Pharmed
BRONXOLITIN 125ML SRP
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
______________________ 2023-cü il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
BRONXOLİTİN 5,75 mq/4,6 mq/5 ml şərbət
BRONCHOLYTIN
Beynəlxalq patentləşdirilməmiş adı: Glaucine + Ephedrine
Tərkibi
Təsiredici maddə: 5 ml şərbətin tərkibində 5,75 mq qlausin hidrobromid (glaucine hydrobromide),
4,6 mq efedrin hidroxlorid (ephedrine hydrochloride) vardır.
Köməkçi maddələr:etanol (96%), saxaroza, metilparahidroksibenzoat (E 218),
propilparahidroksibenzoat (E 216), reyhan yağı, polisorbat 80, limon turşusu
monohidrat, təmizlənmiş su.
Təsviri
Sarımtıl-qəhvəyi, şirin dadlı və spesifik reyhan yağı qoxulu mayedir.
Farmakoterapevtik qrupu
Öskürəyi zəiflədən vasitə (simpatomimetiklərlə kombinasiyada).
ATC kodu: R05DB20.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Bronxolitin ifadəolunmuş öskürək əleyhinə, bronxdilatasiyaedici və bronxoantiseptik təsirə malik
kombinəolunmuş dərman vasitəsidir.
Qlausin alkoloidi öskürək mərkəzini zəiflədir, lakin tənəffüsə təsir etmir. Zəif ifadəolunmuş
bronxospazmolitik və adrenolitik təsirə malikdir və adətolma və asılılıq yaratmır.
Efedrin birbaşa (alfa- və beta-reseptorları stimulyasiya edir) və dolayı (aminooksidazanın
aktivliyini zəiflədir) adrenomimetikdir. Noradrenalinin və adrenalinin onların deposundan azad
olmasına səbəb olur. Efedrin bronxların saya əzələsinə spazmolitik təsir göstərir. O, davamlı olaraq
bronxial əzələni relaksasiya edir ki, bu da beta2-adrenoreseptorlara ifadəolunmuş oyadıcı təsirlə
əlaqədardır. Efedrinin təsiri altında bronxların selikli qişasının ödemi azalır və onların yolu
genişlənir.
Bronxolitin şərbətinin farmakoloji tədqiqatları göstərir ki, o histaminin bronxlara spastik təsirini
azaldır.
Farmakokinetikası
Sorulması
Peroral qəbulundan sonra qlausin və efedrin mədə-bağırsaq sistemindən tez zamanda və tamamilə
rezorbsiya olunur.
Paylanması
Qlausin maksimal plazma konsentrasiyasına onun qəbulundan 1,5 saat sonra çatır. Efedrin əsasən
qaraciyərdə, ağciyərlərdə, böyrəklərdə, dalaqda və beyində toplanaraq, orqanizmdə paylanır.
Metabolizmi
Qlausin və efedrin (az miqdarı) qaraciyərdə metabolizmə uğrayır.
Xaric olması
Qlausin metabolitlər və dəyişilməmiş şəkildə sidiklə xaric olur.
Efedrinin yarımxaricolma dövrü təqribən 3-6 saat təşkil edir. Əsasən dəyişilməmiş şəkildə sidiklə
xaric olur.
İstifadəsinə göstərişlər
Bronxolitin kombinəolunuş preparat olub, öskürəyi zəiflədir, bronxları genişləndirir və tənəffüs
yollarında bəlğəmi parçalayır. Zəif ifadəolunmuş bronxoantiseptik təsirə malikdir.
Tənəffüs yollarının iltihabi xəstəliklərinin kompleks müalicəsində istifadə edilir.
Əks göstərişlər
- Preparatın istənilən komponentinə qarşı allergiya;
- ürəyin işemik xəstəliyi; dekompensasiya təzahürü ilə ürəyin ağır üzvi xəstəlikləri; ağır və/və
ya nəzarət edilməyən arterial hipertenziya (yüksəlmiş qan təzyiqi); qalxanabənzər vəzinin
funksiyasının artması (tireotoksikoz); feoxromositoma; yüksəlmiş gözdaxili təzyiq (qapalı
bucaqlı qlaukoma); sidiyin ləngiməsilə prostat vəzinin böyüməsi; yuxusuzluq;
- 3 yaşdan aşağı uşaqlar;
- hamiləlik və laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Pasiyentdə ürək xəstəlikləri, ürək ritminin pozuntusu və ya stenokardiya olduqda,
Bronxolitinlə müalicəyə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır.
