PharmEd

Pharmed

DEKSAMETAZON 4MG 1ML N25 AMP (KRKA)

TƏSDİQ EDİLMİŞDİR 
 Azərbaycan Respublikası
 Səhiyyə Nazirliyi
 Farmakoloji və Farmakopeya
 Ekspert Şurasının sədri
 _____________ E.M.Ağayev
 
 “___”__________ 2019-cu il
 Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
DEKSAMETAZON inyeksiya üçün məhlul
DEXAMETHASON
Beynəlxalq patentləşdirilməmiş adı: Dexamethasone.
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 4,37 mq deksametazon natrium fosfat vardır 
(4,00 deksametazon fosfata uyğundur)
Köməkçi maddələr: qliserin (qliserol), dinatrium edetat, dinatrium fosfat dihidrat, inyeksiya 
üçün su.
Təsviri
Azacıq sarımtıl rəngli və ya rəngsiz, şəffaf məhluldur.
Farmakoterapevtik qrupu
Sistemstifadə üçün kortikosteroidlər. Qlükokortikoidlər.
ATC kodu: H02AB02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Deksametazon qlükokortikoid aktivlik ilə böyrəküstü vəzinin qabıq qatının sintetik 
hormonudur. O, iltihabəleyhinə, immunosupressiv təsirə malikdir, eləcə də enerji 
metabolizminə, qlükoza homeostazına və (əks əlaqənin mənfi effekti vasitəsilə) hipotalamik 
rilizinq-hormonuna və adenohipofiz hormonuna təsir göstərir. Qlükokortikoidlərin təsiri tam 
olaraq müəyyən olunmayıb. Hazırda, qlükokortikoidlərin hüceyrə səviyyəsində təsir 
mexanizmi barədə kifayət qədər sübut var. Hüceyrələrin sitoplazmasında iki reseptor sistemi 
mövcuddur. Qlükokortikoid reseptorları vasitəsilə kortikosteroidlər iltihabəleyhinə, 
immunodepressiv və qlükoza homeostazına təsir göstərir, mineralokortikoid reseptorları 
vasitəsilə natrium, kalium mübadiləsinə, elektrolit və su balansına təsir göstərir.
Qlükokortikoidlər yağəridici maddələrdir və hüceyrə membranı vasitəsilə hədəf-hüceyrələrə 
asanlıqla nüfuz edə bilirlər. Hormonun reseptorla birləşməsi, onun konformasiya dəyişikliyinə 
səbəb olur, bunun nətəcəsində isə reseptorun DNT-ə qarşı affinliyini artırır. Hormon-reseptor 
kompleksi hüceyrənin nüvəsinə daxil olur və qlükokortikoid tənzimləyici element (QTE) kimi 
tanınan sahəni tənzimləyən DNT ilə birləşir.
Aktivləşdirilmiş reseptor QTE və ya spesifik genlərlə birləşir və matris RNT (mRNT) 
transkripsiyasını tənzimləyir. Yenidən yaranmış mRNT ribosomlara nəql olunur, onlar isə 
daha sonra yeni zülalların yaranmasında iştirak edir. Hədəf-hüceyrələrin növündən və 
prosesindən asılı olaraq, yeni zülalların yaranması həm güclənə bilər (məs. qaraciyər 
hüceyrələrində tirozin-transaminaz sintezi), həm də ləngiyə bilər (məs. limfositlərdə IL sintezi). Qlükokortikoid reseptorları bütün hüceyrələrdə aşkar olunduqlarından, onların 
təsirinin reallaşması orqanizmin əksər hüceyrələrində həyata keçirilir.
Metabolizmə və qlükoza homeostazına təsiri: deksametazon insulinlə, qlükaqonla və 
katexolaminaminlərlə yanaşı, enerjinin toplanmasını və sərf edilməsini tənzimləyir. 
Qaraciyərdə piruvat, amin turşuları və qlikogen törəməsindən qlükozanın yaranmasını 
stimullaşdırır. Periferik toxumalarda, xüsusilə əzələlərdə, qlükoza sərfiyyatını azaldır və 
qaraciyərdə qlükoneogenez substratı olan amin turşularını (zülallardan) mobilləşdirir. Yağ 
metabolizminə birbaşa təsir, özünü, katexolaminlərin təsirinə cavab olaraq lipolizin 
güclənməsi və yağ toxumasının mərkəzləşdirilmiş formada paylanması ilə biruzə verir.
Böyrəklərin proksimal kanalcıqlarında olan reseptorlar vasitəsilə deksametazon böyrək qan 
dövranını və yumaqcıq filtrasiyasını stimullaşdırır, vazopressin sekresiyasını və yaranmasını 
ləngidir və böyrəyin turşuları xaricetmə qabiliyyətini yaxşılaşdırır. Damarların pressor 
maddələrə qarşı həssaslığını artırır.
Yüksək dozalarda deksametazon fibroblastlarla I və III tipli kollagenlərin və qlikozamino-
qlikanların yaranmasını ləngidir; hüceyrəxarici kollagen və matriksin yaranmasına mənfi təsir 
göstərməsi hesabına, yaraların sağalma prosesini ləngidir. Yüksək dozaların uzunmüddətli 
qəbulu, dolayı təsir kimi sümük toxumasının güclənən rezorbsiyasına səbəb olur və onun 
yaranmasını birbaşa olaraq azaldır (parathormon sekresiyasını stimullaşdırır və kalsitonin 
sekresiyasını ləngidir). Bundan başqa, o, kalsiumun mənfi balansına gətirib çıxarır -
bağırsaqda kalsium sorulmasını aşağı salır və böyrəklər vasitəsilə xaric olunmasını 
gücləndirir. Adətən bu ikincili hiperparatireoz və fosfaturiyaya yol açır.
