PharmEd

Pharmed

AFLUBIN 20ML DAMLA

AFLUBİN

 

AFLUBİN Tərkibi

Təsiredici maddələr: 100 ml-nin tərkibində 1 ml Gentiana lutea D1, 10 ml Aconitum napellus D6, 10 ml Bryonia D6, 10 ml Ferrum phosphoricum D12, 10 ml Acidum lacticum D12 vardır. Köməkçi maddələr: 43% etanol (kütləyə görə), təmizlənmiş su, laktoza monohidrat izi. 1 ml = təxminən 25 damcı.

 

Farmakoterapevtik qrupu

Digər terapevtik məhsullar.

ATC kodu: V03AX

 

Farmakoloji xüsusiyyətləri

AFLUBİN  - kompleks homeopatik vasitədir. Bir-birinin effektivliyini tamamlayan komponentlər göstərişlərin spektrini və istifadəsinin təhlükəsizliyini artırır, xəstəliklərin profilaktikasını və müalicəsini asanlaşdırır. Fərdi komponentlər üzrə farmakokinetik məlumatlar yoxdur.

 

İstifadəsinə göstərişlər

- Qrip, qripəbənzər infeksiyaların və soyuqdəymə xəstəliklərinin profilaktikası

- Kəskin respirator xəstəliklərin (qrip və paraqrip infeksiyası daxil olmaqla), həmçinin oynaqların ağrı sindromu ilə müşayiət olunan iltihabi və revmatik xəstəliklərin müalicəsi (simptomlarını yüngünləşdirmək məqsədi ilə)

 

Əks göstərişlər

Preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın tərkibində bitki mənşəli xammal olduğundan qoxunun və dadın dəyişməsi, həmçinin az nəzərə çarpan bulanıqlıq müşahidə oluna bilər, bunlar preparatın keyfiyyətinə və effektivliyinə təsir göstərmir. Preparatın birdəfəlik dozasında (10 damcıda) 160 mq etanol vardır. Alkoqolizmdən əziyyət çəkən pasiyentlərin sağlamlığı üçün təhlükəli ola bilər. Qaraciyər və ya epilepsiya xəstəliyi olan pasiyentlərdə alkoqolun miqdarı nəzərə alınmalıdır. Preparatın tərkibində laktoza monohidratın izləri vardır (maksimal sutkalıq dozada 10 mq-dan az). Laktozaya qarşə dözümsüzlüyü olan pasiyentlər üçün bu miqdar təhlükəli deyil.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə klinik əhəmiyyətli qarşılıqlı təsiri qeydə alınmamışdır. Hamiləlik və laktasiya dövründə istifadəsi Hamiləlik və laktasiya dövründə həkimin məsləhəti ilə istifadə oluna bilər. Pediatriyada istifadəsi: 2 yaşa qədər uşaqlarda həkimin məsləhəti ilə istifadə oluna bilər.

 

AFLUBİN İstifadə qaydası və dozası

AFLUBİN  damcı təmiz halda və ya bir qədər suda həll edilərək qəbul olunur. Uşaqlara yalnız suda həll edilmiş şəkildə verilməlidir. Yaş: Doza (birdəfəlik) İstifadə tezliyi və müddəti İstifadə rejimi

Kəskin respirator xəstəliklərin 1-2-ci günü (qrip və paraqrip infeksiyası daxil olmaqla):

12 yaşdan yuxarı yeniyetmələr və böyüklər :10 damcı. Hər 30-60 dəqiqədən bir (8 dəfədən çox olmayaraq), Yaxşılaşma başlayandan sonra dozanın qəbulu gündə 3 dəfəyə endirilməlidir .Təmiz halda və ya 1 xörək qaşığı suda həll edərək qida qəbulundan 30 dəqiqə əvvəl və ya 1 saat sonra ağızda müəyyən müddət saxlamaqla daxilə qəbul edilir

2-12 yaş arası uşaqlar: 5 damcı.. Hər 30-60 dəqiqədən bir (8 dəfədən çox olmayaraq), Yaxşılaşma başlayandan sonra dozanın qəbulu gündə 3 dəfəyə endirilməlidir .Təmiz halda və ya 1 xörək qaşığı suda həll edərək qida qəbulundan 30 dəqiqə əvvəl və ya 1 saat sonra ağızda müəyyən müddət saxlamaqla daxilə qəbul edilir

2 yaşa qədər uşaqlar: 1 damcı.Hər 30-60 dəqiqədən bir (8 dəfədən çox olmayaraq), Yaxşılaşma başlayandan sonra dozanın qəbulu gündə 3 dəfəyə endirilməlidir . 1 çay qaşığı suda həll edərək körpənin əmizdirilməsindən və ya qida qəbulundan 30 dəq. əvvəl və ya 1 saat sonra verilir

Kəskin respirator xəstəliyin və ya qripin klinik təzahürlərinin sonrakı müalicəsi:

12 yaşdan yuxarı yeniyetmələr və böyüklər: 10 damcı. Gündə 3 dəfə 5–10 gün ərzində. Təmiz halda və ya 1 xörək qaşığı suda həll edərək qida qəbulundan 30 dəqiqə əvvəl və ya 1 saat sonra ağızda müəyyən müddət saxlamaqla daxilə qəbul edilir

