Pharmed

CONNETTIVINA PLUS 0,2 %+ 1 % CREM

KONNETTİVİNA PLYUS, 2 mq/q + 10 mq/q xaricə istifadə üçün krem

KONNETTİVİNA PLYUS tərkibi

Təsiredici maddə: 1 q kremin tərkibində 2 mq hialuron turşusunun natrium duzu və 10 mq gümüş sulfadiazin vardır.

İstifadəsinə göstərişlər

Yaraların yerli müalicəsi. I və II dərəcəli yanıqların yerli müalicəsi.

Əks göstərişlər

Preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.

KONNETTİVİNA PLYUS istifadə qaydası və dozası

Həkimin təyinatına uyğun olaraq istifadə olunmalıdır. Həkim tərəfindən xüsusi təyinat verilmədiyi halda aşağıdakı qaydada istifadə olunmalıdır: KONNETTİVİNA PLYUS 2 mq/q+10 mq/q krem Kremi zədələnmiş nahiyəyə gündə 1 və ya 2 dəfə 2–3 mm qalınlıqda çəkməli. KONNETTİVİNA PLYUS istifadə edilməzdən öncə zədələnmiş nahiyə fizioloji məhlulla (Na Cl 0,9%) təmizlənməli və antiseptiklərlə (povidon yod və ya xlorheksidindən istifadə etmək məqsədəuyğundur) dezinfeksiya olunmalıdır. Ehtiyac olarsa cərrahi təmizləmə tətbiq etmək lazımdır.

Yanıqların müalicəsi zamanı zədələnmiş nahiyəni yalnız su və ya duz məhlulu ilə təmizləmək və KONNETTİVİNA PLYUS kreminin istifadəsindən öncə antiseptik vasitələrlə dezinfeksiya etməkdən qaçınmaq lazımdır. Zədələnmiş nahiyəni təmizlədikdən sonra KONNETTİVİNA PLYUS kremini 2-3 mm qalınlıqda həmcins qat şəklində çəkmək lazımdır. Müalicə infeksiyalaşma ehtimalı tam aradan qalxana və tam sağalma əldə olunana kimi davam etməlidir.