Hipotalamus və hipofizə təsiri: deksametazon endogen kortizolla müqayisədə 30 dəfə artıq 
güclü təsir göstərir. Bu səbəbdən də, o, kortikotropin-rilizinq-faktoru (KRF) sekresiyasının və 
adrenokortikotrop hormonun (AKTH) daha güclü inhibitorudur. Farmakoloji dozalarda 
hipotalamus-hipofiz-böyrəküstü vəzi sisteminə mənfi təsir göstərir, ikincili böyrəküstü vəzi 
çatışmazlığına yol açır. Böyrəküstü vəzinin qabıq qatı çatışmazlığı 20-30 mq prednizolon 
ekvivlalenti olan gündəlik dozada deksametazonun yeridilməsindən sonra 5-7-ci gündə və ya 
kiçik dozalarla terapiyadan 30 gün sonra yarana bilər. Yüksək dozalarla qısa terapiya kursu 
dayandırıldıqdan sonra (5 gün əvvəl), böyrəküstü vəzinin qabıq qatının funksiyası bir həftə 
sonra bərpa oluna bilər; uzunmüddətli kurs sonrasında normallaşma daha gec baş verir, adətən 
bu proses 1 ilədək müddəti əhatə edir. Bəzi xəstələrdə böyrəküstü vəzinin qabıq qatının 
dönməz atrofiyası yarana bilər.
Qlükokortikosteroidlərin iltihab əleyhinə və immunosupressiv təsiri molekulyar və 
biokimyəvi effektləri ilə bağlıdır. Molekulyar iltihab əleyhinə effekt qlükokortikoidlərin 
qlükokortikoid reseptorları ilə qarşılıqlı əlaqəsinin və iltihab prosesində iştirak edən bir çox 
informasiya molekullarının, zulal və ferməntlərin yaranmasını tənzimləyən bir sıra genin 
ekspressiyasının dəyişməsinin nəticəsidir. Bu, iltihaba qarşı toxuma cavabının qarşısının 
alınmasına və ya aşağı düşməsinə yol açır: makrofaqların kumulyasiyasına mənfi təsir, 
faqositozun ləngidilməsi və lizosomal fermentlərin azad edilməsi, iltihab mediatorlarının 
sintezi, makrofaqal inhibitor faktorunun bloklanması. Deksametazon kapilyarların genişliyini 
və keçiriciliyini azaldır, leykositlərin endoteliyə qarşı adgeziyasını aşağı salır, Pg, 
leykotrienlər, tromboksanlar sintezini ləngidir.
Deksametazon hüceyrə fosfolipidlərinin araxidon turşusunun azad olunmasını aşağı salmaqla, 
leykotrienlərin yaranmasını azaldır, bu isə A2 fosfolipazanın fəallığının ləngidilməsinin 
nəticəsidir. Fosfolipaza təsiri dolayısı ilə, A2 fosfolipazın inhibitoru olan lipokortin 
(makrokortin) konsentrasiyasının artması ilə bağlıdır. Deksametazonun prostaqlandinlər və 
tromboksan sintezinə ləngidici təsiri siklooksigenazın yaranmasını kodlaşdıran spesifik 
mDNT sintezinin azalmasının nəticəsidir.
Deksametazon hüceyrə immun reaksiyaların (yavaşımış tipli hiperhəssaslıq reaksiyaları) 
qarşısını alır və ya onlara mənfi təsir göstərir, T-limfositlərin (I tipli T-helper), monositlərin 
və eozinofillərin miqdarını azaldır, immunoqlobulinlərin reseptorları ilə birləşmə qabiliyyətini 
aşağı salır, interleykinlərin sintezinə mənfi təsir göstərir: T-limfositar blastogenezi azaldır və 
ilkin immun cavabını aşağı salır. Humoral immuniteti II tipli T-helperlərin stimulyasiyasi hesabına aktivləşdirir - anticismlərin ifrazını gücləndirir. Əhəmiyyət kəsb edən effekti isə şiş 
nekrozu faktorunun (ŞNF) və İL-1 yaranmasının azaldılmasıdır.
Farmakokinetikası
Sorulması
Venadaxili yeridildikdən 5 dəq, əzələdaxili inyeksiyadan bir saat sonra, deksametazon fosfat 
plazmada pik konsentrasiyaya çatır. Oynağa və ya yumşaq toxumalara (yaralar) inyeksiya 
formasında lokal tətbiqindən sonra, absorbsiya əzələdaxili yeridilmə sonrası ilə müqayisədə 
bir qədər aşağıdır. Venadaxili tətbiqdən sonra təsirin başlaması tez baş verir; əzələdaxili 
tətbiqdən sonra isə klinik effekt 8 saat sonra əldə olunur. Təsir uzun müddət davam edir: 
əzələdaxili tətbiq sonrası 17 - 28 gün və lokal tətbiq sonrası 3 gün - 3 həftə. Deksametazonun 
bioloji yarımxaricolma dövrü 24-72 saat təşkil edir. Plazmada və sinovial mayedə 
deksametazon fosfat tez şəkildə deksametazona çevrilir.
Paylanması
Deksametazonun təqribən 77 %-i plazma zülalları, əsasən albumin ilə birləşir. Yalnız az 
miqdarda deksametazon albumin zülalları ilə birləşir. Deksametazon yağəridici maddə 
olduğundan, o, hüceyrədaxili və -xarici boşluğa nüfuz edə bilər.
Metabolizmi
Mərkəzi sinir sistemində (hipotalamus, hipofiz) onun təsiri membran reseptorlarla birləşməsi 
ilə bağlıdır. Periferik toxumalarda sitoplazmatik reseptorlarla birləşir. Parçalanma onun təsir 
göstərdiyi yerdə, yəni hüceyrədə baş verir.
Preparat əsasən qaraciyərdə metabolizmə uğrayır, lakin böyrəklərdə və digər toxumalarda da 
metabolizə olunur. Əsasən sidiklə xaric olunur.
Xaric olması
Əsasən sidiklə xaric olunur.
İstifadəsinə göstərişlər
Deksametazon daxilə qəbul mümkün olmadıqda və ya fövqəladə hallarda venadaxili və ya 
əzələdaxili təyin olunur.
Endokrin pozğunluqları:
- Birincili və ikincili (hipofizar) böyrəküstü vəzinin qabıq qatı çatışmazlığının əvəzedici 
terapiyası (güclü mineralokortikoid təsirlə əlaqədar kortizon və hidrokortizonun tətbiq 
olunduğu böyrəküstü vəzi çatışmazlığı istisna edilir).
- Anadangəlmə böyrəküstü vəzinin hiperplaziyası.
