OlainFarm
ADAPTOL 500MG
ADAPTOL® 500 mq tabletlər
ADAPTOL , Tərkibi
Təsiredic maddə: 1 tabletin tərkibində 500 mq mebikar vardır.
Köməkçi maddələr: metilsellüloza, kalsium stearat.
Farmakoterapevtik qrupu
Anksiolitik vasitə.
İstifadəsinə gostərişlər
- Qıcıqlanma, emosional labillik, həyəcan və qorxu ilə müşayət edilən nevroz və nevrozabənzər hallar;
- müxtəlif mənşəli kardialgiya (ürəyin işemik xəstəliyi ilə əlagəsi olmayan);
- neyroleptiklərin və trankvilizatorların yaxşı keçirilməsi üçün, onların törətdiyi somatovegetativ və nevroloji əlavə təsirləri aradan qaldırmaq məqsədi ilə;
- tütün çəkməyə meyilliyi azaldan vasitə kimi kompleks müalicənin tərkibində.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın təsiredici maddəsi orqanizmin bütün toxumalarına və mayelərinə yaxşı keçir. Hamiləlik və laktasiya dövründə istifadəsinə dair kifayət qədər klinik müşahidələr yoxdur, bu səbəbə görə preparatı bu dövrlərdə təyin etmək məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensal təhlükəli mexanizimləri idarəetmə qabiliyyətinə təsiri
Preparat arterial təzyiqi azalda və zəiflik yarana bilər ki, bu da, nəqliyyat vasitələri və mexanizmləri idarə etməyə təsir edə bilər.
ADAPTOL, İstifadə qaydası və dozası
Adaptol qida qəbulundan asılı olmayaraq daxilə qəbul edilir.
Böyüklərə gündə 2-3 dəfə 500 mq təyin edilir.
Birdəfəlik maksimal doza 3 q, yüksək sutkalıq doza 10 q təşkil edir.
Müalicə kursunun müddəti bir neçə gündən 2-3 aya qədərdir.
Tütün çəkməyə meyilliyi azaldan vasitə kimi kompleks müalicədə preparat 5-6 həftə ərzində sutkada 1000 mq təyin edilir.
Yaşlı pasiyentlərdə dozanın azaldılmasına ehtiyac yoxdur.
Qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanın azaldılması tələb edilmir.
Böyrək çatışmazlığı olan pasiyentlərdə doza öyrənilməyib. Belə pasiyetlərdə dərman vasitəsini ehtiyatla istifadə etmək lazımdır.
Preparatın qəbulu unudulduqda, onu ötürülən dozanı yada düşən kimi qəbul etmək, növbəti qəbulun vaxtı yaxınlaşdıqda, unudulan dozanı ötürmək lazımdır. Heç vaxt ikiqat doza qəbul etmək olmaz.
Buraxılış forması
10 tablet, polivinilxlorid və laklı alüminium folqalı pərdəli blisterdə. 2 blister (20 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Resept əsasınada buraxılır.