Pharmed
DEKLOSID 30GR KREM
DEKLOSİD
Beynəlxalq patentləşdirilməmiş adı: Beclometasone + Clotrimazole + Gentamicin + Clioquinol
DEKLOSİD Tərkibi
Təsiredici maddələr:1 q kremin tərkibində 0,25 mq susuz beklometazon dipropionat, 10 mq klotrimazol, 1 mq gentamisin sulfat, 20 mq klioxinol vardır. Köməkçi maddələr: ağ yumşaq parafin, duru yüngül parafin, setostearil spirti, makroqol setostearil efiri, propilenqlikol, benzil spirti, xlorokrezol, natrium dihidrofosfat dihidrat, dinatrium fosfat dihidrat, təmizlənmiş su.
Farmakoterapevtik qrupu
Aktiv kortikosteroidlər antibiotiklər ilə kombinasiyada. Beklometazon antibiotiklər ilə kombinasiyada.
ATC kodu: D07CC04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası: Deklosid- dəri xəstəliklərinin müalicəsi zamanı istifadə olunan, xaricə tətbiq olunan kombinəolunmuş preparatdır. Preparatın təsiri onun tərkibinə daxil olan komponentlər ilə - beklometazon dipropionat, klotrimazol, gentamisin sulfat və klioxinol ilə bağlıdır. Beklometazon dipropionat- sintetik qlükokortikoid, iltihabəleyhinə, allergiyaəleyhinə, antiekssudativ, qaşınmaəleyhinə təsir göstərir. Klotrimazol imidazol törəməsidir. Göbələklərin hüceyrə membranının tərkibinə daxil olan erqosterinin sintezini pozması hesabına göbələkəleyhinə təsir göstərir, bu isə onun xüsusiyyətlərinin dəyişməsinə səbəb olur və hüceyrənin lizisinə gətirib çıxarır. Trichophyton rubrum, Trichophyton mentagrophytes, Epidermophyton floccosum,Microsporum canis,Candida albicans,Malassezia furfur (Pityrosporum obiculare) qarşı aktivdir .Klotrimazol həmçinin Corynebacterium minutis-simum, Streptococcus.spp., Staphylococcus spp., Trichomonas vaginalis-ə qarşı aktivdir. Gentamisin sulfat- aminoqlikozidlər qrupundan olan geniş təsir spektrinə malik suda həll olan antibiotikdir, bakterisid təsir göstərir. Bakteriyaların hüceyrə membranından aktiv keçərək, bakterial ribosomlar ilə geridönməz birləşir və bununla da törədicinin zülal sintezini ləngidir. Qrammənfi bakteriyalara: Pseudomonas aeruginosa, Escherichia coli, Aerobacter aerogenes, Klebsiella spp., Proteus vulgaris; qrammüsbət bakteriyalara: Streptococcus spp., Staphylococcus spp.qarşı aktivdir. Klioxinol antibakterial, antiseptik və göbələkəleyhinə təsir göstərir. Yerli təsiri elementar yodun toxuma zülallarını çökdürməsi qabiliyyəti ilə bağlıdır.
Farmakokinetikası: Deklosid xaricə istifadə olunan krem dərinin müxtəlif qatlarına yaxşı keçir, terapevtik konsentrasiyalara çatır. Bu preparatın yerli istifadəsi zamanı onun az miqdarı qan axınına keçir. İstifadəsinə göstərişlər Dermatitlər; ekzema; neyrodermit; otomikozlar; pəncə və qasıq nahiyəsinin epidermofitiyası; dərinin irinli xəstəlikləri; barmaqlararası və hamar dərinin digər göbələk zədələnmələri.
Əks göstərişlər
Preparatın tərkibinə daxil olan komponentlərə qarşı fərdi dözümsüzlük; dəri vərəmi; sifilisin dəri əlamətləri; suçiçəyi; sadə herpes; peyvəndsonrası dəri reaksiyaları; açıq yara səthinə sürtülməsi; 7 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparat oftalmologiyada istifadə olunmur. Gözətrafı nahiyyənin dərisinə sürtülməsi əks göstərişdir. Preparatın zədələnmiş dəriyə və ya açıq yaraya sürtülməsindən uzaq olmaq lazımdır. Davamlı bakterial və ya göbələk mikroflorası yaranan zaman preparatın istifadəsini dayandırmaq və müvafiq terapiya təyin etmək lazımdır. Aminoqlikozid antibiotiklərlə çarpaz rezistentliyin inkişaf etməsi mümkündür. Uzunmüddətli terapiya aparılan zaman preparatın istifadəsi tədricən dayandırılmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatın digər dərman vasitələri ilə kliniki dəyərli qarşılıqlı təsiri müəyyən olunmayıb.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Deklosidin hamiləlik zamanı istifadəsi yalnız o halda mümkündür ki, ana üçün ehtimal olunan faydası döl üçün potensial riskdən üstün olsun. Preparatın komponentlərinin ana südü ilə ifraz olunması müəyyən olunmayıb, bu səbəbdən Deklosidin laktasiya dövründə təyini zamanı ana südü ilə qidalandırmanın dayandırılması məsələsi həll olunmalıdır. Pediatriyada istifadəsi Uşaqlara preparatı 7 yaşından yalnız ciddi göstərişlər üzrə və həkim nəzarəti altında təyin edirlər, belə ki, beklometazon ilə əlaqəli sistem əlavə təsirlərin inkişaf etməsi mümkündür. Digər xaricə istifadə olunan qlükokortikoidlər kimi, Deklosidin geniş səthlərə istifadəsi zamanı hipotalamohipofizar-böyrəküstü vəz sisteminin funksiyasının ləngiməsi mümkündür, boy hormonunun ekskresiyasının azalması, həmçinin kəllədaxili təzyiqin yüksəlməsi müşahidə oluna bilər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Deklosid preparatının nəqliyyat vasitəsi idarəetməyə və mexanizmlərlə işləmə qabiliyyətinə hərhansı təsiri aşkar olunmamışdır.
DEKLOSİD İstifadə qaydası və dozası
Xaricə istifadə üçün. Deklosid krem az miqdarda nazik qatla gündə 2 dəfə zədələnmiş dəri səthinə çəkilir. Müalicə müddəti 2-4 həftə təşkil edir. Nəzərə almaq lazımdır ki, uzunmüddətli müalicədən sonra üzün dərisində bədənin digər nahiyyələrinə nisbətən daha tez-tez atrofik dəyişikliklər baş verə bilər. Belə halda müalicə kursu 5 gündən artıq olmamalıdır.
Əlavə təsirləri
Yerli reaksiyalar: dərinin qızarması, preparatın sürtüldüyü yerdə yandırma və sancma hissi (qıcıqlanma yarandığı zaman preparatın istifadəsini dayandırmaq lazımdır). Ola bilər: allergik reaksiyalar.
Doza həddinin aşılması
Simptomları: yüksək dozalarda qlükpkprtikoidlərin uzunmüddətli istifadəsi zamanı hiperkortisiz simptomlarının inkişaf etməsi mümkündür (hiperqlikemiya, qlükozuriya, böyrəküstü vəzin qabıq maddəsinin funksiyasının geridönən ləngiməsi, Kuşinq sindromunun əlamətləri).
Buraxılış forması
Xaricə istifadə edilən krem. 30 q krem, alüminium tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.