- Orta ağırlıq dərəcəli tireoidit və şüa tireoditin ağır formaları.
Revmatik xəstəliklər:
- revmatoid artrit (o cümlədən yuvenil xroniki artrit) və əsas terapiyanın effektiv 
olmadığı halda müvəqqəti terapiya qismində revmatoid artrit, eləcə də qeyri-steroid 
iltihab əleyhinə preparatların qənaətbəxş olmayan ağrıkəsici və iltihab əleyhinə təsir 
göstərdiyi xəstələrin müalicəsi zamanı damardan kənar zədələnmələr (ağciyər, ürək, 
göz, dəri vaskuliti).
Birləşdirici toxumanın sistem xəstəlikləri, vaskulitlər və vaskulit sindromu:
Dəri xəstəlikləri
- Qovuqca.
- Multiformalı eritemanın ağır forması (Stivens-Conson sindromu).
- Suluqlu herpetiform dermatit.
- Eksfoliativ dermatit.
- Ekssudativ eritema (ağır formalar).
- Eritema.
- Seboreik dermatit (ağır formalar).
- Psoriaz (ağır formalar).
- Göbələk xəstəlikləri – mikozlar.
- Övrə (standart müalicə zamanı yaxşılaşma olmadıqda).
- Dermatomiozit.
- Sklerodermiya.

Kvinke ödemi.
Allergik xəstəliklər (standart müalicəyə reaksiya verməyən)
- Bronxial astma.
- Kontakt dermatit.
- Atopik dermatit.
- Zərdab xəstəliyi.
- Allergik rinit.
- Dərman preparatlarına qarşı yüksək həssaslıq.
- Qanköçürmə sonrası övrə.
Göz xəstəlikləri
- Aşkar təhlükəli pozğunluqlar (kəskin mərkəzi xorioretinit, göz sinirinin nevriti), 
allergik xəstəliklər (konyuktivit, uveit, sklerit, keratit, irit).
- Allergik xəstəliklər (konyuktivit, uveit, sklerit, keratit, irit).
- Sistem immun pozğunluqları (sarkoidoz, gicgah arteriiti).
- Hədəqədə proliferativ dəyişikliklər (endokrin oftalmopatiyalar, psevdoşiş).
- Simpatik oftalmiya.
- Buynuz qişa transplantasiyası zamanı immunosupressiv terapiya.
Preparatın lokal və ya sistem istifadəsi (subkonyuktival, retrobulbar və ya parabulbar).
Mədə-bağırsaq pozğunluqları
- Qeyri-spesifik xoralı kolit (kəskin ağırlaşmalar).
- Kron xəstəliyi (kəskin ağırlaşmalar).
- Xroniki autoimmun hepatit.
- Qaraciyər transplantasiyası sonrası rədd etmə reaksiyası.
Tənəffüs orqanlarının xəstəlikləri
- Kəskin toksik bronxit.
- Xroniki bronxit və astma (kəskinləşmə dövrü).
- Sarkoidoz.
- Fulminant və ya disseminasiya olunmuş ağciyər vərəmi (müvafiq vərəm əleyhinə 
kimyəvi terapiya ilə birgə).
- Vərəm plevriti (müvafiq vərəm əleyhinə kimyəvi terapiya ilə birgə).
- Berillioz (qranulomatoz iltihab).
- Şüa və aspirasiya pnevmoniyası.
Qan xəstəlikləri
- Anadangəlmə və ya qazanılmış xroniki aplastik anemiya.
- Autoimmun hemolitik anemiya.
- Böyüklərdə ikincili trombositopeniyalar.
- Eritroblastopeniya.
- Kəskin limfoblast leykoz (induksiya terapiyası).
- İdiopatik trombositopenik purpura (yalnız venadaxili yeridilmə, əzələdaxili yeridilmə 
əks göstərişlidir).
Böyrək xəstəlikləri
- Böyrək transplantasiyası sonrası immunosupressiv terapiya.
- İdiopatik nefrotik sindrom (uremiya olmadan) və sistem qırmızı qurdeşənəyi fonunda 
böyrəklərin zədələnməsi zamanı proteinuriyanın azalması və ya diurezə yol açması.
Bədxassəli xəstəliklər
- Böyüklərdə limfoma və leykozun palliativ terapiyası.
- Uşaqlarda kəskin leykoz.
- Bədxassəli törəmələr zamanı hiperkalsiemiya.
Baş beyin ödemi
- Baş beynin birincili və ya metastatik şişləri səbəbindən baş beyin ödemi, kəllə və 
kəllə-beyin travmalarının trepanasiyası.
Şok:
- Standart müalicəyə reaksiya verməyən şok.
- Böyrəküstü vəzi çatşımazlığı olan xəstələrdə şok.

Anafilaktik şok (adrenalindən sonra venadaxili yeridilir)
- Böyrəküstü vəzinin qabıq qatı çatışmazlığı olan və ya böyrəküstü vəzinin qabıq qatı 
çatışmazlığı olma ehtimalından şübhələnən xəstələrdə əməliyyat öncəsi.
Digər göstərişlər
- Subaraxnoid blokada ilə vərəm meningiti (vərəm əleyhinə adekvat terapiya ilə birgə).
- Nevroloji və ya miokardial təzahürlər ilə trixinellyoz.
- Aponevroz və ya vətərlərdə kistik şiş (qanqliya).
Deksametazonun oynaqdaxili yeridilməsinə və ya yumşaq toxumalara yeridilməsinə 
göstərişlər
- Revmatoid artrit (oynağın ağır iltihabı).
- Ankilozlaşdıran spondiloartrit (standart mealicə zamanı yaxşılaşma olmadıqda).
- Psoriatik artrit (oliqoartikulyar zədələnmə və tendosinovit).
- Monoartrit (oynaqdan mayenin çıxarılmasından sonra).
- Oynaqların artroz (yalnız sinovit və ekssudasiya).
- Oynaqdan kənar revmatizm (epikondilit, tendosinovit, bursit).
Lokal tətbiq (ocaqdaxili inyeksiyalar)
- Keloid çapıqlar.
