 ml məhlul, burun damcısı şəklində, damcısalanla birlikdə flakonda. 1 ml məhlulda təxminən 20
damcl var. 1 damcıda təxminən 5 mkq aktiv maddə vardır. Flakonda cəmi təxminən 100 damcı
var.
Saxlanma şəraiti
25° C-dən aşağı temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Biofarm” SC, 0160, Qotua küç., 3, Tbilisi, Gürcüstan.
Tel.: (99532) 238-34-59.
e-mail: info@biopharm.georqanizmdə suyun ləngiməsi baş verə bilər ki, bu da bədən kütləsinin artması, ödemlərin əmələ
gəlməsi, qan plazmasında natriumun səviyyəsinin aşağı düşməsi ilə özünü biruzə verir.
Doza həddinin aşılması
Preparatın istifadəsi zamanı doza həddinin aşılması, orqanizmdə mayenin ləngimə riskinin
yüksəlməsinə və hiponatriemiyaya gətirib çıxarır. Hiponatriemiyanın müalicəsinin ciddi fərdi
olmasına baxmayaraq, simptomlar müşahidə olunmadıqda, desmopressinlə müalicəni
dayandırmaq və maye qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur.
Həddindən artıq maye ləngiməsi müşahidə olunan pasiyentlərə, natrium xloridin izotonik və ya
hipertonik məhlulları təyin olunur. Zərurət yarandıqda, furosemid təyin etmək olar.
Buraxılış forması
100 mkq/ml desmopressin məhlulu (burun damcısı) 5 ml-lik şüşə flakonlarda. Damcısalan-
dozator ilə təchiz olunmuş 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
5 ml məhlul, burun damcısı şəklində, damcısalanla birlikdə flakonda. 1 ml məhlulda təxminən 20
damcl var. 1 damcıda təxminən 5 mkq aktiv maddə vardır. Flakonda cəmi təxminən 100 damcı
var.
Saxlanma şəraiti
25° C-dən aşağı temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Biofarm” SC, 0160, Qotua küç., 3, Tbilisi, Gürcüstan.
Tel.: (99532) 238-34-59.
e-mail: info@biopharm.ge