PharmEd

Pharmed

AEVIT N30 CAP

TƏSDİQ EDİLMİŞDİR 
Azərbaycan Respublikası
 Səhiyyə Nazirliyi
 Farmakoloji və Farmakopeya
 Ekspert Şurasının sədri
 _____________ E.M.Ağayev
 
 ___________________ 2023-cü il

 


 Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 


AEVİT kapsullar
AEVIT


Tərkibi
Təsiredici maddələr: 1 kapsulda 55 mq (100 000 BV) retinol palmitat (Vitamin A ), 100 mq 
 аlfa-tokoferol asetat (Vitamin E) vardır.
Köməkçi maddələr: qarğıdalı yağı..
Kapsulun örtüyü: jelatin, qliserol (qliserin), metilparahidroksibenzoat (metilparaben), sorbitol 
 (sorbit), təmizlənmiş su, qəhvəyi boya HT (E155).
Kapsulun kütləsi: 200 mq.
Qeyd:
1 q retinol palmitat substansiyasının tərkibində (vitamin A) (DSM Nutrişnl Prodakts Ltd, filial 
Sisseln zavodu, İsveçrə) vardır:
- retinol palmitat – 1.7 mln. BV;
- butilhidroksianizol – 9 mq;
- butilhidroksitoluol – 9 mq.
1 q retinol palmitat substansiyasının tərkibində (vitamin A) ( BASF SE, Almaniya):
- retinol palmitat 1,7 mln BV;
- butilhidroksitoluol – 17 mq.

 


Təsviri
Yumşaq jelatin kapsulları sferik formada, tünd-sarı rəngdən açıq-qəhvəyi rəngə qədər, hamar səthi 
ilə, zədəsiz və gözə görünən hava əlavələrsiz jelatin kapsullar. Kapsullar açıq-sarı rəngdən 
tünd-sarı rəngə qədər iysiz yağlı maye ilə doldurulub.

 


Farmakoterapevtik qrupu
Polivitamin vasitə.

 


ATC kodu: A11JA.

 


Farmakoloji xüsusiyyətləri
Kombinəolunmuş preparat olub, təsiri tərkibinə daxil olan A və E vitaminlərinin xüsusiyyətləri ilə
əlaqədardır. Retinol (vitamin A) normal rəngli və alatoran vaxtlarda görmə üçün lazımı olan 
görmə piqmentlərin formalaşmasında iştirak edir; epitelial toxumalrın bütövlüyünü təmin edir,
sümüklərin inkişafını tənzimləyir. Tokoferol (vitamin E) antioksidant xüsusiyyətlərə malikdir, 
membranlarda doymamış yağ turşuların lipoperokdləşmədən qorunmasını təmin edir; hüceyrə
arası maddənin, birləşdirici toxumanın kollaqen və elastik liflərinin, həzm traktının, damarların 
saya əzələlərinin formalaşmasında iştirak edir. AEVİT pozulmuş kapilyar qan dövranını bərpa 
edir, kapilyar və toxuma keçiriciliyini normallaşdırır, hipoksiyaya qarşı toxumaların davamlığını 
artırır.

 


İstifadəsinə göstərişlər
Kombinəolunmuş avitaminoz A, E. Kompleks müalicədə toxumaların trofikasının pozulması ilə müşayiət

edilən və dərinin zədələnmələri (psoriaz, ekzemanın bəzi formaları, ixtioz, seboreyalı 
dermatit).

 


Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, A və/ya E hipervitaminozu, 18 yaşa qədər 
uşaqlar, hamiləlik, laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Hipervitaminoz A və E-nin inkişafının qarşısını almaq üçün tövsiyə olunan dozaları aşmamaq lazımdır.
Preparatı istifadə edərkən tərkibindəki A vitamininin yüksək tərkibini (100.000 BV), həmçinin 
profilaktik dərman deyil, müalicəvi olduğunu nəzərə almaq lazımdır.
Selenium və kükürd tərkibli amin turşuları ilə zəngin olan pəhriz E vitamini ehtiyacını azaldır.
Ehtiyatla: tireotoksikoz, xolisistit, xroniki ürək çatışmazlığı; xroniki qlomerulonefrit, qaraciyər 
serrozu, hepatit virusu, böyrək çatışmazlığı, alkoqolizm, yaşlılıq, hipoprotrombenemiya (vitamin 
K) çatışmazlığı fonunda E 400 BV-dən çox dozada arta bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Vitamin E qlükokortikosteroid preparatların, qeyri-steroid iltihabəleyhinə vasitələrin effektini 
gücləndirir, ürək qlikozidlərinin, A və D vitaminlərinin toksikliyini azaldır və effektivliyini artırır.
Epilepsiyalı xəstələrində (qanda lipid peroksid oksidləşməsi nəticəsində əmələ gələn maddələrin 
səviyyəsi yüksəkdir) antiepileptik vasitələrin effektivliyini yüksəldir.
Tetrasiklin sırasından olan antibiotiklərlə uyuşmur. Salisilatlar və qlükokortikosteroidlər aevitin 
əlavə effektlərinin əmələ gəlməsi riskini azaldır.
Tərkibində mineral yağ və xolestiramin olan bağırsaq işlədici vasitələr A və E vitaminlərin 
mənimsənilməsini azaldır.
Peroral kontraseptivlər qan plazmasında A vitaminin konsentrasiyasını artırır.
E vitaminin sutkada 400 BV çox olan dozalarda antikoaqulyantlarla (kumarin və indandion 
törəmələri) birgə istifadəsində hipotrombinemiyanın əmələ gəlməsinin riski artır.


Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə prepratın istifadəsi əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Preparat nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmək qabiliyyətinə təsir 
göstərmir.

 


İstifadə qaydası və dozası
Yalnız həkimin göstərişi üzrə istifadə edilir.
Daxilə. Gündə 1 kapsul, qida qəbulundan asılı olmayaraq qəbul edilir. Müalicə müddəti: 20-40 
gündür.
Həkim məsləhətindən sonra müalicə kursunun təkrar keçirilməsi mümkündür.

 


Əlavə təsirləri
Mənfi reaksiyaların tezliyi üçün kəmiyyət meyarları və sistem-orqan təsnifatına və onların baş 
vermə tezliyinə uyğun olaraq mənfi reaksiyaların təsnifatı (Mənfi hadisələrin tezliyinin müəyyən 
edilməsi aşağıdakı meyarlara uyğun olaraq həyata keçirilir: çox tez-tez (≥1/10), tez-tez 
(≥1/100-dən <1/10), nadir hallarda (≥1/1000-dən <1/100), nadir hallarda (≥1/10000 - <1/1000), 
çox nadir (<1/10000), tezliyi bilinmir (mövcud məlumatlardan təxmin etmək mümkün deyil).
Dəri və dərialtı toxuma pozğunluqları: tezliyi bilinmir – dəri səpgiləri.
Mədə-bağırsaq traktının pozğunluqlar: nadir hallarda – epiqastrik nahiyədə diskomfort hissi, 
ürəkbulanma, ishal.
Qaraciyər və öd yollarının pozğunluqları: tezliyi məlum deyil – uzun müddətli istifadə zamanı 
öddaşı xəstəliyinin və xroniki pankreatitin kəskinləşməsi mümkündür.


Doza həddinin aşılması
Doza həddinin kəskin aşılmasının simptomları (qəbulundan 6 saat sonra əmələ gəlir):

A hipervitaminozu: böyüklərdə: yuxuya meyillik, əzginlik, iki görmə, başgicəllənmə, kəskin baş 
ağrısı, ürəkbulanma, dayanmadan qusma, diareya, əsəbilik, diş damağında qansızmalar, ağız 
boşluğunun selik qişasında quruluq və yaralar, dodaqların və dərinin kəpəklənməsi (xüsusən 
ovuclarda), şüurun qarışığı, kəllədaxili təzyiqin yüksəlməsi (körpələrdə –hidrosefaliya, əmgəyin 
şişməsi)
Xroniki intoksikasiyanın simptomları: iştahasızlıq, sümüklərdə ağrı, dəridə quruluq və çatlar, 
dodaqlarda və ağız boşluğunun selik qişasında quruluq, qastralgiya, qusma, hipertermiya, 
asteniya, həddindən artıq yorğunluq, baş ağrısı, fotohəssaslıq, pollakiuriya, nikturiya, poliuriya, 
əsəbilik, saçların tökülməsi, burun-dodaq üçbucağ nahiyyədə, əllərin iç hissəsində və ayağın 
altında sarı-narınc rəngli ləkələr, hepatoksik əlamətlər, gözdaxili hipertenziya, oliqomenoreya, 
portal hipertenziya, hemolitik anemiya, sümüklərin rentgenoqramlarında dəyişikliklər, 
qıcolmalar.
Müalicəsi: preparatın ləğv olunması, simptomatik müalicə.
E vitamininin doza həddinin aşılmasının simptomları: sutkada 400-800 BV dozaların 
uzunmüddətli istifadəsində – görmə qabiliyyətinin aydın olmaması, başgicəllənmə, baş ağrısı, 
ürəkbulanma, diareya, qastralgiya, asteniya; sutkada 800 BV çox olan dozaların uzunmüddətli 
istifadəsində – K hipovitaminozu ilə xəstələrdə qanaxmaların riskinin artması, tireoid hormonların 
metabolizminin pozulması, cinsi funksiyanın pozğunluqları, tromboflebit, nekrotik kolit, sepsis, 
hepatomeqaliya, hemorragik insult, assit.
Müalicəsi : preparatın ləğv olunması, simptomatik müalicə.


Buraxılış forması
Kapsullar.
10 kapsul konturlu-yuvalı qablaşmada. 1 və ya 3 konturlu-yuvalı qablaşmada içlik vərəqə ilə
birlikdə karton qutuya qablaşdırılır.

 


Saxlanma şəraiti
25С temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq 
lazımdır.


Yararlılıq müddəti
2 il. 
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.


Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.

 


İstehsalçı
“Altayvitaminı” SC.
659325, Rusiya Federasiyası, Altay vilayəti, Biysk şəhəri, Zavodskaya küçəsi, ev 69.
Tel.: (3854) 338-719, 326-948.
Faks: (3854) 326-943.
Qeydiyyat vəsiqəsinin sahibi
“Altayvitaminı” SC.
659325, Rusiya Federasiyası, Altay vilayəti, Biysk şəhəri, Zavodskaya küçəsi, ev 69.
Tel.: (3854) 338-719, 326-948.
Faks: (3854) 326-943.