- Hipertrofik, iltihabi və infiltrativ lixenoid zədələnmələr, psoriaz, halqavari qranulema, 
akne-keloid, diskoid qırmızı qurdeşənəyi, dəri sarkoidozu.
- Yerli alopesiya.
Əks göstərişlər
Dərman vasitəsinin təsiredici maddəsinə və ya digər inqrediyentlərinə qarşı yüksək həssaslıq.
Kəskin virus, bakteriya və sistem göbələk infeksiyaları (müvafiq müalicə olmadan).
Kuşinq sindromu.
Diri vaksinin tətbiqi ilə vaksinasiya.
Doğuş zamanı deksametazon və ritodrinin eyni zamanda istifadəsi əks göstərişlidir, belə ki, 
bu, ağciyər ödeminin yaranması nəticəsində ananın ölümünə gətirib çıxara bilər.
Ağır hemostatik pozğunluqları olan xəstələrdə əzələdaxili tətbiqi əks göstərişlidir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Kortikoidlərin parenteral tətbiqi zamanı allergik reaksiyalar yarana bilər (nadir hallarda olsa 
belə). Bu ehtimalı nəzərə alaraq, müalicəyə başlamazdan əvvəl müvafiq tədbirlər görülməlidir 
(xüsusilə anamnezdə hər hansı dərman preparatlarına qarşı allergik reaksiyası olan 
xəstələrdə).
Uzun müddət deksametazonla müalicəyə məruz qalan xəstələrdə terapiyanın 
dayandırılmasından sonra (böyrəküstü vəzi çatışmazlığının nəzərə çarpan əlamətləri olmadan) 
kortikoidlərin ləğvi sindromu yarana bilər (qızdırma, burun ifrazatı, konyuktivanın qızarması, 
baş ağrısı, başgicəllənmə, yuxululuq və ya qıcıqlanma, əzələ və oynaqlarda ağrı, qusma, çəki 
itkisi, zəiflik, eləcə də tez-tez qıcolmalar). Bu səbəbdən də deksametazonun dozasını tədricən 
azaltmaq lazımdır.Preparatın qəbulunun qəfil dayandırılması ölümcül nəticəyə gətirib çıxara 
bilər.
Əgər xəstə terapiya zamanı və ya dərman vasitəsinin qəbulunu dayandırdıqda güclü stressə 
məruz qalırsa (travma, cərrahi müdaxilə və ya ağır xəstəlik), deksametazonun dozası 
artırılmaslıdır, yaxud da hidrokortizon və ya kortizon təyin edilməlidir. 
Deksametazonun uzunmüddətli qəbulu dayandırıldıqdan dərhal sonra güclü stressə məruz 
qalan xəstələrdə deksametazonun qəbulu bərpa olunmalıdır, belə ki, yaranmış böyrəküstü vəzi 
çatışmazlığı müalicənin dayandırılmasından sonra bir neçə ay ərzində persistə edə bilər.
Deksametazonla müalicə xoralı kolit xəstəliyindən əziyyət çəkən xəstələrdə olan və ya yeni 
yaranmış infeksiyaların və interstitial perforasiya əlamətlərini maskalaya bilər.
Deksametazon sistem göbələk infeksiyalarının, gizli amebiazın və ağciyər vərəminin 
gedişatını kəskinləşdirə bilər.
Aktiv ağciyər vərəmi olan xəstələrə deksametazon yalnız fulminant və ya disseminasiya 
olunmuş ağciyər vərəmi hallarında təyin edilməlidir (vərəm əleyhinə terapiya ilə birgə).

Deksametazon qəbul edən qeyri-aktiv vərəm olan xəstələrə və ya müsbət tuberkulin reaksiyası 
olan xəstələrə kimyəvi profilaktika aparılmalıdır.
Osteoporoz, hipertenziya, ürək çatışmazlığı, vərəm, qlaukoma, qaraciyər çatışmazlığı, böyrək 
çatışmazlığı, diabet, aktiv mədə və onikibarmaq bağırsaq xorası, xoralı kolit, epilepsiya olan 
və yenicə bağırsaq anastomozu əməliyyatı keçirmiş xəstələrlə xüsusilə ehtiyatlı olmaq 
lazımdır və onlara ciddi tibbi nəzarət edilməlidir. Xüsusi diqqət miokard infarktı sonrası ilk 
həftələrdə, tromboemboliya, miasteniya, qlaukoma, hipotireoz, psixoz və ya pisixonevrozdan 
əziyyət çəkən xəstələrə, eləcə də 65 yaşdan yuxarı olan xəstələrə ayırılmalıdır.
Deksametazonla müalicə zamanı diabetin kəskinləşməsi baş verə bilər və ya latent formadan 
diabetin klinik təzahürləri formasına keçə bilər. 
Uzunmüddətli müalicə zamanı zərdabda kalium səviyyəsinə nəzarət etmək lazımdır. 
Diri vaksinlərlə vaksinasiya deksametazonla müalicə zamanı əks göstərişlidir. Öldürülmüş 
virus və ya bakterial vaksinlərlə immunizasiya anticismlərin gözlənilən artımına gətirib 
çıxarmır və gözlənilən qoruyucu təsiri göstərmir. Deksametazon adətən vaksinasiyadan 8 
həftə əvvəl və 2 həftə sonra təyin edilmir.
Uzun müddət ərzində yüksək dozada deksametazon qəbul edən xəstələr qızılca olan xəstələrlə 
təmasdan qaçınmalıdırlar; təsadüfi təmas zamanı immunoqlobulinlə profilaktik müalicə 
tövsiyə olunur. 
Bu yaxınlarda keçirilmiş cərrahi müdaxilə və sümük sınıqları sonrası sağalma dövründə olan 
xəstələrdə ehtiyatlı olmaq lazımdır, belə ki, deksametazon yaraların və sınıqların sağalmasını 
ləngidə bilər.
Qlükokortikoidlərin təsiri qaraciyər sirrozu və ya hipotireoz olan xəstələrdə güclənir. 
Kortikosteroidlərin oynaqdaxili yeridilməsi lokal və sistem effektlər yarada bilər. Tez-tez 
edilən oynaqdaxili inyeksiyalar oynaq qığırdağının zədələnməsinə gətirib çıxara bilər. 
