PharmEd

pharmed

ALTE 17,45MG 125ML SRP (POLSA)

ALTE şərbət
ALTE
Tərkibi


Təsiredici maddə: 100 q dərman maddəsinin tərkibində 34,9 q müalicəvi gülxətmi kökünün
5%-li ekstraktı (Radix Althaeae) vardır.
Köməkçi maddələr: saxaroza, etanol 96%, benzoy turşusu.


Təsviri
Sarı rəngli qatı, şəffaf və ya yüngül opalassensiyaedici spesifik qoxulu və dadlı yapışqan
mayedir,


Farmakoterapevtik qrupu
Öskürək və soyuqdəymə əleyhinə preparat.


ATC kodu: R05CA.


Farmakoloji xüsusiyyətləri
Gülxətmi şərbətinin yumşaldıcı, bürüyücü, iltihabəleyhinə, bəlğəmgətirici təsiri, hidrolizi zamanı
qalakturon turşusu, qalaktoza, qlükoza, ramnoza və arabinoza əmələ gələn, müalicəvi gülxətmi
kökündən alınan yüksək konsentrasiyada selikli maddələrin olması ilə əlaqədardır. Selikli
maddələr iltihablaşmış və ya çox həssas səthləri qoruyucu təbəqə şəklində örtür, onların daha tez
sağalmasına səbəb olur. Dərman maddəsi həmçinin öskürəkəleyhinə təsirə malikdir.


İstifadəsinə göstərişlər
Gülxətmi şərbətinin tərkibində olan, gülxətmi kökündən alınmış, yüksək səviyyədə selikli
maddələrin hesabına iltihabəleyhinə, bürüyücü, yumşaldıcı və bəlğəmgətirici maddə kimi, yuxarı
tənəffüs yollarının öskürəklə müşayiət olunan xəstəliklərində (quru öskürək; yaş öskürək, çətin
xaric olunan bəlğəmlə; bronxit; traxeit; bronxial astma), həmçinin digər soyuqdəymə xəstəlikləri
zamanı kompleks müalicənin tərkibində (boğazda və qırtlaqda ağrı, KRVİ, qrip və s.) istifadə
edilir.


Əks göstərişlər
Dərman vasitələrinin komponentlərinə qarşı fərdi yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əks göstərişlər yoxdur.


İstifadə qaydası və dozası
3 yaşdan 6 yaşa qədər uşaqlar – gündə 2-3 dəfə 5 ml.
6 yaşdan 12 yaşa qədər uşaqlar – gündə 2-3 dəfə 5 ml.
12 yaşdan böyük uşaqlar və böyüklər – gündə 3-4 dəfə 10m.


Əlavə təsirləri
Bu vaxta qədər əlavə təsirlər müşahidə edilməyib. Lakin benzoy turşusuna qarşı yüksək həssaslıq
olduqda dərman maddəsinin istifadəsi məsləhət deyil.


Doza həddinin aşılması
İndiyə qədər doza həddinin aşılması halları müşahidə edilməyib.


Buraxılış forması
125 q şərbət, tünd şüşə flakonlarda. 1 flakon, içlik vərəqə və ölçü qapağı ilə birlikdə karton
qutuya qablaşdırılır.
125 q şərbət, tünd PET flakonlarda. 1 flakon, içlik vərəqə və ölçü qapağı ilə birlikdə karton
qutuya qablaşdırılır.


Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.


Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.


Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.


İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
“GEMİ” İstehsalat Əczaçılıq Müəssisəsi.
Mitskeviç küç. 36, 05-480 Karçev, Polşa.
e-mail: gemi@gemi.pl , www.gemi.pl