Pharmed
BROMGEKSIN 4MG 60ML SRP (GER)
BROMHEKSİN
Beynəlxalq patentləşdirilməmiş adı: Bromhexine
BROMHEKSİN Tərkibi
Təsiredici maddə: 5 ml (1 ölçü qaşığı) məhlulun tərkibində 4 mq bromheksin hidroxlorid
vardır.
Köməkçi maddələr: propilenqlikol, sorbit (Ph. Eur.), 3,5%-li xlorid turşusu, ərik aromatizatoru,
təmizlənmiş su.
Farmakoterapevtik qrupu
Bəlğəmgətirici dərman vasitəsi.
ATC kodu: R05CB02.
İstifadəsinə göstərişlər
Bromheksin 4 Berlin-Hemi bəlğəmgətirici dərman preparatıdır (qatı bəlğəmin əmələ gəlməsi
ilə müşayiət olunan tənəffüs yolları xəstəliklərində bəlğəmin durulaşmasına səbəb olur).
Bromheksin 4 Berlin-Hemi qatı bəlğəmin əmələ gəlməsi ilə müşayiət olunan bronx və
ağciyərlərin kəskin və xroniki xəstəliklərində, bəlğəmi durulaşdırmaq məqsədilə istifadə
olunur.
Əks göstərişlər
Bromheksin hidroxloridə və/və ya preparatın tərkibində olan hər hansı komponentə qarşı
yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bromheksin 4 Berlin-Hemi preparatının istifadəsinə başlamazdan əvvəl məsləhət üçün həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Bromheksin hidroxloridin istifadəsi ilə əlaqədar olan ağır dəri reaksiyaları barədə məlumatlar var. Pasiyentdə dəridə səpgilər (ağızın, boğazın, burunun, gözlərin, cinsiyyət üzvlərinin
selikli qişasının zədələnməsi daxil olmaqla) meydana çıxdıqda Bromheksin 4 Berlin-Hemi
preparatının qəbulunu dərhal dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Aşağıdakı hallar mövcud olduqda, Bromheksin 4 Berlin-Hemi preparatının istifadəsinə
başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır:
- Bromheksin 4 Berlin-Hemi preparatı mədənin və onikibarmaq bağırsağın selikli qişalarının
baryer funksiyasına pozucu təsir göstərdiyinə görə, pasiyentdə hal-hazırda və ya əvvəllər
mədə və ya onikibarmaq bağırsaq xorası olduqda.
- bronxların artıq sekretin toplanması ilə müşayiət olunan nadir xəstəliklərində (məsələn
birincili siliar diskineziya (kirpiciklərin diskineziyası)). Belə hallarda, sekretin ehtimal olunan toplanmasını nəzərə alaraq, Bromheksin 4 Berlin-Hemi preparatını, yalnız həkim nəzarəti
ilə istifadə etmək lazımdır.
- Ağır dərəcəli böyrək funksiyalarının pozğunluqlarında və qaraciyərin ciddi xəstəliklərində
(bu hallarda, Bromheksin 4 Berlin-Hemi preparatı, yalnız həkim təyinatı ilə preparatın qəbulu arasında uzunmüddətli intervalla və ya azaldılmış dozada, istifadə edilir). Ağır dərəcəli
böyrək funksiyalarının pozğunluqlarında Bromheksin 4 Berlin-Hemi preparatının parçalanma
məhsulları qaraciyərdə toplana bilər.
Bromheksin 4 Berlin-Hemi preparatından istifadə etdikdə, qaraciyər funksiyalarının vaxtaşırı
yoxlamaq lazımdır, xüsusən uzunmüddətli müalicə zamanı.
Uşaqlar:
Bromheksin 4 BH preparatını, yalnız 2 yaşdan yuxarı uşaqlarda həkim nəzarəti altında
istifadə etmək olar.
Bromheksin 4 Berlin-Hemi preparatının tərkibində propilenqlikol və sorbit var.
Bromheksin 4 Berlin-Hemi preparatından uşaqların müalicəsində istifadə etdikdə, propilenqlikolun hesabına, alkoqollu içkilərdən istifadə etdikdən sonra baş verən simptomlara bənzər,
simptomlar meydana çıxa bilər.
Dərman preparatının tərkibində sorbit var. Bu səbəbdən, pasiyentdə hər hansı şəkər növünə
qarşı dözümsüzlüyün olması barədə həkimə məlumat vermək və məsləhət almaq lazımdır.