Oynaqdaxili yeridilmədən əvvəl sinovial maye oynaqdan çıxarılmalıdır və tədqiq edilməlidir 
(mümkün infeksiyanın olması ehtimalı səbəbindən). Kortikosteroidlərin infeksiyalı oynaqlara 
yeridilməsindən qaçınmaq lazımdır. Əgər inyeksiyadan sonra oynağın irinli iltihabı yaranarsa, 
müvafiq antibakterial müalicəyə başlamaq lazımdır.
Xəstələrə iltihab prosesinin tam çəkilməsinədək, inyeksiya olunan oynaqlara güc 
düşməsindən qaçınmaq lazım olduğu barədə məlumat verilməlidir. Qeyri-stabil oynaqlara 
inyeksiyanın təyin edilməsi tövsiyə olunmur.
Kortikosteroidlər allergik dəri testlərinin nəticələrinə təsir göstərə bilər.
Marketinqsonrakı qəbuletmə təcrübələrində deksametazonu monoterapiyada və ya digər 
kimyəvi terapiya dərmanları ilə kombinasiyada qəbul edən qan sistemində şişlər olan 
xəstələrdə lizis şişi sindromu (LŞS) müşahidə olunmuşdur. Yüksək LŞS riskli (yüksək 
proliferasiya sürəti, yüksək şiş yükü, sitotoksik vasitələrə yüksək həssaslıq) xəstələrdə dəqiq 
müşahidə və lazımi ehtiyat tədbirləri görmək lazımdır.
Kortikosteroidlərin sistem və yerli qəbulu zamanı görmə qabiliyyətinin pozulması müşahidə 
oluna bilər. Əgər xəstə görmə aydınlığından və ya digər görmə pozulmasından şikayət edirsə, 
oftalmoloq konsultasiyasını nəzərə almaq lazımdır, çünki katarakta, qlaukoma və ya mərkəzi 
zərdab horioretinopatiya (MZH) kimi nadir olan kortikosteroidlərin sistem və yerli 
istifadəsində məlumat verilən xəstəliyə məruz qala bilər.
Uşaqlar
Uşaqlar və yeniyetmələrdə deksametazon yalnız həkim göstərişi ilə tətbiq edilir. 
Deksametazonla müalicə zamanı uşaqlar və yeniyetmələrin inkişafına ciddi nəzarət etmək 
lazımdır. 
Xroniki ağciyər xəstəlikləri olan erkən doğulmuş uşaqlarda gün ərzində 0,25 mq/kq başlanğıc 
doza ilə müalicənin başlamasından sonra (<96 saat) nevroloji inkişafın uzunmüddətli 
pozulması kimi əlavə təsirlərin yaranması barədə məlumatlar öz təsdiqini tapmışdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Deksametazon və qeyri-steroid iltihab əleyhinə preparatların eyni zamanda qəbulu mədə-
bağırsaq qanaxmaları və xora xəstəliklərinin yaranma riskini artırır.

Deksametazonun təsiri CYP3A4 fermentini aktivləşdirən (məs. fenitoin, fenobarbiton, 
karbamazepin, primidon, rifabutin, rifampisin) və ya qlükokortikoidlərin klirensini artıran 
(efedrin və aminoqlütetimid) preparatlarla eyni zamanda təyin edildikdə azalır, bu səbəbdən 
də belə hallarda deksametazonun dozasını artırmaq lazımdır.
Deksametazon və yuxarıda sadalanan preparatlarla qarşılıqlı təsiri deksametazon supressiv 
testlərin nəticələrini təhrif edə bilər. Əgər deksametazon testləri sadalanan preparatlardan biri 
ilə terapiya zamanı aparılamalıdırsa, bu qarşılıqlı təsir test nəticələrinin interpretasiyası 
zamanı nəzərə alınmalıdır. 
Deksametazon və CYP3A4 izofermentinin inhibitorlarının (məs. ketokonozol, makrolid 
antibiotiklər) eyni zamanda qəbulu qanda deksametazonun konsentrasiyasının artmasına 
gətirib çıxara bilər.
CYP3A4 (məs. indinavir, eritromisin) ilə metabolizə olunan preparatlarla eyni zamanda 
qəbulu onların klirensini artıa bilər, bu isə onların zərdab konsentrasiyalarının azalması ilə 
müşayiət oluna bilər.
CYP3A4 fermentinin inhibə edilməsi hesabına ketokonazol deksametazonun plazma 
konsentrasiyalarını artıra bilər. Digər tərəfdən isə, ketokonazol böyrəküstü vəzidə 
qlükokortikoidlərin sintezini ləngidə bilər, bu səbəbdən də deksametazonun dozasını aşağı 
salan zaman böyrəküstü vəzi çatışmazlığı yarana bilər.
CYP3A inhibitorları, o cümlədən kobisistat tərkibli preparatlarla eyni zamanda qəbulu sistem
əlavə təsirlərin yaranma riskini artıra bilər. Müalicənin potensial faydası sistem
kortikosteroidlərin təsiri riskindən yüksək olan nadir hallar istisna olmaqla, bu preparatların 
kombinasiyasının təyin edilməsindən qaçınmaq lazımdır və bu səbəbdən də 
kortikosteroidlərin sistem əlavə təsirlərinin ciddi monitorinqini aparmaq lazımdır. 
Deksametazon hipoqlikemik preparatların, antihipertenziv preparatların, prazikvantelin və 
natriumuretiklərin terapevtik təsirini azaldır, lakin o, heparinin, albendazolun və 
kaliumqoruyucu diuretiklərin fəallığını gücləndirir (zərurət olduqda bu preparatların 
dozalanması azaldılmalıdır).
Deksametazon kumarin sırasına aid antikoaqulyantların təsirini dəyişdirə bilər; bu səbəbdən 
də eyni zamanda qəbul zamanı protrombin vaxtına daha sıx nəzarət tövsiyə olunur.
Qlükokortikoidlər və beta2-reseptorlarının yüksək dozada birgə qəbulu hipokaliemiyanın 
yaranma riskini artırır. Hipokaliemiyadan əziyyət çəkən xəstələrdə ürək qlikozidlərinin 
yüksək aritmogenlik və toksiklik qeyd olunur.
