PharmEd

Pharmed

ANZIBEL MENTOL N20 TB

ANZİBEL


 

ANZİBEL Tərkibi

Təsiredici maddələr: 1 pastilin tərkibində 5 mq xlorheksidin dihidroxlorid, 4 mq benzokain, 3 mq
enoksolon vardır.
Köməkçi maddələr: sorbitol, kalium asesulfam, maqnezium stearat.
Bal və limon dadlı: bal aromatizatoru, limon aromatizatoru.
Mentol dadlı: mentol aromatizatoru.
Zəncəfil dadlı: zəncəfil tozu, titan dioksid, talk.

 


Farmakoterapevtik qrupu

Boğaz xəstəliklərində istifadə olunan preparatlar. Antiseptiklər.

ATC kodu: R02AA.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası:
Anzibel tərkibində olan aktiv maddələr bir-birini tamamlayır: xlorheksidinin antiseptik təsiri,
enoksolonun iltihab əleyhinə təsiri və benzokainin yerli anestetik təsiri ağız boşluğu və udlağın
selikli qişasında qıcıqlanma səbəbindən yaranan narahatlığı aradan götürür.
Xlorheksidin aerob və anaerob, qrammənfi və qrammüsbət bakteriyalara qarşı antiseptik təsirə
malikdir. O, aşağı konsentrasiyada bakteriostatik, yüksək konsentrasiyada isə bakterisid təsir
göstərir. Kation təbiətli ilə əlaqədar xlorheksidin törədici mikroorqanizmlərin hüceyrə səthinə sıx
bağlanılır və hüceyrə membrananı zədələyərək onun keçiriciliyini artırır.
Benzokain mürəkkəb efir tipli yerli anestetikdir. Benzokain neyronların membranlarının natrium
ionlarına qarşı keçiriciliyini azaldır, nəticədə sinir impulslarının stimulyasiyası və ötürülməsi
blokada edilir.
Enoksolon selikli qişada yerli iltihab əleyhinə təsir göstərir. Enoksolonun kortikosteroidlərlə
struktur oxaşarlığı onun iltihab əleyhinə və mineralokortikoid təsirini müəyyən edir, lakin qeyristeroid strukturu qlükokortikoidlərə xas olan əlavə təsirlərə səbəb olmamasını izah edir.
Farmakokinetikası:
Farmakokinetik tədqiqatlar göstərir ki, xlorheksidinin təxminən 30%-i ağız boşluğunda sorulur və
sonradan tədricən ağız suyuna ifraz olunur. Xlorheksidin mədə-bağırsaq yolundan çox az sorulur və
əsasən, nəcislə, daha az sidiklə xaric olunur.
Benzokain selikli qişalardan sistem qan dövranına çox az miqdarda sorulur. Benzokain, əsasən,
plazma və daha az dərəcədə qaraciyər xolinesterazalarının təsiri ilə metabolizmə uğrayır, nəticədə
efir komponeneti hidroliz olunur, etanol və para-aminobenzoy turşusu ayrılır.
Peroral qəbulu zamanı enoksolon mədə-bağırsaq yolundan tədricən sorulur və sistem absorbsiyası
çox zəifdir. Sorulmuş maddənin böyük hissəsi ödlə və sonradan nəcislə (xüsusilə qeyri-aktiv
metabolitlər şəklində), az hissəsi sidiklə xaric olunur.

 

İstifadəsinə göstərişlər

Anzibel ağız boşluğu və udlaqda yüngül infeksion və iltihabi proseslərin yerli və müvəqqəti
simptomatik müalicəsi üçün istifadə olunur.

 

