pharmed
Spasmalgon
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
___________________ 2023-cü il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SPAZMALQON® tabletlər
SPASMALGON
Beynəlxalq patentləşdirilməmiş adı: Metamizole sodium + Fenpiverinium bromide + Pitofenone
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq natrium metamizol, 5 mq
pitofenon hidroxlorid, 0,1 mq fenpiverinium bromid vardır.
Köməkçi maddələr: laktoza monohidrat, buğda nişastası, jelatin, talk, maqnezium stearat, natrium
hidrokarbonat.
Təsviri
Dairəvi formalı, ağ və ya demək olar ki, ağ rəngli yastı tabletlərdir.
Farmakoterapevtik qrupu
Analgetik və spazmolitik kombinəedilmiş preparat.
ATC kodu: N02BB52.
Farmakoloji xüsusiyyətləri
Spazmalqon özündə analgetik, spazmolitik (papaverində olduğu kimi), xolinolitik (atropin) və
müəyyən qədər iltihab əleyhinə xüsusiyyət birləşdirir.
Metamizol daha zəif iltihab əleyhinə və spazmolitik effektlə ifadəolunmuş analgetik və antipiretik
xüsusiyyətə malikdir. Onun effekti prostaqlandinlərin və endogen alqogenlərin sintezinin inhibə
edilməsinin, talamusda oyanma hüdudunun artmasının və eksteroseptiv və interoseptiv ağrı
impulslarının MSS-ə ötrülməsinin, eləcə də hipotalamusa təsirinin və endogen pirogenlərin
formalaşmasının nəticəsidir.
Fenpiverin mülayim qanqlioblokadaedici və parasimpatikolitik təsirə malikdir, mədənin, bağırsağın və
sidik yollarının saya əzələsinin tonusunu və motorikasını azaldır.
Pitofenon damarların saya əzələsinə və ekstravaskulyar əzələlərə ifadəolunmuş spazmolitik təsir ilə
papaverinin effektinə bənzər təsir təzahür edir.
İstifadəsinə göstərişlər
Daxili orqanların saya əzələlərinin spazmı nəticəsində baş verən zəif və orta dərəcəli ağrı
sindromunun simptomatik müalicəsi üçün istifadə edilir:
- ağrı hissi və sidik ifrazının pozulması ilə müşayiət olunan böyrəkdaşı xəstəliyi, sidik yollarının
iltihabi prosesləri;
- mədə və bağırsaq sancıları;
- öddaşı xəstəliyi və öd yollarının diskineziyası;
- ağrı ilə müşayiət olunan menstruasiya.
Əks göstərişlər
- Preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq;
- bağırsaq keçməzliyi, meqakolon (yoğun bağırsağın genişlənməsi);
- öd kisəsinin atoniyası;
- sidik kisəsinin atoniyası;
- qaraciyər və böyrək çatışmazlığının ağır formaları;
- qan xəstəlikləri – aqranulositoz, leykopeniya;
- qlükozo-6-fosfatdehidrogenaza fermentinin çatışmazlığı;
- porfiriya;
- qapalı bucaqlı qlaukoma;
- qlüten enteropatiyası;
- hamiləlik və laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Spazmalqon® aşağıdakı hallarda ehtiyatla təyin olunur:
- qaraciyər və/və ya böyrəklərin funksional xəstəlikləri;
- mədə patologiyası – axalaziya (qida borusunun spazmı), qastroezofaqeal refküks, pilorostenoz;
- prostat vəzinin hipertrofiyası;
- hipertireoz – qalxanabənzər vəzinin hiperfunksiyası;
- arterial hipotoniya;
- aritmiyalar;
- ürəyin işemik xəstəliyi;
- miokard infarktından sonrakı vəziyyət;
- ürək çatışmazlığı;
- xroniki bronxit, bronxospazm;
- qeyri-steroid iltlhab əleyhinə preparatlara və qeyri-narkotik analgetiklərə qarşı yüksək həssaslıq;
- allergik xəstəliklər – rinit, bronxial astma.
Preparatdan uzunmüddətli (1 həftədən artıq) istifadə etdikdə periferik qanın tərkibinə və
qaraciyərin funksional vəziyyətinə nəzarət etmək lazımdır.
Preparatın tərkibində olan metamizolun metabolitləri sidiyin qırmızı rəngə boyanmasına səbəb
ola bilər.
Preparatla eyni vaxtda spirtli içkilərin qəbulu və/və ya mərkəzi sinir sisteminin fəaliyyətini
tormozlayan dərman vasitələrinin istifadəsi pasiyentlərin psixofizioloji vəziyyətlərinə mənfi təsir
göstərir.