- Yüksək qan təzyiqi olduqda.
- Prostat vəzinin böyüməsi olduqda.
- İdmançılar nəzərə almalıdırlar ki, preparatın tərkibində efedrinin olması ilə əlaqədar dopinq
sınağının müsbət nəticəsi mümkündür.
- Mərkəzi sinir sisteminə zəif stimulyasiyaedici təsirindən və yuxunun mümkün
pozulmasından bronxolitin şərbətini saat 16-dan sonra qəbul etmək olmaz.
- Efedrinin təsirinə daha həssas olan uşaqlar və yaşlılar;
- Dərman asılılığının inkişafına meylli pasiyentlər ehtiyatla qəbul etməlidirlər.
- Bronxolitinin tərkibində 1,7 həcm% etanol (alkoqol), daha doğrusu hər dozaya (5 ml) 69
mq-a qədər alkoqol vardır ki, bu da hər dozada 1,7 ml pivə, 0,7 ml çaxıra ekvivalntdir.
Alkoqolizmdən əziyyət çəkənlərə zərərlidir. Preparatın tərkibində alkoqolun olmasını
hamilə və laktasiya dövründə olan qadınlarda, uşaqlarda və qaraciyər və ya epilepsiya kimi
xəstəlikləri olan yüksək risk qrupu pasiyentlərində nəzərə almaq lazımdır.
Dərman vasitəsinin tərkibində saxaroza vardır. Pasiyentdə bəzi şəkərlərə qarşı dözümsüzlük
olduqda, Bronxolitin şərbətini istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir.
Metilparahidroksibenzoat (E 218) və propilparahidroksibenzoat (E 216) allergik reaksiyalara (ləng
tipli mümkündür) səbəb ola bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Pasiyent hazırda və ya yaxınlarda qəbul etdiyi, o cümlədən, reseptsiz buraxılan digər dərman
vasitələri barədə həkimlə və ya əczaçı ilə məsləhətləşməlidir.
Ürəyin işini gücləndirən (ürək qlikozidləri) dərman vasitələrilə, xinidinlə, ümumi anestetiklərlə
(halotan), depressiya əleyhinə dərman vasitələri ilə (trisiklik antidepressantlar, MAO inhibitorları),
sinir sisteminin stimulyatorları ilə, tonuslaşdırıcı içkilərlə (kofe, çay, koka-kola) daxil olmaqla eyni
vaxtda istifadəsi ürək ritminin pozulması riskini artırır və ya qan təzyiqini yüksəldir. Pasiyent
depressiyanını müalicəsi üçün dərman vasitələri (MAO inhibitorları) qəbul etdiyi halda onların
dayandırılmasından 2 həftə sonra Bronxolitin şərbətlə müalicəyə başlaya bilər.
Eyni effekti tərkibində erqoalkoloidlər olan miqrenin müalicəsi üçün dərman vasitələri və ya
oksitosinlə eyni vaxtda istifadəsi zamanı da müşahidə etmək olar.
Beta-blokatorlarla (propranolol, atenolol, metoprolol) eyni vaxtda istifadəsi zamanı şərbətin
bronxolitik təsiri azalır.
Bronxolitinlə peroral diabet əleyhinə dərman vasitələrinin eyni vaxtda istifadəsi zamanı onların
hipoqlikemik (qanda şəkərin səviyyəsinin azalması) təsirinin azalması mümkündür.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Pasiyent qadın hamilə olduqda və ya ana südü ilə qidalandırda, hamilə olduğuna şübhə etdikdə və
ya hamiləlik planlaşdırdıqda, bu dərman vasitəsini istifadə etməzdən əvvəl həkimə və ya əczaçıya
müraciət etməlidir.
Bronxolitin şərbəti hamiləliyin ilk uç trimestrində və laktasiya dövründə istifadə edilmir.
Pediatriyada istifadəsi
Bu preparatı 3 yaşdan aşağı uşaqlarda istifadə etmək olmaz.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Bronxolitin şərbətin tərkibində efedrin vardır ki, bu da bəbəklərin genişlənməsinə səbəb ola və
nəqliyyat vasitələrini idarə etmək qabiliyyətinə təsir göstərə bilər.
