PharmEd

pharmed

AKRIDERM GK 15GR KREM

AKRİDERM GK

 

AKRİDERM GK Tərkibi

Təsiredici maddələr: 100 q kremin tərkibində 100% maddəyə nəzərən 0,064 q mikronlaşdırılırmış betametazon dipropionat (0,05 q betametazona ekvivalent), 0,1 q gentamisinə nəzərən gentamisin sulfat, 100% maddəyə nəzərən 1 q klotrimazol vardır. Köməkçi maddələr: vazelin, propilenqlikol, duru parafin, setostearil spirti [setil spirti 60 %, stearil spirti 40 %], makroqol setostearat (makroqol-20 setostearil efiri), dinatrium edetat, natrium dihidrofosfat dihidrat, təmizlənmiş su.

 

Farmakoterapevtik qrupu

Yerli istifadə üçün qlükokortikosteroid + antibiotik-aminoqlikozid + göbələkəleyhinə vasitə.

ATC kodu: D07XC01.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası: Kombinəolunmuş preparat olub, iltihabəleyhinə, allergiyaəleyhinə, antibakterial və göbələkəleyhinə (funqisid) təsir göstərir. Gentamisin – geniş təsir spektrinə malik aminoqlikozid antibiotiki olub, bakterisid təsir göstərir. Aşağıdakı qrammənfi mikroorqanizmlər preparata qarşı yüksək həssaslığa malikdir

- Proteus spp. (indol-müsbət və indol-mənfi), Escherichia coli, Klebsiella spp., Salmonella spp., Shigella spp., Campylobacter spp., Staphylococcus spp. (metisillin-rezistent).

Həssas mikroorqanizmlər: Enterococcus faecalis, Serratia spp., Pseudomonas spp., Acinetobacter spp., Citrobacter spp.

Rezistent mikroorqanizmlər: Neisseria meningitidis, Treponema pallidum, Anaerob mikroblar: Streptococcus spp. (Streptococcus pneumonia istisna olmaqla), Enterococcus faecalis; Providencia rettgeri. Betametazon - qlükokortikosteroiddir, yerli iltihabəleyhinə, ödeməleyhinə, allergiyaəleyhinə təsir göstərir.

Klotrimazol – yerli istifadə üçün imidazol törəmələri qrupundan olan göbələkəleyhinə dərmandır. Göbələklərin hüceyrə membranının tərkib hissəsi olan erqosterolun sintezini pozmaqla təsir göstərir. Geniş təsir spektrinə malikdir. Patogen dermatofitlərə (Trichophytonrubrum, Trichophyton mentagrophytes, Epidermophyton floccosum, Microsporum canis), maya və kif göbələklərinə (Candida spp., Torulopsis glabrata, Rhodotorula spp., Pityrosporum orbiculare) münasibətdə aktivdir.

Farmakokinetikası: Preparatın müalicəvi dozalarda dəri üzərində istifadəsi zamanı təsiredici maddələrin qana transdermal sorulması çox əhəmiyyətsiz dərəcədədir. Dəriyə yaxılma zamanı betametazonun sorulması epidermal baryerin vəziyyətindən asılıdır (iltihab və dəri xəstəlikləri sorulmanı artırır). Okklüzion sarğılardan istifadə edilməsi betametazonun və gentamisinin transdermal sorulmasını artırır ki, bu da sistem əlavə təsirlərin inkişaf riskinin yüksəlməsinə gətirib çıxara bilər. İstifadəsinə göstərişlər Sadə və allergik dermatitlər (xüsusilə, ikincili infeksiyalaşma ilə fəsadlaşmış), diffuz neyrodermit (o cümlədən atopik dermatit), məhdud neyrodermit (o cümlədən sadə xronik dəmrov), ekzema, dermatomikozlar (dermatofitlər, kandidoz, əlvan dəmrov), xüsusilə qasıq nahiyəsində, dərinin böyük büküşlərində lokalizasiya zamanı.

 

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq, dəri vərəmi, sifilisin dəri təzahürləri, suçiçəyi, sadə dəmrov (herpes), dərinin postvaksinal reaksiyaları, açıq yaralar, uşaq yaş dövrü (2 yaşa qədər).

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın gözə düşməsinə yol verilməməlidir. Davamlı bakterial və ya göbələk mikroflorası meydana çıxarsa, preparatla müalicə dayandırılmalı və müvafiq müalicə başlanmalıdır. Uşaqlarda dəri örtüklərinin sahəsinin bədən kütləsinə nisbəti böyüklərə nisbətən daha böyük olduğundan, həmçinin epidermis kifayət qədər inkişaf etmədiyindən, preparatın xaricə istifadəsi zamanı təsiredici maddələrin nisbətən böyük miqdarının sorulması mümkündür və deməli, sistem əlavə təsirlərin inkişafının böyük riski mövcuddur. Uşaqlarda preparat maksimum qısa müddət ərzində və bütün ehtiyat tədbirlərinə əməl etməklə istifadə edilməlidir. Ehtiyatla Hamiləlik (xüsusilə, I trimestr). 2 yaşdan 18 yaşa qədər yaş dövrü.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Preparatın digər dərman vasitələri ilə qarşılıqlı təsiri aşkar edilməmişdir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı (xüsusilə hamiləliyin I trimestrində) kremin istifadəsinə o zaman yol verilir ki, ana üçün gözlənilən fayda döl üçün potensial riskdən üstün olsun. Вelə hallarda preparatın istifadəsi qısamüddətli olmalı və dəri örtüklərinin kiçik sahələri ilə məhdudlaşdırılmalıdır. Preparatın komponentlərinin ana südünə nüfuz edib-etməməsi məlum deyil. Ona görə də laktasiya dövründə Akridem GK kremini təyin edərkən, ana südü ilə qidalandırmanın dayandırılması tövsiyə edilir.

 

AKRİDERM GK İstifadə qaydası və dozası

Xaricə istifadə olunur. Krem dərinin zədələnmiş sahələrinə gündə 2 dəfə yüngülcə sürtülərək, yaxılır. Müalicə müddəti fərdi olaraq müəyyən edilir və xəstəliyin nozoloji formasından və ağırlığından asılıdır. Pəncənin dermatomikozu zamanı müalicənin orta davametmə müddəti 2-4 həftədir. Əgər yaxın zamanlarda klinik yaxşılaşma baş verməzsə, diaqnozu dəqiqləşdirmək və ya müalicə sxemini dəyişdirmək lazımdır.

 

Əlavə təsirləri

Qaşınma, yanma, qıcıqlanma, dəridə quruluq, follikulit, hipertrixoz, steroid çivzələr, hipopiqmentasiya, allergik reaksiyalar. Okklüzion sarğılardan istifadə zamanı – maserasiya, infeksiyalaşma, dərinin atrofiyası, striyalar, bişməcə. Uzunmüddətli istifadə zamanı və ya böyük sahəyə yaxılma zamanı – sistem əlavə təsirlərin inkişafı: bədən kütləsinin artması, osteoporoz, arterial təzyiqin yüksəlməsi, ödemlər, mədə-bağırsaq traktının selikli qişasında xora, gizli infeksiya ocaqlarının kəskinləşməsi, hiperqlikemiya, oyanıqlıq, yuxusuzluq, dismenoreya.

 

Doza həddinin aşılması

Simptomları: hiperkortisizm. Müalicəsi: preparatın istifadəsinin tədricən dayandırılması. Simptomatik müalicə. Lazım gələrsə, elektrolit pozğunluğunun korreksiyası.

 

Buraxılış forması

Xaricə istifadə üçün krem, 0,05% + 0,1% + 1 %. 15 q krem, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.