Pharmed

AKTOSERIL 200MG/ML 5ML N5 AMP

AKTOSERİL, inyeksiya üçün məhlul

AKTOSERİL tərkibi

Təsiredici maddə: 1 ampulda 200,0 mq buzovların qanının deproteinləşdirilmiş ekstraktı vardır.

İstifadəsinə göstərişlər

Beyin hüceyrə metabolizminin pozğunluqların ın (serebral işemiya, beyin deme nsiyası, beyin travması və serebral disfunksiya daxil olmaqla) müalicəsi üçün göstərilir.

Əks göstərişlər

− Aktoseril preparatına və bənzər preparatlara və ya köməkçi maddələrə qarşı hiperhəssaslıq, − ağır böyrək pozğunluğu, oliquriya, anuriya − dekompensə olunmuş ürək çatışmazlığı − ağciyər ödemi, hiperhidratasiya hallarında infuziyası − 18 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparat hamiləlik və laktasiya dövründə böyük ehtiyatla istifadə edilməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müəyyən edilməmişdir.

AKTOSERİL istifadə qaydası və dozası

Preparat venadaxili damcı üsülu ilə yeridilməlidir. Serebral apopleksiya və beyin travması olan pasiyent lərdə: preparatın 20-30 ml-i 250 ml 5% qlükoza məhlulu və ya 0,9% natrium xlorid məhlulu ilə durulaşdırılmalıdır və gündə bir dəfə yavaş venadaxili damcı üsulu ilə (damcı sürəti <2 ml/dəq) yeridilməlidir. Müalicə müddəti iki həftə olmalıdır. Beyin disfunksiyası və beyin demensiyası olan pasiyentlərdə: preparatın 30 ml-i 250 ml 5% qlükoza məhlulu və ya 0,9% natrium xlorid məhlulu ilə durulaşdırılmalıdır və gündə bir dəfə yavaş venadaxili damcı üsulu ilə yeridilməlidir.

Müalicə müddəti iki həftə olmalıdır.