PharmEd

Pharmed

ANTIGRIPPIN BAL-LIMON N10 PAKET

ANTİQRİPPİN 

Beynəlxalq patentləşdirilməmiş adı: Paracetamol + Chlorphenamine + Ascorbic acid

 

ANTİQRİPPİN Tərkibi

Təsiredici maddə: 1 paketdə 500,00 mq parasetamol, 10,00 mq xlorfenamin maleat, 200,00 mq
 askorbin turşusu vardır.
Köməkçi maddələr:
Ballı-limonlu: natrium hidrokarbonat, limon turşusu, sorbitol, povidon, saxaroza, natrium
 siklamat, aspartam, kalium asesulfam, limon ətirləndiricisi, karamel
 rəngləyicisi, bal ətirləndiricisi.
Çobanyastığı ilə: natrium hidrokarbonat, limon turşusu, sorbitol, povidon, saxaroza, natrium
 siklamat, aspartam, kalium asesulfam, çobanyastığı ekstraktı.
 

 

Farmakoterapevtik qrupu

KRX (kəskin respirator xəstəlik) və “soyuqdəymə” simptomlarının aradan qaldırılması üçün preparat
(qeyri-narkotik analgeziyaedici vasitə + vitamin + H1-histamin reseptorlarının blokatoru).

ATC kodu: N02ВЕ51.

 

Farmakoloji xüsusiyyətləri

Kombinəolunmuş preparatdır.
Parasetamol analgetik və qızdırmasalıcı təsirə malikdir – baş ağrısını və digər ağrı növlərini aradan
qaldırır, yüksəlmiş bədən temperaturunu aşağı salır.
Askorbin turşusu (C vitamini) orqanizmdə oksidləşmə-reduksiya proseslərinin və karbohidrat
mübadiləsinin tənzimlənməsində iştirak edir, orqanizmin müqavimətini yüksəldir.
Xlorfenamin – H1-histamin reseptorlarının blokatoru olub, allergiya əleyhinə təsirə malikdir, burun
vasitəsi ilə tənəffüsü yüngülləşdirir, burun tutulması hissini aşağı salır, asqırmanı, göz yaşı axmasını,
gözlərin qaşınmasını və qızarmasını zəiflədir.

 

İstifadəsinə göstərişlər

Bədən temperaturunun yüksəlməsi, titrətmə, baş ağrısı, oynaq və əzələ ağrıları, burnun tutulması və
boğaz ağrısı və burunətrafı ciblərin ağrıları ilə müşayiət olunan infeksion-iltihabi xəstəliklərin (KRVİ
(kəskin respirator virus infeksiyası) və qrip) müalicəsi üçün istifadə edilir.

 

