PharmEd

Pharmed

BEPANTEN DEXPANTHENOL 50MG 100GR KREM 7221

BEPANTEN

Beynəlxalq patentləşdirilməmiş adı: Dexpanthenol

 

BEPANTEN Tərkibi

Təsiredici maddə: 1 q kremin tərkibində 50 mq dekspantenol vardır. Köməkçi maddələr: DL-pantolakton, fenoksietanol, amfizol K, setil spirti, stearil spirti, lanolin (E913), izopropilmiristat, propilenqlikol (E1520), təmizlənmiş su.

 

Farmakoterapevtik qrupu

Yara və xoraların müalicəsi üçün vasitə. Digər sikatrizanlar

ATC kodu: D03АХ03.

 

Farmakoloji xüsusiyyətləri

Dekspantenol – pantoten turşusunun spirtli analoqudur və eyni bioloji aktivliyə malikdir. Dekspantenol hüceyrələrə tez daxil olaraq pantoten turşusuna çevrilir və vitamin В5 kimi təsir göstərir. Pantoten turşusu və onun duzları suda həll olan vitaminlərdir, asetilkoenzim A-nın tərkibinə daxildir, bir cox mübadilə proseslərində mühüm rol oynayır. Beləliklə, dərinin və selikli qişaların reqenerasiyasında və formalaşmasında vacib olan pantoten turşusuna artan təlabatı dekspantenol ödəyə bilər. Orqanizmdən dəyişilməmiş şəkildə sidik və nəcislə xaric olur.

 

İstifadəsinə göstərişlər

Quru və qıcıqlanmış zədələnməyən dərinin müalicəsi: qızartı, yüngül yanıqlar (gün və məişət), dərinin kobud sahələrinə qulluq (məsələn, bilək, dirsək, diz və s.). Quru və qızarmış dəriyə qulluq. Radio-, fototerapiya və ya UB-şüalanma nəticəsində dərinin qıcıqlanmasında mikrozədələnmələrin (catlar, sıyrıntılar) epitelizasiyası və sağalmanın tezləşməsi. Kortikosteroidlərin istifadəsindən sonra dəriyə qulluq,

 

Əks göstərişlər

Preparatın təsiredici maddəsinə və digər komponentlərinə qarşı yüksək həssaslıq. Hemofiliyalı xəstələrdə ağır qanaxma riski olduğu üçün yaralarda istifadəsi əks göstərişdir.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

İstifadəsi zamanı yüksək həssaslıq əlamətləri yaranarsa, dekspantenolla müalicə dayandırılmalıdır. Lanolin, stearil və setil spirtləri dərini qıcıqlandıra bilər (məsələn, kontakt dermatit). Kremin gözlə təmasından çəkinmək lazımdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri məlum deyildir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Dekspantenolun reproduktivliyə təsiri öyrənilməmişdir. Hamiləlik və laktasiya dövründə kremin istifadəsinə dair heç bir məhdudiyyət yoxdur.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir etmir.

 

BEPANTEN İstifadə qaydası və dozası

Kremi gündə bir necə dəfə zədələnmiş sahələrə çəkmək lazımdır. Müalicə müddəti xəstəliyin xüsusiyyətindən və gedişindən asılıdır.

 

Əlavə təsirləri

Göstərilən əlavə təsirlər spontan məlumatlara əsaslanır. Dəqiq rast gəlmə tezliyini təyin etmək mümkün deyil. Dəri və ya dərialtı toxuma və immun sistem pozğunluqları: allergik reaksiyalar, həmçinin dəri – kontakt və allergik dermatit, qaşınma, ekzema, eritema, səpgi, övrə, dərinin qıcıqlanması və yaralar.

 

Doza həddinin aşılması

Dekspantenolun həddindən artıq miqdarda istifadəsi aşağı sistem toksikliyinə malikdir və xəstənin sağlamlığı üçün təhlükəli əlavə təsirlərə səbəb olmur.

 

Buraxılış forması

30 q və ya 100 q krem, tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.