Digər dərman vasitələrilə qarşılıqlı təsiri
- Xlorokin – antiprotozoy preparat olan xlorokinin qanda miqdarını yüksəldir;
- Siklosporin və kumarin törəmələrindən olan antikoaqulyantlar – Siklosporinin və kumarin
törəmələrindən olan antikoaqulyantların təsirini zəiflədir;
- Xloramfenikol – xloramfenikolun, sümük iliyində qanyaranma prosesinə göstərdiyi pozucu
təsirini gücləndirir;
- Trisiklik antidepresantlar, peroral kontraseptiv preparatlar, allopurinol – metamizolun
metabolizmini pozur və toksikliyini artırırlar;
- Barbituratlar, fenilbutazon və qaraciyərin parçalayıcı funksiyasını gücləndirən digər maddələr –
metamizolun təsirini zəiflədirlər;
- Sedativ maddələr və trankvilizatorlar – Spazmalqonun analgetik təsirini gücləndirirlər;
- Qeyri-steroid iltihab əleyhinə preparatlar və digər analgetiklər – hiperhəssaslıq reaksiyalarının
və digər əlavə təsirlərin gücü və tezliyi artır.
- Siklosporin A – metamizol siklosporin A-nın qanda konsetrasiyasını yüksəldir ki, bu da orqan və
toxumaların transplantasiyası zamanı təhlükə törədə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatla müalicə zamanı başgicəllənmə, yuxuya meyillilik, görmə qabiliyyətinin pisləşməsi
müşahidə edilən xəstələrə nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə
etmək olmaz.
İstifadə qaydası və dozası
Preparat daxilə, yeməkdən sonra təyin edilir.
Böyüklərə və 15 yaşdan yuxarı uşaqlara
Gündə 2-3 dəfə 1-2 tablet. Maksimal sutkalıq doza – 6 tablet təşkil edir.
12-15 yaşlı uşaqlara
Gündə 2-3 dəfə 1 tablet. Maksimal sutkalıq doza 3 tabletdir.
9-12 yaşlı uşaqlara
Gündə 2-3 dəfə 0,5 tablet. Maksimal sutkalıq doza – 2 tablet təşkil edir.
Müalicə müddəti 3 gündən artıq olmamalııdır.
Əlavə təsirləri
Əlavə təsirlər müvəqqəti xarakter daşıyır və preparatın istifadəsi dayandırıldıqda keçir.
İmmun sistemdə baş verən pozğunluqlar:
- allergik reaksiyalar – bronxospazm, səpgilər, qaşınma, angionevrotik ödem, anafilaktik şok, toksik
epidermal nekroliz, Stivens-Conson sindromu.
Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar:
- ağızda quruluq, qəbizlik, qastrit və xora xəstəliklərinin kəskinləşməsi.
Ürək-damar sistemində baş verən pozğunluqlar:
- taxikardiya, arterial hipotoniya, aritmiyalar.
Qan və limfa sistemi tərəfindən baş verən pozğunluqlar:
- aqranulositoz, leykopeniya, trombositopeniya.
Sinir sistemində baş verən pozğunluqlar:
- başgicəllənmə, görmə qabiliyyətinin pozulması.
Böyrək və sidik yollarında baş verən pozğunluqlar:
- sidik ifrazının pozulması, nadir hallarda – kəskin böyrək çatışmazlığı.
Doza həddinin aşılması
Spazmalqondan istifadə etdikdə doza həddinin aşılması zamanı – allergik reaksiyalar, hemopoezin
və həzm sistemi funksiyalarının pozulması, nadir hallarda MSS funksiyalarının pozulması kimi
simptomlar meydana çıxır.
Doza həddi aşıldıqda preparatın istifadəsi dayandırılır və preparatın orqanizmdən tez xaric
olunması üçün tədbirlər aparılır – qusma törədilir, mədə yuyulur, sidiyin xaricolması sürətləndirilir.
Simptomatik müalicə təyin olunur.
Preparatın bir qəbulu ötürüldükdə, onu növbəti qəbul vaxtı dozanı artırmadan istifadə etmək
lazımdır.
Buraxılış forması
10 tablet blisterdə. 2 və ya 5 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
250 C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
Balkanfarma –Dupnisa AD.
“Samokovskoye şosse” küç., 3, 2600 Dupnitsa, Bolqarıstan.
Tel.: +359/701 58 196.
Faks: +359/701 58 555.