İstifadə qaydası və dozası
Bronxolitin şərbətini hər zaman içlik vərəqədə qeyd edilən şəkildə qəbul etmək lazımdır. Hər hansı
şübhə olduqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Adi doza
Böyüklər və 10 yaşdan yuxarı uşaqlar
10 ml gündə 3-4 dəfə təyin edilir.
3-10 yaşlı uşaqlar
5 ml gündə 3 dəfə istifadə edilir.
Şərbət yeməkdən sonra daxilə qəbul edilir.
Müalicənin müddəti 5-7 gündür.
5 gündən sonra simptomlar davam etdiyi halda və ya pasiyentin vəziyyəti pisləşdikdə, həkimə
müraciət etmək lazımdır.
Bronxolitinin qəbulu buraxıldıqda
Preparatın 1 dozası buraxıldıqda, onu mümkün qədər tez qəbul etmək lazımdır. Növbəti dozanın
vaxtı yaxınlaşdıqda, unudulan dozanı ötürüb, növbəti dozanı adi qaydada qəbul etmək lazımdır.
Unudulan dozanı kompensasiya etmək üçün ikiqat doza istifadə etmək olmaz.
Pasiyentdə bu dərman vasitəsinin istifadəsilə əlaqədar istənilən əlavə sual yarandıqda, həkimə və ya
əczaçıya müraciət etməlidir.
Əlavə təsirləri
Digər dərman vasitələri kimi bronxolitin də əlavə təsirlərə səbəb ola bilər, lakin onlar hamıda
təzahür etmir.
Şərbətlə müalicə zamanı ağızda quruluq, iştahanın itməsi, ürəkbulanma, qusma, qəbizlik,
hiperhəssaslıq reaksiyaları (səpgi, övrə, qaşınma, angionevrotik ödem, bronxospazm), güclü
tərləmə, başgicəllənmə, əsmə, həyəcan, gərginlik, yuxusuzluq, sedativ (sakitləşdirici) effekt, ürək
fəaliyyətinin tezləşməsi, qan təzyiqinin yüksəlməsi, ətraflarda sirkulyasiyanın pozulması, görmənin
pozulması, prostat vəzin böyüməsi olan pasiyentlərdə sidiyəgetmənin çətinləşməsi və ya sidiyin
ləngiməsi, təngnəfəslik, adətolma müşahidə edilə bilər.
Dəqiq tezliyi məlum olmasa da, bəzi şəxslərdə miokardın işemiyasının və ya sinədə ağrının
(stenokardiya kimi ürək pozuntusunun nəticəsində) yaranması mümkündür. Bu halda həkimlə
məsləhətləşmək lazımdır.
Bronxolitinlə müalicə dövründə qeyd edilən simptomlar yarandıqda, pasiyent həkimə məlumat
verməlidir, lakin dərman vasitəsinin istifadəsini həkim rəyi və məsləhəti olmadan dayandırmaq
olmaz.
Qeyd edilən istənilən əlavə təsir ciddiləşdikdə və ya pasiyent təlimatda qeyd edilməyən digər əlavə
təsir aşkar etdikdə, bu barədə həkimə məlumat vermək lazımdır.
Doza həddinin aşılması
İçlik vərəqədə qeyd edilən doza həddi aşıldıqda, pasiyentdə əsəbi oyanıqlıq, ətrafların əsməsi, güclü
tərləmə, sidiyəgetmənin çətinləşməsi, ürəkbulanma, yuxusuzluq, bəzi hallarda əzginlik və
yuxululuq yarana bilər. Doza həddinin aşılmasından sonra, eləcə də paranoid psixoz, sayıqlama və
hallüsinasiya müşahidə edilmişdir.
Belə hallarda dərhal həkimlə məsləhətləşmək lazımdır.
Buraxılış forması
125 ml şərbət polietilen qapaqlı tünd şüşə flakonda və ya polietilen qapaqlı tünd polietilentereftalat
flakonda. 1 flakon ölçü stəkanı və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq
lazımdır.
Yararlılıq müddəti
4 il.
Flakon açıldıqdan sonra 1 ay ərzində istifadə edilməlidir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
“Sofarma” SC.
İlienskoye şosse k. 16, 1220 Sofiya, Bolqarıstan.