Pharmed
AMINALON 250MG N50 TB
AMİNALON, 250 mq örtüklü tabletlər
AMİNALON tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq qammaaminoyağ turşusu vardır.
İstifadəsinə göstərişlər
- Keçirilmiş beyin qan dövranı pozulmalarından və kəllə-beyin travmalarından sonrakı vəziyyətlər; - psixoüzvi sindrom; - aterosklerotik, hipertonik və alkoqol ensefalopatiyası; - uşaq serebral iflici və uşaqlarda doğum travmasının nəticələri, kompleks terapiyanın tərkibində; - uşaqlarda əqli inkişafın geri qalması; - kinetozlar (dəniz və hava xəstəliyi).
Əks göstərişlər
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; - 6 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə Aminalonun istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Aminalonun istifadəsi zamanı nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən ehtiyatlı olmaq lazımdır.
AMİNALON istifadə qaydası və dozası
Yeməkdən əvvəl daxilə qəbul edilir. Böyüklərə və 7 yaşdan yuxarı uşaqlara gündə 3 dəfə 0,5-1,25 q daxilə təyin edilir. Sutkalıq doza 1,5-3 q-dır. 6 yaşında uşaqlara 2,0-3,0 q/sutka (8-12 tablet) 3 dəfə təyin edilir.
Müalicə kursu 2-3 həftədən az olmamalıdır (optimal 2-4 ay). Ehtiyac olduqda, kursları ildə 1-2 dəfə təkrarlamaq olar. Kinetozların müalicəsi zamanı böyüklərə 0,5 q (2 tablet), uşaqlara 0,25 q (1 tablet) gündə 3 dəfə gözlənilən səyahətdən əvvəl 3-4 gün ərzində istifadə edilir.