
Grindex
BENEVRON-B N5 AMP
Benevron B inyeksiya üçün məhlul
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
_____________________-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
BENEVRON B inyeksiya üçün məhlul
BENEVRON B
Tərkibi
Təsiredici maddə: 1 ampulda 250 mq B1 vitamini (tiamin hidroxlorid), 4 mq B2 vitamini (riboflavi fosfat natrium şəklində riboflavin), 250 mq B6 vitamini (piridoksin hidroxlorid), 1500 mkq B12 vitamini (sianokobalamin) vardır.
Köməkçi maddələr: benzil spirti, monotioqliserol, natrium hidrokarbonat, dinatrium edetat, inyeksiya üçün su.
Təsviri
Tünd qırmızı və ya qəhvəyi rəngli rəngli şəffaf məhluldur.
Farmakoterapevtik qrupu
B qrupu vitaminləri kompleksi.
ATC kodu:
A11EA.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Benevron B, təsiri tərkibinə daxil olan komponentlərin xüsusiyyətlərilə əlaqədar olan kombinəolunmuş preparatdır.
B1 vitamini (tiamin hidroxlorid) qaraciyərdə fosforlaşma prosesləri nəticəsində, bir çox ferment reaksiyalarının kofermenti olan, kokarboksilazaya çevrilir. B1 vitamini karbohidrat, zülal və yağ mübadiləsində və sinapslarda sinir impulslarının keçiriciliyində mühüm rol oynayır, miokardiositlərdə metabolizm proseslərini və anemik miokardiodistrofiya zamanı onların yığılma qabiliyyətlərini yaxşılaşdırır.
B2 vitamini (riboflavin) hüceyrə tənəffüsü və görmə qavraması proseslərinin vacib katalizatorudur. Riboflavin oksidləşmə-reduksiya proseslərini tənzimləyir, hidrogen ionlarının daşınmasında, toxuma tənəffüsündə, karbohidrat, zülal və yağ mübadiləsində, görmə orqanının normal funksiyasının dəstəklənməsində, hemoqlobinin və eritropoetinin sintezində iştirak edir.
B6 vitamini (piridoksin hidroxlorid) orqanizm tərəfindən doymamış yağ turşularının istifadəsini yaxşılaşdırır, sinir sistemi, qaraciyər, qanyaranma funksiyalarına müsbət təsir göstərir. Piridoksin sinir-əzələ keçiriciliyini və əzələlərin yığılmasını normallaşdıran, qıcolmaların yaranmasının qarşısını alan, kükürd tərkibli aminturşu – taurinin (metionin və sisteindən) sintezinə səbəb olur. Triptofan, metionin, sistein, qlutamin və digər aminturşularının mübadiləsində iştirak edir. Histaminin mübadiləsində mühüm rol oynayır.
Lipid mübadiləsinin normallaşmasına səbəb olur. Piridoksinin çatışmazlığı anemiyaya, dermatitə və qıcolmalara səbəb olur.
B12 vitamini (sianokobalamin) orqanizmin həyat fəaliyyətini təmin edən bir sıra biokimyəvi reaksiyalarda iştirak edir - metil qruplarının daşınması, nuklein turşularının, zülalların, aminturşuların, karbohidratların və lipidlərin sintezi. Normal qanyaranma və eritrositlərin yetişməsi üçün vacibdir. O, eritrositlərdə tərkibində sulfhidril qrupları olan birləşmələrin toplanmasına səbəb olur və bu da, onların hemolizə qarşı dözümlüyünü artırır.
Benevron B inyeksiya üçün məhlul
hemolizə qarşı dözümlüyünü artırır. Sianokobalaminin koferment formaları – metilkobalamin və adenozilkobalamin hüceyrələrin replikasiyası və inkişafı üçün vacibdir. Sianokobalamin sinir sistemində gedən proseslərə (RNT, DNT və mielin sintezi, serebrozid və fosfolipidlərin lipid tərkibi) təsir edir, onun periferik sinir sisteminin zədələnməsi ilə əlaqəli ağrı hissini azaldır. Qanda xolesterinin konsentrasiyasını azaldır. Qaraciyər funksiyasına müsbət təsir göstərir. Toxumaların regenerasiya qabiliyyətini artırır.