Sorbitin kaloriliyi 2,6 kkal/q təşkil edir. Bir ölçü qaşığında 2 q sorbit (0,5 q fruktoza mənbəyi) var ki, bu da təxminən 0,17 çörək vahidinə müvafiqdir.
Sorbit yüngül işlədici təsir göstərə bilər.
Digər dərman vasitələrilə qarşılıqlı təsiri
Hazırda istifadə edilən dərman vasitələri barədə və ya bir müddət əvvəl istifadə edilmiş
preparatlar barədə və ya istifadəsi planlaşdırılan dərman preparatları barədə həkimi və ya
əczaçını məlumatlandırmaq lazımdır.
Bromheksin 4 Berlin-Hemi preparatı öskürəyi aradan qaldıran dərman vasitələri (öskürəkkəsici preparatlar) ilə birlikdə istifadə edildikdə, öskürək refleksinin tormozlanması nəticəsində
tənəffüs yollarında bəlğəmin toplanması təhlükəsi var – belə halı nəzərə alaraq, bu kombinasiyada preparatları təyin edərkən preparatların istifadəsi barədə göstərişlərlə diqqətlə tanış olmaq lazımdır.
Mədə-bağırsaq sisteminin selikli qişasına qıcıqlandırıcı təsir göstərən preparatlarla birlikdə
təyin etdikdə, Bromheksin 4 Berlin-Hemi preparatının təsirindən mədənin selikli qişasının
qıcıqlanması arta bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Müalicəyə başlamazdan əvvəl hamiləlik, laktasiya, ehtimal edilən hamiləlik və ya hamiləliyin planlaşdırılması barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır.
Preparatının hamiləlik dövründə istifadə təcrübəsi barədə indiyə qədər məlumat yoxdur; bu
səbəbdən, hamilə qadınlara Bromheksin 4 Berlin-Hemi preparatı, yalnız pasiyent üçün “faydarisk” nisbəti hərtərəfli qiymətləndirildikdən sonra təyin oluna bilər; hamiləliyin ilk trimestrində preparatdan istifadə etmək tövsiyə edilmir.
Bromheksin ana südünə nüfuz edir. Bromheksinin yenodoğulmuş körpələrə təsiri
öyrənilmədiyi üçün, preparatı laktasiya dövründə istifadə etmək olmaz.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Bromheksin 4 Berlin-Hemi preparatı nəqliyyat vasitələrini və digər təhlükəli mexanizmləri
idarəetmə qabiliyyətinə mənfi təsir etmir və ya çox əhəmiyyətsiz dərəcədə təsir göstərir.
BROMHEKSİN İstifadə qaydası və dozası
Preparatı içlik vərəqədə olan göstərişlərə müvafiq və ya həkim və ya əczaçının təyinatına
müvafiq istifadə etmək lazımdır. Preparatın istifadəsilə bağlı suallar yarandıqda həkimə və
ya əczaçıya müraciət etmək lazımdır.
Dozalanması:
Tövsiyə edilən dozalar təfsilatı ilə aşağıdakı cədvəldə göstərilib.
Pasiyentlər, Dozalanma
Böyüklər və 14 yaşdan yuxarı yeniyetmələr Sutkada 3 dəfə 2-4 ölçü qaşığı (sutkada
24-48 mq Bromheksin hidroxloridə
müvafiqdir)
6 yaşdan 14 yaşa qədər uşaq və yeniyetmələr,
həmçinin bədən kütləsi 50 kq-dan aşağı olan
pasiyentlər
Sutkada 3 dəfə 2 ölçü qaşığı (sutkada 24
mq Bromheksin hidroxloridə müvafiqdir)
6 yaşa qədər uşaqlar Sutkada 3 dəfə 1 ölçü qaşığı (sutkada 12
mq Bromheksin hidroxloridə müvafiqdir)
Böyrək funksiyalarının pozğunluqlarında və qaraciyərin ağır dərəcəli xəstəliklərində
preparat kiçik dozada və ya qəbulu arasında uzunmüddətli intervalla istifadə edilir. Bu
barədə həkimlə məsləhətləşmək lazımdır.
İstifadə qaydası:
Bromheksin 4 Berlin-Hemi preparatı daxilə qəbul etmək üçün məhluldur.
Qablaşmada 5 ml həcmində ölçü qaşığı var. Bromheksin 4 Berlin-Hemi preparatının
dozalarını bu ölçü qaşığı ilə ölçmək lazımdır.
