Pharmed

ANTI-STRESS N50 TB

ANTİ-STRESS LABOFARM, tabletlər

ANTİ-STRESS LABOFARM tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 170 mq pişikotu kökü (Valerianae radix), 50 mq mayasarmaşığı qozaları (Lupuli strobili), 50 mq bədrənc yarpaqları (Melissae folium), 50 mq damotu bitkisi (Leonuri herba) vardır.

İstifadəsinə göstərişlər

Sinir pozğunluqları ilə əlaqədar olan sinir sisteminin oyanıqlığı və yuxusuzluq, həyəcan, qıcıqlanma, narahatlıq halları, hərəki oyanıqlıq, sinir hiperhəssaslığı, vegetativ nevrozlar.

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə qarşı həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparat hamiləlik və laktasiya dövründə yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə oluna bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat yuxuyamey illik yaratdığı üçün nəqliyyat vasitələri və potensial təhlükəli mexanizmlərlə işləyənlərə iş zamanı təyin etmək məsləhət görülmür.

ANTİ-STRESS LABOFARM istifadə qaydası və dozası

Böyüklər: gündə 3 dəfə 2 tablet, yarım stəkan su ilə qəbul edilir. Yaşlı şəxslər üçün dozaya düzəliş edilməsinə ehtiyac yoxdur. Uşaqlar: gündə 2 dəfə 1 tablet təyin edilir.