Antasidlər deksametazonun bağırsaqda absorbsiyasını aşağı salır. Deksametazonun qida və ya 
alkoqolla birgə qəbulunun təsiri araşdırılmamışdır; lakin dərman preparatları və yüksək 
natrium tərkibli qida ilə eyni zamanda qəbulu tövsiyə olunmur. Siqaret çəkmək 
deksametazonun farmakokinetikasına təsir göstərmir.
Qlükokortikoidlər salisilatların böyrək klirensini sürətləndirir, bu səbəbdən də bəzən 
salisilatların zərdabda terapevtik konsentrasiyasını əldə etmək çətin olur. Kortikosteroidlərin 
dozası tədricən azaldılan xəstələrə ehtiyatlı olmaq lazımdır, belə ki, zərdabda salisilatların 
konsentrasiyasının artması və salisilat intoksikasiya yarana bilər.
Hamiləliyin qarşısını alan peroral vasitələrlə birgə qəbul zamanı qlükokortikoidlərin 
yarımxaricolma dövrü arta bilər, bu isə onların bioloji təsirini gücləndirir və əlavə təsirlərin 
yaranma tezliyini artırır.
Doğuş zamanı ritodrin və deksametazonun birgə qəbulu əks göstərişlidir, belə ki, bu, ağciyər 
ödemi səbəbilə ananın ölümünə gətirib çıxara bilər.
Deksametazon və talidomidin birgə qəbulu toksikodermal nekrolizə səbəb ola bilər.
Mümkün əlverişli terapiya effekti ilə qarşılıqlı təsiri.
Deksametazon və metoklopromidin, difenilhidraminin, proxlorperazinin və ya 5-HT3 
reseptorlarının antaqonistlərinin (serotonin və ya andansetron və ya qranisetron kimi 3 tipli 5 
hidroksitriptamin reseptorları) birgə qəbulu kimyəvi terapiyanın səbəb olduğu ürəkbulanma 
və qusmanın profilaktikası üçün effektivdir (sisplatin, siklofosfamid, metotreksat, 
fluorourasil).

Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparat dölün bətndaxili inkişafını ləngidir.Yalnız ana üçün gözlənilən faydanın döl üçün 
riski doğrultduğu nadir hallarda deksametazon hamilə qadınlara təyin edilə bilər.
Preeklampsiya zamanı xüsusilə ehtiyyatlı olmaq lazımdır. Qlükokortikoidlərlə müalicə üzrə 
ümumi tövsiyələrə əsasən hamiləlik zamanı əsas xəstəliyə nəzarət üçün minimal effektiv doza 
tətbiq edilməlidir. Hamiləlik zamanı uzun müddət yüksək dozada kortikosteroidlər qəbul edən 
anaların uşaqları mümkün böyrəküstü vəzi çatışmazlığı ilə əlaqədar ciddi nəzarət altında 
olmalıdırlar.
Qlükokortikosteroidlər ciftdən nüfuz edir və dölün orqanizmində yüksək konsentrasiyalara 
çata bilər. Deksametazon prednizonla müqayisədə ciftdə daha az metabolizə olunur, bu 
səbəbdən də döldə deksametazonun yüksək konsentrasiyaları müəyyən oluna bilər. 
Qlükokortikoidlərin terapevtik dozaları plasentar çatışmazlıq, amnion mayenin patologiyası, 
dölün inkişafının ləngiməsi və ya bətndaxili ölümü riskini, eləcə də uşaqlarda leykosit 
(neytrofil) miqdarının artması, böyrəküstü vəzi çatışmazlığının yaranma riskini artırır.
Hamilə heyvanlara kortikosteroidlərin yeridilməsi dölün inkişafının pozulmasına, o cümlədən 
inkişafın bətndaxili ləngiməsinə səbəb ola və baş beynin inkişafına təsir göstərə bilər. 
Kortikosteroidlərin insanlarda dovşandodaq və qurdağız kimi anadangəlmə anomaliyaların 
yayılma dərəcəsinin artmasına gətirib çıxarmasına dair sübutlar yoxdur. 
Qlükokortikosteroidlərin əlavə dozalarını hamiləlik zamanı kortikosterod qəbul edən 
qadınlara yeritmək tövsiyə olunur. Əgər doğuş ləngiyirsə və ya qeysəriyyə əməliyyatı 
planlaşdırılırsa, peripartal dövrdə hər 8 saatdan bir 100 mq hidrokortizon yeridilməsi tövsiyə 
olunur.
Qlükokortkoidlər az miqdarda ana südü ilə xaric olunur. Bu səbəbdən də deksametazon qəbul 
edən analara, xüsusilə yüksək fizioloji dozalarda (təqribən 1 mq) qəbul zamanı, süd vermək 
tövsiyə olunmur, belə ki, bu, dölün inkişafının ləngiməsinə və endogen kortikosteroidlərin 
sekresiyasının azalmasına gətirib çıxara bilər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə 
təsiri
Deksametazon avtomobili idarəetmə və mexanizmlərlə işləmə qabiliyyətinə təsir göstərmir.
Bəzi inqrediyentlər barədə xüsusi məlumat
Bu dərman vasitəsinin bir dozasının tərkibində 1 mmol (23 mq)-dan aşağı miqdarda kalium 
vardır, yəni demək olar ki "kaliumsuzdur".
İstifadə qaydası və dazası
Doza xəstəlikdən, ehtimal olunan müalicə müddətindən, kortikoidlərin toleransından və 
orqanizmin cavabından asılı olaraq fərdi qaydada təyin edilir.
İnyeksiya üçün məhlul venadaxili (qlükoza və ya fizioloji məhlul əsasında infuziya və ya 
inyeksiya şəklində), əzələdaxili və ya lokal (oynağa, yaraya, yumşaq toxumalara) təyin edilə 
bilər).
Parenteral tətbiqi
Peroral terapiyanın mümkün olmadığı fövqəladə hallarda və "Göstərişlər" bölməsində 
göstərilən vəziyyətlərdə deksametazon parenteral qəbul edilir.
İnyeksiya üçün məhlul venadaxili və ya əzələdaxili, yaxud da venadaxili infuziya (qlükoza və 
ya fizioloji məhlul əsasında) şəklində təyin edilir).