Əks göstərişlər

- Parasetamola, askorbin turşusuna, xlorfenaminə və ya preparatın tərkibinə daxil olan hər hansı digər
komponentə qarşı yüksək həssaslıq;
- mədə-bağırsaq traktının eroziv-xoralı zədələnmələri (kəskinləşmə mərhələsində);
- ağır dərəcəli böyrək və/və ya qaraciyər çatışmazlığı;
- alkoqolizm;
- qapalı-bucaqlı qlaukoma;
- fenilketonuriya;
- prostat vəzinin hiperplaziyası;
- uşaqlar (15 yaşa qədər);
- hamiləlik və laktasiya dövrü.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıda göstərilən hallarda preparatı ehtiyatla istifadə etmək lazımdır – böyrək və/və ya qaraciyər
çatışmazlığı, qlükoza-6-fosfatdehidrogenaza ferment çatışmazlığı, anadangəlmə
hiperbilirubinemiyalar (Jilber, Dubin-Conson və Rotor sindromları), virus mənşəli hepatit, alkoqol
mənşəli hepatit, yaşlı pasiyentlər.
Metoklopramiddən, domperidondan və ya xolestiramindən istifadə etdikdə, həkimlə məsləhətləşmək
lazımdır.
Preparatı uzun müddət ərzində tövsiyə olunan dozalardan əhəmiyyətli dərəcədə yüksək dozalarda
istifadə etdikdə, qaraciyər və böyrək funksiyaları pozğunluğunun inkişaf etmə ehtimalı yüksəlir,
periferik qan mənzərəsinə nəzarət etmək tələb olunur.
Parasetamol və askorbin turşusu laborator müayinələrin (qan plazmasında qlükozanın və sidik
turşusunun miqdarının, bilirubinin, “qaraciyər” transaminazalarının, LDG (laktatdehidrogenaza
fermenti) aktivliyi) göstəricilərini dəyişə bilər.
Qaraciyərin toksik zədələnməsindən qaçınmaq məqsədi ilə parasetamolu alkoqol tərkibli içkilərlə
birlikdə istifadə etmək və eləcə də, alkoqolun xroniki istifadəsinə meyilli olan şəxslərə təyin etmək
olmaz. Alkoqol mənşəli hepatoz qeyd olunan pasiyentlərdə qaraciyər zədələnməsinin inkişaf etmə
riski yüksəlir.
Sürətlə proliferasiya edən və intensiv metastazlaşan şişlər qeyd olunan pasiyentlərə askorbin
turşusunun təyin olunması, prosesin gedişinin ağırlaşmasına səbəb ola bilər. Orqanizmdə dəmirin
miqdarı yüksək olan pasiyentlərdə askorbin turşusunu minimal dozalarda istifadə etmək lazımdır.
Ballı-limonlu toz yerləşdirilən 1 paketin içərisində 1,793 q şəkər vardır ki, bu da 0,15 ÇV-yə (çörək
vahidi) müvafiqdir.
Çobanyastığı ilə toz yerləşdirilən 1 paketin içərisində 2,058 q şəkər vardır ki, bu da 0,17 ÇV-yə
müvafiqdir.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Askorbin turşusu:
- qanda benzilpenisillinin və tetrasiklinlərin konsentrasiyasını yüksəldir;
- dəmir preparatlarının bağırsaqda sorulmasını yaxşılaşdırır (üçvalentli dəmirin ikivalentli vəziyyətə
keçməsinə səbəb olur); deferoksamin ilə eyni zamanda istifadə edildikdə, dəmirin xaric olmasını
artıra bilər;
- salisilatlarla və qısamüddətli təsirə malik sulfanilamid preparatlarının istifadəsi ilə müalicə zamanı
böyrəklər vasitəsi ilə turşuların xaric olmasını ləngidir, qələvi reaksiyaya malik dərman
preparatlarının (DP) (o cümlədən alkaloidlərin) xaric olmasını artırır, qanda peroral kontraseptivlərin
konsentrasiyasını aşağı salır;
- etanolun ümumi klirensini yüksəldir;
- eyni zamanda istifadə edildikdə, izoprenalinin xronotrop təsirini aşağı salır.
Antikoaqulyant preparatların effektlərini həm yüksəldə bilər, həm də aşağı sala bilər.
Fenotiazin törəmələri olan antipsixotik preparatların (neyroleptiklərin) terapevtik təsirinin,
amfetaminin və trisiklik antidepressantların borucuq reabsorbsiyasının aşağı düşməsinə səbəb olur.
Barbituratlarla eyni zamanda istifadə edildikdə, askorbin turşusunun sidiklə xaric olması artır.
Xlorfenamin maleat:
Xlorfenamin maleat yuxugətirici dərman preparatlarının təsirini gücləndirir.
Antidepressantlar, parkinsonizm əleyhinə preparatlar, antipsixotik preparatlar (fenotiazin törəmələri)
– əlavə effektlərin (sidik ifrazının ləngiməsi, ağızda quruluq, qəbizlik) inkişaf etmə riskini
yüksəldirlər.
Qlükokortikosteroidlər – qlaukomanın inkişaf etmə riskini yüksəldirlər.
Etanol – xlorfenamin maleatın sedativ təsirini gücləndirir.
Parasetamol:
Parasetamolun və qaraciyərdə mikrosomal oksidləşmə induktorlarının (fenitoin, etanol, barbituratlar,
rifampisin, fenilbutazon, trisiklik antidepressantlar) qarşılıqlı təsiri nəticəsində, hidroksilləşmiş aktiv
metabolitlərin hasilatı artır ki, bu da doza həddinin bir qədər aşılması baş verdiyi hallarda, ağır
dərəcəli intoksikasiyaların inkişaf etməsinə səbəb olur.
Parasetamolun istifadəsi fonunda etanol, kəskin pankreatitin inkişaf etməsinə səbəb olur.
Mikrosomal oksidləşmənin inhibitorları (o cümlədən simetidin) hepatotoksik təsir riskini aşağı
salırlar.
Diflunisalın və parasetamolun eyni zamanda istifadəsi, qan plazmasında sonuncunun
konsentrasiyasını 50% yüksəldir və hepatotoksikliyin artmasına səbəb olur. Barbituratların eyni
zamanda istifadəsi, parasetamolun effektivliyini aşağı salır.
Parasetamol urikozurik preparatların effektivliyini aşağı salır.