Farmakokinetikası
B1 vitamini (tiamin mononitrat) əzələdaxili yeridilməsindən sonra qan dövranına tez daxil olur. Qaraciyərdə fosforlaşmaya məruz qalır. Qaraciyər, ürək, beyin, böyrək, dalaqda toplanır, lakin orqanizmdə ehtiyatı cox azdır. Plasentar baryerdən asanlıqla keçir və ana südündə aşkar edilir. Böyrək və bağırsaqlar vasitəsilə xaric olunur.
B2 vitamini (riboflavin) bütün toxuma və orqanlara paylanır, əzələ toxumasında, qaraciyər, miokard, böyrək və dalaqda depolaşır. Plasentadan və ana südünə keçir. Qaraciyərdə metabolizmə uğrayır. Yarımxaricolma dövrü 66-84 dəqiqədir. Orqanizmdən böyrəklər vasitəsilə demək olar ki tam metabolit şəklində xaric olunur, yüksək dozalarda istifadə edildikdə xaricolması, əsasən, dəyişilməmiş halda baş verir. Əhəmiyyətsiz miqdarı nəcislə xaric olunur. Hemodializ zamanı xaric olunur, lakin bu böyrək ekskresiyasından daha zəif baş verir.
B6 vitamini (piridoksin hidroxlorid) qaraciyərdə farmakoloji fəal metabolitlərin (piridoksalfosfat və piridoksaminofosfat) yaranması ilə metabolizə olunur. Bütün toxumalara yaxşı keçir; əsasən qaraciyərdə, az miqdarda isə mərkəzi sinir sistemində və əzələlərdə toplanır. Plasentadan keçir və ana südü ilə xaric olunur. Yarımxaricolma dövrü 15-20 gündür. Böyrəklər vasitəsilə və hemodializ zamanı xaric olur.
B12 vitamini (sianokobalamin) - əzələdaxili yeridilməsindən 60 dəqiqə sonra plazmada pik konsentrasiyasına çatır. Qanda sianokobalamini toxumalara daşıyan spesifik zülallar transkobalaminlərlə birləşir və toxumalara çatdırılır. Əsasən qaraciyərdə depolaşır. Böyrəklərin normal funksiyası zamanı 7-10% böyrək vasitəsilə, təxminən 50% nəcislə; böyrəklərin funksiysı zəif olduqda 0-7% böyrək, 70-100% nəcislə orqanizmdən xaric olunur. Plasentar baryerdən keçir və ana südündə aşkarlanır.
İstifadəsinə göstərişlər
- B1, B2, B6, B12 vitaminlərinin hipo- və avitaminozu;
- sinir sistemi xəstəliklərinin simptomatik müalicəsi – periferik nevritlər və polinevritlər, nevralgiyalar, periferik parez və ifliclər, radikulitlər, retrobulbar nevritlər, kəmərləyici dəmrov, lyumbaqo, pleksitlər, qabırğaarası nevralgiyalar, üz sinirinin parezi, üçlü və üz sinirlərinin nevralgiyası, amiotrofik yan skleroz, uşaq serebral iflici, mərkəzi və periferik sinir sistemlərinin travmaları;
- ensefalopatiya (diabetik, alhoqol, posttravmatik);
- müxtəlif mənşəli anemiyalar;
- mədə-bağırsaq sisteminin xəstəlikləri – mədə və onikibarmaq bağırsaq xora xəstəliyi, xroniki qastrit, enterokolit, hepatit, qaraciyər sirrozu;
- dəri xəstəlikləri – ekzema, nevrogen mənşəli dermatozlar, dermatitlər, neyrodermitlər, psoriaz;
- oynaq xəstəlikləri – artrit, osteoartroz, revmatizm, revmatoid artrit;
- oftalmoloji xəstəliklər – hemeralopiya, konyunktivit, keratit, iridosiklit, katarakta, buynuz qişanın xora xəstəliyi;
- yüksək fiziki yüklənmə;
- antibiotiklər və izoniazid sırasından olan vərəm əleyhinə preparatlarla müalicə zamanı yaranan əlavə təsirlərin profilaktika və korreksiyası.
Əks göstərişlər
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
- dərman vasitəsinin tərkibinə daxil olan hər hansı vitaminin hipervitaminozu.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Benevron B preparatının parenteral yeridilməsi zamanı və ya ondan dərhal sonra anafilaktik şok kimi potensial ciddi arzuolunmaz allergik reaksiyalar nadir hallarda yaranır və bu Benevron B preparatının...