Venadaxili və ya əzələdaxili yeridilmə üçün tövsiyə olunan başlanğıc gündəlik doza 0,5 mq -
0,9 mq, zərurət olduqda isə daha artıq təşkil edir. İlkin olaraq deksametazonun dozası klinik 
cavab alınanadək qəbul edilir, daha sonra isə doza tədricən klinik effektiv olan ən aşağı 
səviyyəyədək azaldılır. Əgər yüksək dozalarla müalicə bir neçə gündən artıq davam edirsə, 
dozanı növbəti bir neçə gün və ya daha uzun müddət ərzində aşağı salmaq lazımdır.
Lokal tətbiqi

Oynaqdaxili yeridilmə üçün deksametazonun tövsiyə olunan birdəfəlik dozası 0,4 - 4 mq 
təşkil edir. Dozalanma zədələnmiş oynağın həcmindən asılıdır. İri oynaqlar üçün 
deksametazonun adi dozası 2 mq - 4 mq, kiçik oynaqlar üçün isə 0,8 mq - 1 mq təşkil edir. 
İnyeksiyalar ayrıca götürülmüş oynağa həyat boyu yalnız 3 - 4 dəfə yeridilə bilər və eyni 
zamanda ikidən artıq oynağa yeridilə bilməz. Daha sıx tətbiqi oynaq qığırdağının 
zədələnməsinə və sümük nekrozuna gətirib çıxara bilər.
Kisədaxili yeridilmə üçün deksametazonun adi dozası 2 mq - 3 mq, oynağın özəyinə - 0,4 mq 
- 1 mq və oynaqlara - 1 mq - 2 mq təşkil edir.
Yaradaxili inyeksiya üçün deksametazonun dozası oynaqdaxili yeridilmə üçün olan dozası ilə 
eynidir. Deksametazon eyni zamanda maksimum iki yaraya yeridilə bilər. Yumşaq 
toxumalara infiltrasiya üçün (periartikulyar) tövsiyə olunan dozalar 2 - 6 mq deksametazon 
təşkil edir.
Uşaqlar üçün dozalanma
Əvəzedici terapiya zamanı əzələdaxili yeridilmə üçün tövsiyə olunan doza bədən kütləsinin 
0,02 mq/kq və ya bədən səthinin 0,67 mq/m2
təşkil edir, bu isə üç qəbula bölünür, hər üç 
gündən bir ya bədən kütləsinin 0,008 mq - 0,01 mq/kq, ya da gündəlik olaraq bədən səthinin 
0,2 mq - 0,3 mq/m2
.
Digər göstərişlər üzrə tövsiyə olunan doza hər 12 - 24 saatdan bir bədən kütləsinin 0,02 - 0.1 
m1/kq və ya bədən səthinin 0,8 mq - 5 mq/m2
təşkil edir.
Qaraciyər və böyrək xəstəliklərindən əziyyət çəkən yaşlı xəstələr (65 yaşdan yuxarı)
Deksametazonun təyin edilməsi zamanı qaraciyər və böyrək xəstəliklərindən əziyyət çəkən, 
65 yaşdan yuxarı xəstələrə ciddi tibbi nəzarət tələb olunur.
Kortikosteroidlərin ekvivalent dozaları
Deksametazon 0,75mq Prednizon 5mq
Kortizon 25mq Metilprednizolon 4mq
Hidrokortizon 20mq Triamsinolon 4mq
Prednizolon 5mq Betametazon 0,75mq
Əlavə təsirləri
Deksametazon fosfatla müalicə zamanı yarana biləcək əlavə təsirlər yaranma tezliyinsən asılı 
olaraq qruplar üzrə təsnif edilir:
- çox tez-tez (≥1/10),
- tez-tez (≥ 1/100 - < 1/10),
- bəzən (≥ 1/1000 - < 1/100),
- nadir hallarda (≥ 1/10000 - < 1/1000),
- çox nadir hallarda (<1/10000), tezlik məlum deyil (mövcud məlumatlar əsasında müəyyən 
etmək mümkün deyil).
Arzuolunmaz effektlərin tezliyi dozadan və müalicə müddətindən asılıdır. Deksametazonla 
qısamüddətli müalicə ilə əlaqədar əlavə təsirlərə daxildir:
İmmun sistem ilə bağlı
- bəzən: hiperhəssaslıq reaksiyaları.
Endokrin sistemi ilə bağlı
- tez-tez: tranzitor böyrəküstü vəzi çatışmazlığı.
Metabolizm və həzm pozğunluqları
- tez-tez: karbohidratlara qarşı tolerantlığın azalması, iştahanın və çəkinin artması,
- bəzən: hipertriqliseridemiya.
Psixiatrik pozğunluqlar
- tez-tez: psixi pozğunluqlar.
Həzm sistemi ilə bağlı 
- bəzən: peptik xora və kəskin pankreatit.
Deksametazonla uzunmüddətli müalicə ilə əlaqədar əlavə təsirlərə daxildir:
İmmun sistemi ilə bağlı
- bəzən: immun cavabının azalması və infeksiyalara qarşı həssaslığın artması.

Endokrin sistemi ilə bağlı
- tez-tez: uzunmüddətli böyrəküstü vəzi çatışmazlığı, uşaq və yeniyetmələrdə inkişafın 
ləngiməsi.
Metabolizm və həzm pozğunluqları
- tez-tez: kəskin piylənmə.
Görmə orqanı ilə bağlı pozğunluqlar
- bəzən: katarakta, qlaukoma. 
Damar sistemi ilə bağlı
- bəzən: arterial hipertenziya.
Dəri və dərialtı toxuma ilə bağlı
- tez-tez: dərinin incəlməsi və kövrəkləşməsi.
Dayaq-hərəkət aparatı və birləşdirici toxuma ilə bağlı
- tez-tez: əzələlərin atrofiyası, osteoporoz,
- bəzən: sümüklərin aseptik nekrozu.
Deksametazonla müalicə ilə bağlı, həmçinin aşağıda göstərilən əlavə təirlər də yarana bilər 
(əhəmiyyətinin azalması sırası ilə verilib).