Əks göstərişlər

Anzibel pastillərinin tərkibində olan təsiredici və ya köməkçi maddələrdən hər hansı birinə qarşı
yüksək həssaslıq.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Tövsiyə olunandan yüksək dozada istifadə etməyin.
Yaşlı xəstələrdə, ağır xəstəliyi olanlarda və zəifləmiş şəxslərdə benzokainin sistem toksikliyinin baş
verməsinə ciddi meyillilik vardır. Belə hallarda dərmanın daha aşağı dozalarına ehtiyac ola bilər.
Enoksolonun yüksək dozası ilə uzunmüddətli müalicə bədəndə natriumun toplanmasına, ödemə və
yaşlı xəstələrdə hipertenziyaya səbəb ola bilər.
Digər efir tipli yerli anestetiklərə dözümsüzlük göstərən xəstələr (xüsusislə para-aminobenzoy
turşusu, parabenlər və ya parafenilendiamin (saç boyası) törəmələri), həmçinin benzokainə də
intolerant ola bilər.
Aşağıdakı vəziyyətlərdə risk-fayda nisbəti qiymətləndirilməlidir:
− Selikli qişanın ağır travması (anestetikin sorulmasını artırır).
− Kəsici dişlərin plombları; plombun səthi və kənarları nahamardırsa, xlorheksidinin təsiri ilə
rənginin daimi dəyişməsi baş verə bilər.
Periodontiti olan xəstələrdə, xlorheksidin supragingival daşların əmələ gəlməsini artıra bilər.
Diş ərpinin toplanmasının və diş rənginin dəyişməsinin qarşısını almaq üçün ağız boşluğunun
normal gigiyenasını təmin etmək lazımdır.
Pastilləri çeynəmək və udmaq olmaz, çünki onlar yalnız yerli təsir göstərir.
Uşaqlarda istifadəsi:
Bu dərman vasitəsi uşaqlarda ehtiyatla istifadə olunmalıdır, çünki onlar benzokainin sistem
toksikliyinə daha həssasdırlar (benzokain methemoqlobinemiyaya səbəb ola bilər).
6 yaşdan kiçik uşaqlarda tibbi nəzarət olmadan istifadə olunmamalıdır.
Köməkçi maddələr:
Anzibel pastillərinin tərkibində şirinləşdirici maddə olaraq sorbitol vardır. Fruktozaya irsi
dözümsüzlüyü olan xəstələr bu preparatdan istifadə etməməlidirlər.
Sorbitol mədə-bağırsaq sistemində diskomforta və yüngül işlədici təsirə səbəb ola bilər.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Anzibel tərkibində antiseptik maddə olan digər preparatlar ilə birgə istifadə olunmamalıdır.
Heyvanlar üzərində aparılan tədqiqatlar zamanı aydın olmuşdur ki, enoksolonun hidrokortizonla
birgə istifadəsi zamanı dəridə sonuncunun aktivliyi artır.
Xolinesterazanın inhibitorları benzokainin və digər yerli anestetiklərin metabolizmini inhibə edərək
sistem toksikliyin yaranma riskini artırır.
Benzokainin metabolitləri sulfanilamid preparatların antibakterial təsirinə antaqonist təsir göstərə
bilərlər.
Bentiromid istifadəsi ilə mədəaltı vəzinin funksiyasını müəyyənləşdirən testin aparılmasından ən azı
3 gün əvvəl müalicənin dayandırılması tövsiyə olunur, çünki benzokain alınacaq nəticələrə təsir edə
bilər.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə Anzibel pastillərin istifadəsi məsləhət görülmür.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
yoxdur və ya əhəmiyyətsizdir.

 

ANZİBEL İstifadə qaydası və dozası

Böyüklər və 12 yaşdan yuxarı uşaqlarda məsləhət görülən doza
Bir pastili 2-3 saat interval ilə ağızda tam həll olana qədər, asta sormaq lazımdır. Maksimal
gündəlik doza 8 pastil təşkil edir.
6-12 yaş arası uşaqlarda məsləhət görülən doza
Bir pastili 4-5 saat interval ilə ağızda tam həll olana qədər, asta sormaq lazımdır. Maksimal
gündəlik doza 6 pastil təşkil edir.
Pastilləri çeynəməyin və ya bütöv udmayın. Pastillər ağız boşluğunda tədricən əriməlidirlər.
Simptomların ağırlaşması və ya iki gündən artıq davam etməsi halında həkim ilə məsləhətləşin.