Benevron B inyeksiya üçün məhlul - Xüsusi göstərişlər və istifadə qaydası
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Parenteral yeridilməsini tələb edən pasiyentlərdə, xüsusən də tiaminin parenteral qəbulunu tələb edən Vernike ensefalopatiyasının inkişaf riski olan pasiyentlərdə istifadəsinə mane olmamalıdır.
Benevron B preparatına qarşı allergik reaksiyanın ilkin xəbərdarlıq əlamətlərinə asqırma və ya yüngül astma aiddir və sonrakı müalicə zamanı bu pasiyentlərdə anafilaktik şokun inkişafının ehtimalı nəzərə alınmalıdır. Adekvat müalicəni təmin etmək üçün pasiyentin hematoloji və nevroloji vəziyyətini mütəmadi olaraq izləmək lazımdır. Müalicənin ilkin dövründə hipokaliemiya səbəbindən ürək aritmiyalarının inkişafı halları bildirilmişdir. Bu dövrdə qan zərdabında kaliumun səviyyəsinə nəzarət etmək tövsiyə olunur. Mümkün reaktiv trombositoz riski səbəbindən meqaloblast anemiya müalicəsinin ilk həftələrində trombositlərin səviyyəsinə nəzarət edilməlidir.
Preparatın 3 ml məhlulunda 60 mq benzil spirti vardır. Benzil spirti allergik reaksiyalara səbəb ola bilər.
Benzil spirtin toksik təsirləri yarada bilən minimal konsentrasiyası məlum deyil.
Yığılma və toksiklik riski (metabolik asidoz) səbəbindən xüsusilə də qaraciyər və ya böyrək funksiyasının pozğunluğu olan pasiyentlərdə yüksək dozalar ehtiyatla və yalnız lazım olduqda, istifadə edilməlidir.
Həftədə üç dəfə tərkibində 4 mq piridoksin olan venadaxili multivitamin preparatları qəbul edən xroniki hemodializdə olan pasiyentlərdə vitamin B6 hipervitaminozu və toksiklik reaksiyaları (periferik neyropatiya, qeyri-iradi hərəkətlər) bildirilmişdir.
Anesteziya zamanı ehtiyatlı olmaq və preparatın tərkibində tiamin olması səbəbindən depolyarizəedici miorelaksantların (ditilin və s.) kurareyəbənzər təsirinin zəifləməsi ehtimalı nəzərə almaq lazımdır.
Köməkçi maddələr haqqında xüsusi məlumat
Preparatın 1 ampulunda 1 mmoldan (23 mq) az natrium vardır, yəni dəmək olar ki "natriumdan azaddır".
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Sulfit tərkibli məhlullar tiamini parçaladığına görə bu məhlulları qarışdırmaq məsləhət deyil.
- Preparatı penisillin və ya streptomisinlə (antibiotikin parçalanması baş verir), həmçinin nikotin turşusu (tiamin parçalanır) ilə qarışdırmaq olmaz.
- Preparatın tərkibində tiamin olduğundan depolyarizəedici miorelaksantların (ditilin və digərləri) kurareyəbənzər təsirini zəiflədir.
- Preparatın tərkibində olan riboflavin doksisiklinin, tetrasiklinin, oksitetrasiklinin, eritromisinin və linkomisinin təsirini zəiflədir və streptomisinlə tam uyuşmazlığına səbəb olur.
- Xlorpromazin, imipramin, amitriptilin flavokinazanı blokada edərək riboflavinin flavinadeninmononukleotid və flavinadenindinukleotidin tərkibinə daxil olmasını pozur və onun sidiklə xaricolmasını sürətləndirir.
- Tireoid hormonlar riboflavinin metabolizmini gücləndirirlər.
- Vitamin B2 xloramfenikolun əlavə təsirlərinin (hemopoezin pozulması və görmə sinirinin nevriti) qarşısını alır və azaldır.
- Preparatın tərkibində olan piridoksin hidroxlorid diuretiklərin təsirini gücləndirir, levodopanın aktivliyini zəiflədir.
- İzonikotin hidrazid, penisillamin, sikloserin və estrogen tərkibli peroral kontraseptivlər piridoksin hidroxloridin təsirini zəiflədir.