2-12 yaş arası uşaqlar 5 damcı.Gündə 3 dəfə 5–10 gün ərzində. Təmiz halda və ya 1 xörək qaşığı suda həll edərək qida qəbulundan 30 dəqiqə əvvəl və ya 1 saat sonra ağızda müəyyən müddət saxlamaqla daxilə qəbul edilir

2 yaşa qədər uşaqlar: 1 damcı.Gündə 3 dəfə 5–10 gün ərzində.  1 çay qaşığı suda həll edərək körpənin əmizdirilməsindən və ya qida qəbulundan 30 dəq. əvvəl və ya 1 saat sonra verilir

İlin soyuq vaxtının başlanğıcında və ya qrip epidemiyasından əvvəl xəstəliyin kəskinləşməsinin planlı profilaktikası:

12 yaşdan yuxarı yeniyetmələr və böyüklər: 10 damcı. Gündə 2 dəfə 3 həftə ərzində .Təmiz halda və ya 1 xörək qaşığı suda həll edərək qida qəbulundan 30 dəqiqə əvvəl və ya 1 saat sonra ağızda müəyyən müddət saxlamaqla daxilə qəbul edilir

2-12 yaş arası uşaqlar :5 damcı.Gündə 2 dəfə 3 həftə ərzində.Təmiz halda və ya 1 xörək qaşığı suda həll edərək qida qəbulundan 30 dəqiqə əvvəl və ya 1 saat sonra ağızda müəyyən müddət saxlamaqla daxilə qəbul edilir

2 yaşa qədər uşaqlar: 1 damcı .Gündə 2 dəfə 3 həftə ərzində.1 çay qaşığı suda həll edərək körpənin əmizdirilməsindən və ya qida qəbulundan 30 dəq. əvvəl və ya 1 saat sonra verilir

Təcili profilaktika – qrip və ya KRX xəstələri ilə təmasdan dərhal sonra və ya ağır hipotermiyadan sonra :

12 yaşdan yuxarı yeniyetmələr və böyüklər: 10 damcı .Gündə 2 dəfə 2 gün ərzində. Təmiz halda və ya 1 xörək qaşığı suda həll edərək qida qəbulundan 30 dəqiqə əvvəl və ya 1 saat sonra ağızda müəyyən müddət saxlamaqla daxilə qəbul edilir

2-12 yaş arası uşaqlar: 5 damcı.Gündə 2 dəfə 2 gün ərzində. Təmiz halda və ya 1 xörək qaşığı suda həll edərək qida qəbulundan 30 dəqiqə əvvəl və ya 1 saat sonra ağızda müəyyən müddət saxlamaqla daxilə qəbul edilir

2 yaşa qədər uşaqlar: 1 damcı .5 damcı.Gündə 2 dəfə 2 gün ərzində.1 çay qaşığı suda həll edərək körpənin əmizdirilməsindən və ya qida qəbulundan 30 dəq. əvvəl və ya 1 saat sonra verilir

Oynaqların ağrı sindromu ilə müşayiət olunan iltihabi və revmatik xəstəliklərin müalicəsi :

12 yaşdan yuxarı yeniyetmələr və böyüklər: 10 damcı. Müalicənin başlanğıcında gündə 3-8 dəfə ( 1-2 gün), sonralar gündə 3 dəfə 1 ay ərzində Təmiz halda və ya 1 xörək qaşığı suda həll edərək qida qəbulundan 30 dəqiqə əvvəl və ya 1 saat sonra ağızda müəyyən müddət saxlamaqla daxilə qəbul edilir

2-12 yaş arası uşaqlar 5 damcı. Müalicənin başlanğıcında gündə 3-8 dəfə ( 1-2 gün), sonralar gündə 3 dəfə 1 ay ərzində .Təmiz halda və ya 1 xörək qaşığı suda həll edərək qida qəbulundan 30 dəqiqə əvvəl və ya 1 saat sonra ağızda müəyyən müddət saxlamaqla daxilə qəbul edilir

Xəstəliyin əvvəlində, həmçinin simptomların yüngülləşməsini sürətləndirmək məqsədi ilə hər 30-60 dəqiqədən bir 8-10 damcı (8 dəfədən çox olmayaraq) istifadə oluna bilər. Yaxşılaşma başlayandan sonra dozanın qəbulu gündə 3 dəfəyə endirilməlidir.

 

Əlavə təsirləri

Bu vaxta qədər məlum deyil. Bəzən ağızsuyu ifrazının artması baş verir.

 

Doza həddinin aşılması

Bu vaxta qədər doza həddinin aşılması barədə məlumat yoxdur.

 

Buraxılış forması

Daxilə qəbul üçün damcı. 20 ml, 50 ml və ya 100 ml məhlul, plastik damcıladıcısı (ASPE) və burulan plastik qapağı (YSPE) olan qəhvəyi rəngli şüşə flakonlarda. Hər flakon içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır. 

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.