Qeyd:
Preparatı daxilə kifayət qədər su ilə qəbul etmək lazımdır.
Preparın istifadə müddəti, xəstəliyin əmələ gəlmə mənşəindən və ağırlığından asılı olaraq,
həkim tərəfindən müəyyən edilir.
Pasiyentdə xəstəliyin simptomları ağırlaşarsa və ya 4-5 gün müddətində pasiyentin
vəziyyətində yaxşılaşmaya doğru irəliləyiş qeyd olunmazsa, həkimə müraciət etmək
lazımdır.
Bromheksin 4 Berlin-Hemi preparatının pasiyentin orqanizminə həddən artıq güclü və ya
həddən artıq zəif təsir göstərməsi barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır.
Preparatın qəbulu ötürüldükdə ötürülən dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etmək olmaz.
Preparatın qəbulu ötürüldükdə və ya preparat təyin olunan dozadan kiçik dozada qəbul
edildikdə, preparatı növbəti qəbul vaxtı təyin edilən dozada qəbul etmək lazımdır.
Xəstəliyin gedişini ağırlaşdırmamaq məqsədilə, həkimlə məsləhətləşmədən dərman
preparatının qəbulunu dayandırmaq olmaz.
Preparatın istifadəsilə bağlı suallar yarandıqda həkimə və ya əczaçıya müraciət etmək
lazımdır.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi Bromheksin 4 Berlin-Hemi preparatının da əlavə təsirləri
mövcuddur. Lakin bu təsirlər hər zaman və hər pasiyentdə meydana çıxmır.
Pasiyentdə aşağıda göstərilən əlavə təsirlərdən hər hansı meydana çıxdıqda preparatın
qəbulunu dərhal dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Bəzən baş verən əlavə təsirlər (100 pasiyentdən birində müşahidə oluna bilər)
- üşütmə;
- ürəkbulanma, qarın nahiyəsində ağrılar, qusma, ishal.
Nadir hallarda baş verən əlavə təsirlər (1000 pasiyentdən birində müşahidə oluna bilər)
- hiperhəssaslıq reaksiyaları;
- səpgi, övrə;
Əlavə təsirlərin başvermə tezliyi məlum deyil (əldə olunan məlumatların əsasında
qiymətləndirmək mümkün deyil)
- anafilaktik şok, angionevrotik ödem (dəri, dərialtı toxumalar, selikli qişalar və selikli qişa
altında yerləşən toxumaların tez inkişaf edən ödemi) və dərinin qaşınması kimi simptomlar
daxil olmaqla, anafilaktik reaksiyalar;
- ağır arzuolunmaz dəri reaksiyaları (multiform eritema, Stivens-Conson sindromu/toksik
epidermal nekroliz və kəskin generalizə olunmuş ekzantematoz pustulyoz daxil olmaqla).
Hiperhəssaslıq reaksiyaların ilkin əlamətləri meydana çıxdıqda və həmçinin, dəridə və selikli qişalarda qeyri-adi dəyişikliklər qeyd olunduqda Bromheksin 4 Berlin-Hemi
preparatının qəbulunu dayandırmaq və dərhal həkimə müraciət etmək lazımdır.
Əlavə təsirlər aşkar edildikdə, o cümlədən bu içlik vərəqədə qeyd olunmayan əlavə
təsirlər, həkimə, əczaçıya və ya tibb bacısına müraciət etmək lazımdır. Bu, istənilən əlavə
təsirə, içlik vərəqədə qeyd edilən və qeyd edilməyən, aiddir.
Doza həddinin aşılması
Preparatın istifadəsi zamanı doza həddinin aşılması simptomları, preparatın istifadəsi
nəticəsində meydana çıxan əlavə təsirlər çərçivəsində baş verir. Xəstəliyin simptomları ağır
olduqda qan dövranına nəzarət tələb oluna bilər və zərurət yarandıqda simptomatik müalicə aparılmalıdır.
Uşaq Bromheksin 4 Berlin-Hemi preparatından artıq miqdarda qəbul etdikdə dərhal həkimə
müraciət etmək lazımdır.
Buraxılış forması
Etiketlə təchiz edilmiş, burulan qapaqlı və icazəsiz müdaxilədən mühafizəli 60 ml və ya
100 ml qonur rəngli orijinal flakon. Hər qutunun icində dozalanma üçün nəzərdə tutulan
ölçü qaşığı var. 1 flakon içlik vərəqə ilə birlikə qatlanan karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.