Pharmed

Ammonyak (Naşatır spirti ) 10% 40 ml məhlul

AMMONYAK, xaricə istifadə üçün məhlul

AMMONYAK tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,1 q ammonyak vardır.

İstifadəsinə göstərişlər

Bayılma vəziyyəti, həşərat sancması zamanı.

Əks göstərişlər

Dərman vasitəsinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız o zaman mümkündür ki, ana üçün gözlənilən fayda dölə və ya uşağa olan potensial riskdən üstün olsun.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir etmir.

AMMONYAK istifadə qaydası və dozası

İlk yardım qismində tənəffüs mərkəzinin oyatmaq üçün Ammonyak məhlulunda isladılmış bir az tənzif və ya pambıq parçası ehtiyatla burun dəliklərinə 0,5-1 saniyə müddətinə yaxınlaşdırılır. Həşərat sancması zamanı ammonyak məhlulu islatma şəklində xaricə istifadə edilir (prosedurun müddəti 30 saniyəyə qədərdir). Uşaqlar Preparat 3 yaşa qədər uşaqlarda istifadə edilmir.