 

Əlavə təsirləri

Xlorheksidin
Xlorheksidin ağız boşluğunda müxtəlif səthlərin (dişlər, dil, plomblar, diş protezləri və s.)
piqmentasiyasına səbəb ola bilər. Bu, diş ərpi olan xəstələrdə özünü daha qabarıq şəkildə göstərə
bilər. Dilin rənginin dəyişməsi özü keçib gedir və təhlükəli deyil. Dişlərin rənginin dəyişməsi daimi
deyil və ağız boluğunun oral gigiyenası ilə aradan qaldırıla bilər. Plombların rənginin dəyişməsi
daimi ola bilər.
Dadın dəyişməsi və diş ərpinin artması xlorheksidin ağız boşluğu üçün məhlul istifadə edən
xəstələrdə iki çox müşahidə edilən əlavə təsir olmuşdur.
Nadir hallarda deskvamativ zədələnmələrə görə ağız boşluğunun bəzən ağrılı və çox vaxt
müvəqqəti olan qıcıqlanması (xüsusilə 10-18 yaşlı uşaqlarda) və dilin ucunun qıcıqlanması
müşahidə olunmuşdur. Həmçinin, xlorheksidin ağız boşluğu gigiyenası üçün oral məhlul istifadəsi
zamanı nadir hallarda allergik reaksiyalar baş vermişdir. Bu allergik reaksiyalar bəzi hallarda burun
tutulması, qaşınma və dəri səpgisi ilə müşayiət olunmuşdur.
Benzokain:
Benzokainlə əlaqəli əlavə təsirlər doza həddinin aşılması və ya sürətli absorbsiya, həmçinin xəstədə
fərdi hiperhəssaslıq nəticəsində baş verə bilər və bunlara kontakt sensibilizasiya və angioödem
daxildir (allergik reaksiya və ya kontakt dermatit nəticəsində). Bundan başqa, ağızda və ya onun
ətrafında müalicədən əvvəl mövcud olmayan sancma, qaşınma, şişkinlik və ya qızartı müşahidə
oluna bilər.
Enoksolon:
Enoksolon yüksək dozalarda və davamlı müalicə zamanı ödem (maye toplanması nəticəsində
şişkinlik) və hipertenziyaya səbəb ola bilər.
Təsvir edilən əlavə təsirlərin bu dərmanda istifadə olunan dozalarda baş verməsi gözlənilən deyil.
Lakin hər hansı əlavə təsir baş veridiyi halda müalicənin saxlanması və həkim və ya əczaçıya
məlumat verilməsi tövsiyə olunur.
DƏRMAN QƏBULU ZAMANI GÖZLƏNİLMƏZ REAKSİYALAR YARANDIQDA HƏKİMİNİZƏ
MÜRACİƏT EDİN!

 

Doza həddinin aşması

Tövsiyə olunan dozaya riayət olunduqda doza həddinin aşılması ehtimalı yoxdur.
Enoksolonla bağlı doza həddinin aşılması baş verərsə, natriumun toplanması və kalium itkisi, ödem,
qan təzyiqinin yüksəlməsi və renin-angiotenzin-aldosteron sisteminin inhibə edilməsi müşahidə
oluna bilər.
Xlorhesidinin doza həddinin aşılması, xüsusilə uşaqlarda, alkoqol intoksikasiyası simptomlarına
səbəb olur (nitqin pozulması, uyuşma, yerişin pozulması).
Benzokainin sorulması çox az olsa da, həddindən artıq sistem absorbsiyası zamanı simptomlara
bulanıq görmə və ya iki görmə, başgicəllənmə, qıcolma, qulaqlarda küy, oyanıqlıq və ardınca
yuxululuq, tərləmənin artması, qan təzyiqinin enməsi, yavaş və ya qeyri-müntəzəm ürək döyüntüsü
və ürək-damar sisteminin fəaliyyətinin zəifləməsi daxildir.
Xlorheksidinin doza həddinin aşılmasının müalicəsi əsasən simptomatikdir.
Müalicəyə oksigen təyini və ehtiyac olarsa tənəffüsün dəstəklənməsi, qan dövranının depressiyası
zamanı damardaraldıcıların və venadaxili mayelərin köçürülməsi daxildir.
Əlavə olaraq, methemoqlobinemiya (nəfəs almaqda çətinlik, başgicəllənmə, zəiflik, yorğunluq,
halsızlıq) da baş verə bilər və onun müalicəsinə metilen abısının təyini daxildir.

 

Buraxılış forması

Bal-limon, mentol və zəncəfil dadlı Anzibel pastilləri, blisterlərdə.
1 pastil blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
10 pastil, blisterdə. 1, 2 və ya 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.


 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.