Pharmed
CEREBROLIZIN 215,2MG 10ML N5 AMP
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“___”__________ 2020-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SEREBROLİZİN® inyeksiya üçün məhlul
CEREBROLYSIN ®
Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 215,2 mq serebrolizin konsentratı (donuzun baş
beyinindən alınmış peptidlər kompleksi) vardır.
Serebrolizinin aktiv fraksiyası, molekul kütləsi 10 000 daltondan çox
olmayan peptidlərdən ibarətdir.
Köməkçi maddələr: natrium hidroksid, inyeksiya üçün su.
Təsviri
Kəhrəba rəngli şəffaf məhluldur.
Farmakoterapevtik qrupu
Nootrop preparat.
ATC kodu: N06BX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Serebrolizinin tərkibində, hematoensefalik baryerdən keçən və bilavasitə sinir hüceyrələrinə
daxil olan, kiçikmolekullu bioloji aktiv neyropeptidlər var. Preparat baş beyinə orqanospesifik
multimodal təsirə malikdir, yəni metabolik requlyasiyanı, neyroproteksiyanı, funksional
neyromodulyasiyanı və neyrotrofik aktivliyi təmin edir.
Metabolik tənzimləmə: serebrolizin baş beyinin aerob energetik metabolizminin effektivliyini
yüksəldir, inkişafda olan və qocalan baş beyində hüceyrədaxili zülal sintezini yaxşılaşdırır.
Neyroproteksiya: serebrolizin neyronları laktoasidozun zədələyici təsirindən qoruyur, sərbəst
radikalların əmələ gəlməsinin qarşısını alır, hipoksiya və işemiya şəraitində neyronların
sağqalmasını yüksəldir və məhv olmasının qarşısını alır, oyadıcı amin turşularının (qlutamatın)
zədələyici neyrotoksik təsirini zəiflədir.
Neyrotrofik aktivlik: serebrolizin, təsirinə görə təbii neyronal böyümə faktorlarına (NGF) bənzər
neyrotrofik aktivliyi təsdiq olunmuş, lakin periferik yeridilmə zamanı özünü biruzə verən,
yeganə nootrop peptidergik preparatdır.
Funksional neyromodulyasiya: serebrolizin koqnitiv funksiyaların pozğunluqlarında, yadda
saxlama proseslərinə müsbət təsir göstərir.
Farmakokinetikası
Serebrolizinin, aktiv fraksiyası ümumi çoxfunksional təsirə malik bioloji aktiv oliqopeptidlərin
balanslaşdırılmış və stabil qarışıqdan ibarət mürəkkəb tərkibi, ayrı-ayrılıqda fərdi
komponentlərin adi farmakokinetik analizini aparmaq imkanı vermir.
İstifadəsinə göstərişlər
- Alsheymer xəstəliyi, müxtəlif mənşəli demensiya sindromu, xroniki serebrovaskulyar
çatışmazlıq, işemik insult, baş beyinin və onurğa beyinin travmatik zədələnməsi;
- uşaqlarda əqli inkişafın ləngiməsi, hiperaktivlik və diqqət çatışmazlığı;
- kompleks müalicənin tərkibində antidepressantların təsirinə qarşı davamlı endogen depressiya
zamanı.
Əks göstərişlər
- preparata qarşı fərdi dözümsüzlük;
- ağır dərəcəli böyrək çatışmazlığı;
- epileptik status.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla
Allergik diatezlərdə, epileptik xüsusiyətli xəstəliklərdə, o cümlədən, tutmaların tezliyinin
artmasını nəzərə alaraq, generalizə olunmuş epilepsiyada preparatı ehtiyatla istifadə etmək
lazımdır.
Xüsusi göstərişlər
İnyeksiyanı həddən artıq sürətlə həyata keçirdikdə, istilik hissi, tərləmə, başgicəllənməsi baş verə
bilər. Bu səbəbdən, preparatı tədriclə yeritmək lazımdır.
Preparatın, aşağıda göstərilən infuziya üçün standart məhlullarla uyğunluğu yoxlanılıb və təsdiq
olunub (otaq temperaturunda, işıqlanma olduqda 24 saat müddətində):
- natrium xloridin 0,9 %-li məhlulu (9 mq NaCl/ml);
- Ringer məhlulu (Na+ - 153,98 mmol/l; Ca2+ - 2,74 mmol/l; К+ - 4,02 mmol/l; Cl- - 163,48
mmol/l);
- 5 %-li qlükoza məhlulu.
Serebrolizini vitaminlərlə və ürək qan dövranını yaxşılaşdıran preparatlarla eyni zamanda
istifadə etmək olar, lakin bu preparatları Serebrolizin ilə bir şprisdə qarışdırmaq olmaz.
Məhlulu yalnız şəffaf olduqda və yalnız bir dəfə istifadə etmək olar.
Digər dərman vasitələrilə qarşılıqlı təsiri
Serebrolizinin farmakoloji profilini nəzərə alaraq, antidepressantlarla və ya MAO fermentinin
inhibitorları ilə birlikdə istifadə zamanı, mümkün additiv effektlərə xüsusi diqqət yetirmək
lazımdır. Belə hallarda, antidepressantın dozasını aşağı salmaq tövsiyə edilir.
Serebrolizinin yüksək dozalarının (30-40 ml) MAO fermentinin inhibitorlarının yüksək dozaları
ilə birlikdə istifadəsi, arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər.
İnfuziya üçün bir məhlulda Serebrolizini və amin turşularının balanslaşdırılmış məhlullarını
qarışdırmaq olmaz.
Serebrolizinin, tərkibinə lipidlər daxil olan məhlullar və mühitin pH-nı (5,0-8,0) dəyişən
məhlullarla uyuşmazlığı var.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə Serebrolizini yalnız müalicənin müsbət effektini və preparatın
istifadəsi ilə əlaqədar risk nisbətini dəqiq təhlil etdikdən sonra istifadə etmək olar. Eksperimental
tədqiqatların nəticələri Serebrolizinin hər hansı teratogen təsirə malik olduğunu və ya dölə toksik
təsir göstərdiyini ehtimal etmək üçün əsas vermir. Bununla belə, bu istiqamətdə klinik
tədqiqatlar aparılmamışdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Klinik tədqiqatlar onu göstərir ki, Serebrolizin nəqliyyat vasitələrini və digər potensial təhlükəli
mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir.