PharmEd

Pharmed

BENZIL BENZOAT 200MG 25GR MELHEM (RUS)

BENZİLBENZOAT

Beynəlxalq patentləşdirilməmiş adı: Benzyl benzoate

 

BENZİLBENZOAT Tərkibi

Təsiredici maddə: 100 q məlhəmin tərkibində 20,0 q benzilbenzoat vardır.
Köməkçi maddə: termostabil trietanolamin (trolamin), stearin turşusus, makroqol 400,
 təmizlənmiş su.


Farmakoterapevtik qrup

Qotur xəstəliyinə qarşı vasitə.

ATC kodu: Р03АХ01.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası:
Xaricə istifadə üçün qoturluğa qarşı preparat.
Qoturluq gənəsinə toksik təsir göstərir. Qotur gənələrinin sürfələrinin və yetkinlərinin ölümünə
səbəb olur, ölüm 7-31 dəqiqədən sonra baş verir. Xitin örtüyü keçir və gənənin bədənində zəhərli
konsentrasiyalarda toplanır, onların yumurtalarına təsir göstərmir.
Farmakokinetikası:
Epidermisin yuxarı qatlarına təsir edir, sistem qan axınına sorulmur.

 

İstifadəsinə göstərişlər

Qoturluq.
Zəruri hallarda, dərman maddəsindən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin.

 

Əks göstərişlər

Benzilbenzoata və preparatın tərkibinə daxil olan digər maddələrə qarşı yüksək həssaslıq,
hamiləlik, laktasiya dövrü, 18 yaşdan kiçik uşaqlar.

 

Xüsusi göstərişlər və ehtiyyat tədbirləri

Müalicəyə başlamazdan əvvəl xəstənin dəri səthindən gənələri mexaniki şəkildə çıxarmaq,
həmçinin epidermisin səth qatını boşaltmaq (dərmanın hopmasını asanlaşdırmaq üçün)
məqsədilə isti duş qəbul etməsi məsləhət görülür. Əllərin məcburi yuyulmasından sonra onları
yenidən məlhəmlə müalicə etmək lazımdır.
Bir ocaqda aşkar edilmiş xəstələrin, həmçinin, onlarla kontaktda olan şəxslərin müalicəsi təkrar
yoluxmanın qarşısının alınması məqsədiə eyni zamanda aparılır. Müalicədən sonra qaşınma
hissinin qalması əlavə spesifik terapiyanın təyin edilməsi üçün göstəriş ola bilməz. Qaşınma
orqanizmin ölmüş bitə və onun həyat fəaliyyəti məhsullarına qarşı verdiyi reaksiyadır.
Antihistamin preparatlarının və tərkibində qlükokortikosteroidlərin olduğu məlhəmlərin təyin
olunmasından sonra itir.
Müalicədən sonra iki həftə ərzində həkim nəzarətinin olması zəruridir, ağırlaşma zamanı isə
həkim nəzarətinin müddəti daha uzun olmalıdır. Yoluxmuş dəriyə toxunmuş bütün əşyalar
diqqətlə təmizlənməlidir. Yataq ləvazimatları, alt paltarları, dəsmallar yuyucu toz məhlulunda 5-
10 dəq ərzində qaynadılmalıdır. Üst geyim hər iki tərəfdən qaynar ütü ilə ütülənməlidir. Termiki
işlənmə tətbiq oluna bilməyən əşyalar üç gün təmiz havada asılı qalmalıdır.
Ayaqqabılar, oyuncaqlar və digər əşyalar 5 gün istifadə olunmamalı və selofan paketdə
saxlanılmalıdır. Döşəklər, balınclar, yorğanlar həmçinin, 5 gün istifadə olunmamalı və ya kamera
şəklində dezinfeksiyaya məruz qalmalıdırlar. Yumşaq mebeli dezinfeksiyaedici preparatlarla
təmizləmək lazımdır. Mənzildə təmizlik işləri aparmaq lazımdır, döşəmələri yuyucu vasitələrlə
və ya dezinfeksiyaedici vasitələr əlavə etməklə yumaq lazımdır. Preparatın gözə, burun
boşluğuna və ağız boşluğuna düşməsinə yol vermək olmaz.
Preparat daxil olduqda:
− burun boşluğuna – burun boşluğunu bol su ilə yumaq;
− ağız boşluğu – ağız boşluğunu bol su və ya natrium hidrokarbonatın (qida sodasının) 2%-li
məhlulu ilə yaxalamaq lazımdır;
− mədəyə – mədəni natrium hidrokarbonatın 1-2%-li məhlulu, maqnezium oksidlə
aktivləşdirilmiş kömürün su qatışığı (bir stəkan suya 1-2 xörək qaşığı olmaqla) ilə yumaq;
− göz – gözləri su və ya natrium hidrokarbonatın 1-2%-li məhlulu ilə səylə yumaq lazımdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Məlhəmin digər preparatarla qarşılıqlı farmakoloji təsiri aşkar edilməmişdir. Benzilbenzoatın
digər xaricə istifadə olunan dərman maddələri ilə birlikdə istifadəsi tövsiyə edilmir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Məlhəmdən istifadə əks göstərişdir.

 

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Dərman xüsusi diqqət və sürətli reaksiya tələb edən potensial təhlükəli fəaliyyətlərin yerinə
yetirilməsinə mənfi təsir göstərmir.

 

BENZİLBENZOAT İstifadə qaydası və dozası

Xaricə istifadə olunur. Böyüklər üçün məlhəm 20% konsentrasiyada istifadə edilir.
Müalicə kursu 4 gün davam edir. İlk gün müalicə axşam yatmazdan əvvəl ilıq su və sabunla
yuyunduqdan sonra aparılır. Məlhəm üz və başın saçlı hissəsi istisna olmaqla, bütün dəri
örtüyünə yaxılır, əllə sürtülərək hopdurulur, səhərə qədər yuyulmur. Bir yaxma zamanı 30-40 q
məlhəm sərf olunur. İkinci və üçüncü gün müalicəyə fasilə verilir, məlhəm qalıqları dəridən
yuyulmur. Dördüncü gün axşam xəstə sabunla yuyunur və birinci gün olduğu kimi qalan
məlhəmdən istifadə edib və alt geyimlərini dəyişdirir. Müalicədən sonra əllər 3 saat ərzində
yuyulmamalıdır, sonra hər yumadan sonra məlhəmlə müalicə olunur. Məlhəm dərinin digər
sahələrindən yuyularsa, müalicəni yenidən təkrarlamaq lazımdır. Məlhəm müalicənin beşinci
günü dəridən tamamilə yuyulur.
Əgər müalicədən sonra yaxşılaşma baş verməzsə və ya yeni simptomlar yaranarsa, həkimlə
məsləhətləşmək lazımdır. Preparatdan yalnız təlimatda göstərilən istifadə qaydasına və dozalara
uyğun şəkildə əməl etməklə istifadə etmək lazımdır. Lazım gələrsə, dərman preparatından
istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin.

 

Əlavə təsirləri

Yerli reaksiyalar: dəridə yanma hissi, qıcıqlanma, allergik reaksiyalar mümkündür. Əgər
təlimatdan göstərilən əlavə təsirlərdən hər hansı biri şiddətlənərsə və ya təlimatda göstərilməyən
hər hansı digər əlavə təsir müşahidə olunarsa, dərhal bu barədə həkimə məlumat vermək
lazımdır.

 

Doza həddinin aşılması

Aşkar edilməyib.

 

Buraxılış forması

Xaricə istifadə üçün məlhəm 20 %.
25 q məlhəm alüminium tubda. Hər bir tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
 

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.