- Tərkibində sianokobalamin olduğundan preparat farmasevtik cəhətdən askorbin turşusu və ağır metal duzları ilə tam uyuşmazdır (sianokobalamin aktivliyini itirir).
- Aminoqlikozidlər, salisilatlar, epilepsiya əleyhinə preparatlar, kolxisin, kalium preparatları B12 vitaminin absorbsiyasını zəiflədir.
- Sianokobalamin tiaminin səbəb olduğu allergik reaksiyaları gücləndirir.
- Xloramfenikol hemopoetik cavabı zəiflədir.
- Qanın laxtalanmasını gücləndirən preparatlarla istifadə etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın hamiləlik və laktasiya dövründə istifadəsi, yalnız o zaman mümkündür ki, ana üçün gözlənilən fayda dölə və ya südəmər körpəyə olan potensial riskdən üstün olsun.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat avtonəqliyyat və mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Məhlul əzələdaxili yeridilir.
Dozalanma rejimi və Benevron B preparatının istifadə müddəti həkim tərəfindən müəyyən edilir.
10 yaşdan yuxarı uşaqlara və böyüklərə preparat gündə 1 dəfə 3 ml (1 ampul) əzələdaxili təyin edilir.
İnyeksiya üçün məhlul əzələyə dərinə yeridilir.
Benevron B inyeksiya üçün məhlul - İstifadə və əlavə təsirlər
İstifadə qaydası
Həkim təyinatı ilə preparatı hər 2-3 gündən bir 1 ampul istifadə etmək olar.
Uşaqlar
10 yaşdan aşağı uşaqlarda preparatın istifadəsinin effektivliyi və təhlükəsizliyi üzrə məlumat yoxdur.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir:
- Çox tez-tez (≥ 1/10)
- Tez-tez (≥ 1/100 - < 1/10)
- Bəzən (≥ 1/1000 - < 1/100)
- Nadir hallarda (≥ 1/10000 - < 1/1000)
- Çox nadir hallarda (< 1/10000)
- Məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil)
Aşağıdakı əlavə təsirlər mümkündür:
- İmmun sistemdə baş verən pozuntular: məlum deyil - hiperhəssaslıq reaksiyaları (anafilaksiya, səpgi, urtikariya daxil olmaqla).
- Sinir sistemində baş verən pozuntular: məlum deyil - paresteziya.
- Damarlarda baş verən pozuntular: məlum deyil - hipotenziya.
- Ümumi və yeridilmə nahiyəsində baş verən pozuntular: məlum deyil - inyeksiya yerində reaksiyalar (ağrı və şişkinlik daxil olmaqla).
- Məlumat verilən digər simptomlar: qızdırma, titrətmə, qan axını, başgicəllənmə, süstlük, ürəkbulanma, civzəli və bullyoz səpgi, tremor. Meqaloblast anemiyanın müalicəsində reaktiv tromboz preparatın istifadəsinin ilk həftəsində yarana bilər.
Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi
Dərman vasitəsinin qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi vacibdir. Pasiyentdə dərman vasitəsinə qarşı ciddi əlavə təsir yarandıqda və ya bu bölmədə qeyd edilməyən yeni əlavə təsir təzahür etdikdə, müvafiq Milli farmakonəzarət sisteminə məlumat vermək lazımdır.
Doza həddinin aşılması
B qrupu vitaminlərinin istifadəsi zamanı doza həddinin aşılması çox nadir hallarda olur, belə ki, onlar suda həll olur və onların artıq miqdarı sidiklə xaric olur.
Simptomları
Keyləşmə, ayaqlarda, əllərdə və bədənin digər nahiyələrində sancma hissi, həssaslığın, tarazlığın və koordinasiyanın pozulması. Bu simptomların təzahürü zamanı həkimə müraciət etmək vacibdir.
Müalicəsi
Simptomatikdir.
Buraxılış forması
3 ml məhlul sarı şüşə ampulda. 5 ampul konturlu-yuvalı qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
World Medicine İlaç San. ve Tic. А.Ş., Turkey.
ÇOSB G.O. Paşa Mah. 6. Cad: No.30 Çerkezköy/Tekirdağ, Turkey.
Qeydiyyat vəsiqəsinin sahibi
World Medicine İlaç San. ve Tic. А.Ş., Turkey.
ÇOSB G.O. Paşa Mah. 6. Cad: No.30 Çerkezköy/Tekirdağ, Turkey.