 

ANTİQRİPPİN İstifadə qaydası və dozası

Preparat daxilə qəbul etmək üçün nəzərdə tutulur.
Böyüklərə və 15 yaşdan yuxarı uşaqlara – sutkada 2-3 dəfə 1 paket. Paketin möhtəviyyatını 1 stəkan
(200 ml) ilıq suda (50-60C-də) tamamilə həll etmək və hazırlanmış məhlulu dərhal daxilə qəbul
etmək lazımdır. Preparatı qida qəbulu arasında istifadə etmək lazımdır.
Maksimal sutkalıq doza – 3 paket təşkil edir. Preparatın istifadəsi arasında interval 4 saatdan az
olmamalıdır.
Qaraciyər və ya böyrək funksiyalarının pozğunluğundan əziyyət çəkən pasiyentlərdə və yaşlı
pasiyentlərdə preparatın istifadəsi arasında interval 8 saatdan az olmamalıdır.
Həkim təyinatı olmadığı halda, preparatın istifadə müddəti ağrıkəsici vasitə şəklində 5 gündən artıq
və qızdırmasalıcı vasitə şəklində 3 gündən artıq olmamalıdır.

 

Əlavə təsirləri

Tövsiyə olunan dozalarda istifadə edildikdə, preparat pasiyentlər tərəfindən yaxşı keçirilir.
Tək-tək hallarda aşağıda göstərilən əlavə təsirlər meydana çıxır.
MSS-də (mərkəzi sinir sistemində) baş verən pozğunluqlar: baş ağrısı, yorğunluq hissi.
MBT-də (mədə-bağırsaq traktında) baş verən pozğunluqlar: ürəkbulanma, epiqastral nahiyədə ağrı.
Endokrin sistemdə baş verən pozğunluqlar: hipoqlikemiya (komaya qədər inkişaf edə bilər).
Qanyaradıcı orqanlarda baş verən pozğunluqlar: anemiya, hemolitik anemiya (xüsusilə, qlükoza-6
fosfatdehidrogenaza ferment çatışmazlığından əziyyət çəkən pasiyentlərdə); çox nadir hallarda –
trombositopeniya.
Allergik reaksiyalar: dəri üzərində səpgilər, qaşınma, övrə, Kvinke ödemi, anafilaktoid reaksiyalar (o
cümlədən, anafilaktik şok), multiform ekssudativ eritema (o cümlədən Stivens-Conson sindromu),
toksik epidermal nekroliz (Layell sindromu).
Digər əlavə təsirləri: C hipervitaminozu, maddələr mübadiləsinin pozulması, istilik hissi, ağızda
quruluq, akkomodasiyanın parezi, sidik ifrazının ləngiməsi, yuxuya meyillilik.
Bütün əlavə effektlər barədə həkimi məlumatlandırmaq lazımdır.

 

Doza həddinin aşılması

Preparatın istifadəsi nəticəsində meydana çıxan doza həddinin aşılması simptomları, preparatın
tərkibinə daxil olan maddələrlə əlaqəlidir.
Parasetamolun istifadəsi nəticəsində meydana çıxan kəskin intoksikasiyanın klinik mənzərəsi,
preparatın istifadəsindən sonra 6-14 saat müddətində inkişaf edir. Xroniki intoksikasiya simptomları,
doza həddinin aşılması baş verdikdən 2-4 sutka sonra meydana çıxır.
Parasetamolun istifadəsi nəticəsində meydana çıxan kəskin intoksikasiya simptomları: diareya,
iştahanın aşağı düşməsi, ürəkbulanma və qusma, qarın boşluğunda narahatlıq və/və ya abdominal
ağrı, tər ifrazının yüksəlməsi.
Xlorfenaminin istifadəsi nəticəsində meydana çıxan intoksikasiya simptomları: başgicəllənmə,
oyanıqlıq, yuxu pozğunluqları, depressiya, qıcolmalar.
Müalicəsi: simptomatik müalicə təyin olunmalıdır.

 

Buraxılış forması

Daxilə qəbul etmək üçün məhlul hazırlamaq üçün ballı-limonlu və çobanyastığı ilə toz.
5,0 q toz, PET/Al/PE. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 12, 15, 16, 20, 30 paket içlik vərəqə ilə birlikdə
karton qutuya qablaşdırılır.
 

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.