PharmEd

Pharmed

AMINOBOL 5% 250ML MEHLUL

AMINOBOL

 

Beynəlxalq patentləşdirilməmiş adı: Aminoacids for parenteral nutrition

 

Aminobol preparatın 250 ml-inin 
tərkibində aşağıdakı komponentlər vardır:

L-PROLİN 250 mq
L-SERİN 250 mq
L-ALANİN 500 mq
L-İZOLEYSİN 880 mq
L-LEYSİN 1225 mq
L-ASPARTAT TURŞUSU 625 mq
L-TİROZİN 62,5 mq
L-QLUTAMİN TURŞUSU 187,5 mq
L-FENİLALANİN 1332,5 mq
L-ARGİNİN HİDROXLORİD 1250 mq
L-LİSİN HİDROXLORİD 1075 mq
L-VALİN 900 mq
L-TREONİN 625 mq
L-HİSTİDİN HİDROXLORİD 625 mq
L-TRİPTOFAN 225 mq
L-METİONİN 562,5 mq
L-SİSTİN 25 mq
QLİSİN 1900 mq

 

Aminobol preparatın 500 ml-inin 
tərkibində aşağıdakı komponentlər :

L-PROLİN 500 mq
L-SERİN 500 mq
L-ALANİN 1000 mq
L-İZOLEYSİN 1760 mq
L-LEYSİN 2450 mq
L-ASPARTAT TURŞUSU 1250 mq
L-TİROZİN 125 mq
L-QLUTAMİN TURŞUSU 375 mq
L-FENİLALANİN 2665 mq
L-ARGİNİN HİDROXLORİD 2500 mq
L-LİSİN HİDROXLORİD 2150 mq
L-VALİN 1800 mq
L-TREONİN 1250 mq
L-HİSTİDİN HİDROXLORİD 1250 mq
L-TRİPTOFAN 450 mq
L-METİONİN 1125 mq
L-SİSTİN 50 mq
QLİSİN 3800 mq

 

Köməkçi maddələr: sorbitol, natrium bisulfit, inyeksiya üçün su.

 

Təsviri

Şəffaf, rəngsiz və ya solğun sarı rəngli məhluldur.

 

Farmakoterapevtik qrupu

Parenteral qidalanma üçün preparatlar.
Parenteral qidalanma üçün kombinəolunmuş preparatlar.

 

ATC kodu: B05BA10.

 

Farmakoloji xüsusiyyətləri

Amin turşusu həyat üçün əsas materiallardan biridir; o, eyni zamanda zülal sintezi üçün əsas maddələrdən 
biridir və hər növ toxumaları yaratmaq üçün azot mənbəyidir.
Həzm sisteminin pozulması və ya böyük bir nahiyədə yanıq baş verərsə, zədələnmə baş verərsə və 
qidalanma pisləşərsə, preparat qidalanmanı təmin etmək üçün, immuniteti artırmaq və fizioloji funksiyanı

bərpa etmək, həmçinin yaraların sağalmasını və orqanizmin bərpasını təmin etmək üçün istifadə edilə 
bilər.

 

İstifadəsinə göstərişlər

1 – Həzm sistemində pozğunluq olan və yemək qəbul edə bilməyən pasiyentlər üçün, distrofiya və irsi 
immunoloji funksiya nəticəsində zülalı az olan pasiyentlər üçün istifadə edilir.
2 – Bədənin böyük bir sahəsində yanıq, zədələnmə olan və yüksək katabolizmi olan pasiyentlər üçün 
istifadə olunur, zülal itkisi olan və mənfi azot disbalansı olan pasiyentlər üçün istifadə olunur.
3 – Əməliyyatdan əvvəl və sonra qida rasionunu yaxşılaşdırmaq və fəsadları və ölüm səviyyəsini 
azaltmaq üçün.

 

Əks göstərişlər

Ciddi qaraciyər çatışmazlığı olan, ciddi böyrək çatışmazlığı olan/amin turşularının metabolik 
pozğunluqları olan pasiyentlərdə preparatın istifadəsi əks göstərişdir. Bu preparat ciddi asidozu və 
hiperemiya ürək çatışmazlığı olan pasiyentlərdə istifadə üçün tövsiyə edilmir.

 

İstifadə qaydası və dozası

Damcı üsulu ilə infuziya şəklində (flebokliz) istifadə edilir. Böyüklər üçün ümumi doza aşağıdakı 
kimidir: İnfuziya yolu ilə istifadə, hər gün 4 dəfə hər dəfə 250-500 ml, 40-50 damcı/dəqiqə sürətlə 
yeridilir. 
Uşaqlar, yaşlılar və orqanizmi zəif olan pasiyentlər və ciddi xəstəlikləri olan pasiyentlər, həkimin 
təlimatlarına əməl etməlidirlər. Amin turşusunun kifayət qədər istifadə oluna bilməsi və zülalın olması, 
lazımi enerji, qlükoza və müvafiq miqdarda elektrolit, vitamin və mikroelementin olması üçün.

 

DİQQƏT

1 – Baş beyin koması keçirən və ya ona meyilliyi olan pasiyentlərdə preparatın istifadəsi qadağandır.
2 – Ciddi böyrək çatışmazlığı və uremiyası olan xəstələrdə preparatın istifadəsi qadağandır.
3 – Amin turşusunun metabolik pozğunluğu olan pasiyentlərdə preparatın istifadəsi qadağandır.
4 – Venadaxili yeridilmə sürəti çox yavaş olmalıdır; əks halda ürəkbulanma, qusma, qızdırma, baş ağrısı 
baş verə bilər; trombotik flebitə də yol aça bilər.
5 – Əgər aşağıdakılardan biri baş verərsə, preparatı istifadə etməyin: bulanıqlıq, qapağın itməsi, 
flakonlarda cüzi çat və s. 
6 – Preparatın tərkibində olan NaHSO3 bəzən allergik reaksiyalar törədə bilər. 

 

Buraxılış forması

500 ml: 25 q (amin turşusunun ümumi miqdarı) və ya 250 ml:12,5 q (amin turşusunun ümumi miqdarı) 
məhlul, şüşə flakonda. Flakon rezin tıxacla kip bağlanmış və "flip off" qapaqla sıxılmışdır. 
Şüşə flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

30ºС temperaturdan yüksək olmayan, işıqdan qorunan, yaxşı bağlanmış konteynerdə və uşaqların əli 
çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

 

İstehsalçı

Cisen Pharmaceutical Co.Ltd., China.
Hai chuan Road, Jining High&New Tecnology Industries devolepment Zone, Jining, Shandong Province,
China. 
Qeydiyyat vəsiqəsinin sahibi
Kratos Pharma İlaç Sanaye ve Ticeret A.Ş., Türkey.
Atakent Mah.221Sk.Rota Office A blok3/1 kapi17 Kucukcekmece İstanbul., Türkey.