Limfa sistemi və qanyaranma sistemi ilə bağlı
- nadir hallarda: tromboembolik ağırlaşmalar, monositlərin və/və ya limfositlərin miqdarının 
azalması, leykositoz, eozinofiliya (digər qlükokortikoidlərdə olduğu kimi),
trombositopeniya və qeyri-trombositopenik purpura.
İmmun sistemlə bağlı
- nadir hallarda: səpgi, bronxospazm, anafilaktik reaksiyalar,
- çox nadir hallarda: angionevrotik ödem.
Ürəklə bağlı
- çox nadir hallarda: polifokal mədəcik mədəcik ekstrasistoliyası, keçici bradikardiya, ürək 
çatışmazlığı, bu yaxında keçirilmiş infarkt sonrası miokardın parçalanması.
Damar sistemi ilə bağlı
- bəzən: hipertonik ensefalopatiya.
Sinir sistemi ilə bağlı
- bəzən: terpiya dayandırıldıqdan sonra görmə siniri məməciklərinin ödemi və kəllədaxili 
təzyiqin artması (baş beynin psevdoşişi), başgicəllənmə, baş ağrısı,
- çox nadir hallarda: qıcolmalar.
Psixiatrik pozğunluqlar
- bəzən: daha çox eyforiya, yuxusuzluq, qıcıqlanma, hiperkineziya, depressiya ilə təzahür 
olunan şəxsiyyət və davranış dəyişikliyi,
- nadir hallarda: psixozlar.
Endokrin sistemi ilə bağlı
- tez-tez: böyrəküstü vəzi çatışmazlığı və atrofiyası (stressə cavabın azalması), menstrual 
dövrün müntəzəmliyinin pozulması, hirsutizm.
Metabolizm və həzm pozğunluqları
- nadir hallarda: latent şəkərli diabetin klinik manifest tipinə keçməsi, şəkərli diabet 
xəstəliyindən əziyyət çəkən xəstələrdə insulinə və peroral şəkər miqdarını aşağı salan 
preparatlara tələbatın artması, natrium və su toplanması, kalium itkisinin güclənməsi,
- çox nadir hallarda: zülalların katabolizmi nəticəsində mənfi azot balansı, hipokaliemik 
alkaloz.
Həzm sistemi ilə bağlı
- bəzən: ürəkbulanma, hıçqırıq, mədə və ya 12-barmaq bağırsaq xorası,
- çox nadir hallarda: ezofagit, mədə-bağırsaq traktının qanaxması və xora perforasiyası 
(hematomezis, melena), pankreatit, öd kisəsi və bağırsaq perforasiyası (xüsusilə yoğun 
bağırsağın xroniki iltihab xəstəliklərindən əziyyət çəkən xəstələrdə).
Dayaq-hərəkət aparatı və birləşdirici toxuma ilə bağlı
- tez-tez: əzələ zəifliyi, steroid mənşəli miopatiya (əzələ toxumasının katabolizmi nəticəsində 
əzələ zəifliyi),

çox nadir hallarda: fəqərələrin kompression sınıqları, vətərlərin xırılması (xüsusilə bəzi 
xinolinlərlə birgə qəbul zamanı), oynağın qığırdaq toxumasının və sümüklərin nekrozu (sıx 
oynaqdaxili inyeksiyalar zamanı).
Dəri və dərialtı toxuma ilə bağlı
- tez-tez: yaraların sağalmasının ləngiməsi, striyalar, petexiyalar və ekximozlar, intensiv 
tərləmə, akne, allerqoloji testlərin aparılması zamanı dəri reaksiyalarının ləngiməsi,
- çox nadir hallarda: allergik dermatit, övrə.
Görmə orqanı ilə bağlı pozğunluqlar
- bəzən: gözdaxili təzyiqin artması,bulanıq görmə
- çox nadir hallarda: ekzoftalm
- tezliyi məlum deyil: görmənin pozulması, görmə itkisi, horioretinopatiya
Reproduktiv sistem və süd vəziləri ilə bağlı
- nadir hallarda: impotensiya
Ümumi pozğunluqlar və yeridilmə yerində pozğunluqlar
- çox nadir hallarda: ödem, dərinin hiper- və ya hipopiqmentasiyası, dəri və ya dərialtı 
toxumanın atrofiyası, steril absess və ya dəri qızarıqlığı.
Qlükokortikosteroidlərin ləğvi sindromunun simptomları və əlamətləri
Uzun müddət qlükokortikoidlər qəbul edən xəstədə preparatın dozası qəfil aşağı salınarsa, 
böyrəküstü vəzi çatışmazlığı, arterial hipotenziyanın əlamətləri yarana bilər, bu, həmçinin 
ölümlə nəticələnə bilər. 
Bəzi hallarda ləğv simptomları xəstənin müalicə aldığı xəstəliyin kəskinləşməsi və ya residivi 
simptomları və əlamətləri ilə oxşar ola bilər.
Arzuolunmaz ağır halların yaranması zamanı müalicə dayandırılmalıdır.
Doza həddinin aşılması
Doza həddinin kəskin aşılması halları və ya doza həddinin kəskin aşılması nəticəsində ölüm 
halları barədə məlumatlara çox az təsadüf edilir. Doza həddinin aşılması adətən həddən artıq 
doza qəbulundan bir neçə həftə sonra özünü biruzə verir və ilk növbədə Kuşinq sindromu 
olmaqla, "Əlavə təsirlər" bölməsində göstərilən bir çox arzuolunmaz effektlərin yaranmasına 
səbəb ola bilər. 
Məlum spesifik antidotu mövcud deyil. Dəstəkləyici və simptomatik müalicə. Orqanizmdən 
deksametazonun xaric edilməsini sürətləndirmək üçün hemodializ effektiv deyil.
Buraxılış forması
1 ml məhlul, ampulda. 25 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°С–dən yuxarı olmayan temperaturda saxlamaq lazımdır.
Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
KRKA, d.d., Novo mesto, Sloveniya.
Azərbaycandakı Nümayəndəlik
Xocalı Prospekti 55, AGA Biznes Mərkəzi.
Tel.: (+99412) 464 40 22/23; (+99450) 264 29 27.