Pharmed
ANESTEZOL N10 SUPP
ANESTEZOL
Beynəlxalq patentləşdirilməmiş adı: Benzocaine + Bismuth subgallate + Zinc oxide + [Levomenthol]
ANESTEZOL Tərkibi
Təsiredici maddələr:1 suppozitoriyanın tərkibində 100 mq benzokain, 40 mq bismut subqallat, 4 mq levomentol, 20 mq sink oksidi vardır. Köməkçi maddələr: makroqol 1500, makroqol 400.
Farmakoterapevtik qrupu
Babasilin müalicəsi üçün vasitəsi.
ATC kodu: С05АD03.
Farmakoloji xüsusiyyətləri
Kombinəedilmiş preparat olub, yerli anesteziyaedici, antiseptik, büzücü və quruducu təsir göstərir.
İstifadəsinə göstərişlər
Babasil, arxa keçəcəyin çatları.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq, 12 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Xəstəliyin mövcud simptomları müalicə dövründə azalmadıqda və ya yeni qeyri-adi hissiyatın yarandığı qeyd edildikdə, həkimə müraciət etmək lazımdır. Preparatın istifadəsi zamanı anal nahiyənin gigiyenasına nəzarət etmək, həddindən artıq gərginlikdən çəkinmək, qarınişləmənin yumşaq konsistensiyasının dəstəklənməsi üçün tədbirlər aparmaq lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Anestezol preparatının digər dərman vasitələrilə qarşılıqlı təsiri təsvir edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Anestezol preparatından hamiləlik və laktasiya dövründə istifadəsi, yalnız ana üçün potensial fayda uşaq və ya dölə olan riskdən yüksək olduğu halda mümkündür.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə mane olmur.
ANESTEZOL İstifadə qaydası və dozası
Rektal yolla, təmizləyici imalədən və ya bağırsağın sərbəst boşalmasından sonra istifadə edilir. Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda sutkada 1-2 dəfə 1 suppozitoriya istifadə edilir.
Əlavə təsirləri
Arxa keçəcəkdə yanma hissi, işlədici effekt, allergik reaksiyalar. Tərkibində benzokain olan preparatların istifadəsi zamanı methemoqlobinemiyanın inkişafı halları barədə ayrı-ayrı məlumatlar vardır.
Doza həddinin aşılması
Preparatın doza həddinin aşılması halları barədə məlumat verilməmişdir.
Buraxılış forması
Rektal suppozitoriyalar 100 mq + 40 mq + 20 mq + 4 mq. 5 suppozitoriya polietilenlə laminatlaşdırılmış polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərtləri
Reseptsiz buraxılır.