Pharmed

FURASILIN 20MG N10 TB

            Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

FURASİLİN yerli və xaricə istifadə edilən məhlul hazırlamaq üçün tabletlər FURACILIN

Beynəlxalq patentləşdirilməmiş adı: Nitrofural

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq nitrofural (furasilin) vardır.

Köməkçi maddələr: natrium xlorid.

Təsviri Yastı-silindrik, xətli və iti qıraqlı, səthi qeyri-bərabər çalarlı,

sarı və ya yaşılımtıl-sarı rəngli tabletlər.

Farmakoterapevtik qrupu

Mikrobəleyhinə preparat – nitrofuran.

 ATC kodu: D08AF01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Mikrobəleyhinə preparatdır. Qrammüsbət və qrammənfi bakteriyalara (o cümlədən,

Staphylococcus spp., Streptococcus spp., Escherichia coli, Clostridium perfringens) qarşı aktivdir.

Mikroorqanizmlər digər mikrobəleyhinə preparatlara (nitrofuran qrupundan olmayan) qarşı davamlı olduqda, effektivdir.

Digər kimyəvi-terapevtik preparatlardan fərqli təsir mexanizminə malikdir: mikrob flavoproteinləri 5-nitroqrupu bərpa edirlər,

əmələ gələn yüksək-reaktiv amin törəmələri zülalların, o cümlədən, ribosomal zülalların və digər makromolekulların

konformasiyasını dəyişir.

Davamlılıq tədricən inkişaf edir və yüksək dərəcəli olmur.

Farmakokinetikası

Yerli və xaricə istifadə edildikdə, sorulması əhəmiyyət kəsb etmir. Histohematik baryerlərdən keçir və orqanizmin maye və toxumalarında bərabər miqdarda paylanılır. Metabolizminin əsas yolu – nitroqrupun bərpa olunmasıdır. Böyrəklər vasitəsi ilə və qismən ödlə xaric olunur.

İstifadəsinə göstərişlər

Xaricə: irinli yaralar, yataq yaraları, II-III-cü dərəcəli yanıqlar, dərinin kiçik zədələnmələri (o cümlədən, sıyrıntılar, cırmaq yerləri, çatlar, kəsiklər). Yerli: blefarit, konyunktivit, xarici qulaq keçəcəyinin furunkulu; osteomielit, burunətrafı ciblərin, plevranın empieması (boşluqların yuyulması); kəskin xarici və orta otit, angina, stomatit, gingivit.

Əks göstərişlər

Hiperhəssaslıq, qanaxmalar, allerqodermatozlar.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman preparatları ilə qarşılıqlı təsirləri təsvir olunmamışdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

 Hamiləlik və laktasiya dövründə preparatdan istifadə etmək olar.

İstifadə qaydası və dozası

Preparat yerli və xaricə istifadə etmək üçün nəzərdə tutulmuşdur. Xaricə 0,02 %-li sulu (1:5000) və ya 0,066 %-li (1:1500) spirtli məhlullar şəklində təyin etmək lazımdır – yaraları islatmaq və işladılmış sarğılar şəklində istifadə etmək üçün. Boşluqdaxilinə (sulu məhlul şəklində): burunətrafı ciblərin empiemasi (o cümlədən, haymorit) – boşluqların yuyulması; əməliyyatdan sonra osteomielit – boşluğun yuyulması və daha sonra, isladılmış sarğının bağlanması; plevranın empieması – mövcud irini təmizlədikdən sonra plevral boşluğu yumaq və 20-100 ml sulu məhlul yeritmək lazımdır. Sidik-ifrazat kanalını və sidik kisəsini yumaq üçün 20 dəqiqəlik ekspozisiya ilə preparatın sulu məhlulundan istifadə edilir. Otitlərdə – bədən temperaturuna qədər qızdırılmış spirtli məhlulu, gündə 5-6 damcı xarici qulaq keçəcəyinə damcılatmaq lazımdır. Blefarit, konyuktivit – preparatın sulu məhlulunu konyuktiva kisəsinə instillyasiya etmək lazımdır. Ağız boşluğunun və boğazın yaxalanması üçün – 20 mq (1 tablet) preparatı 100 ml suda həll etmək lazımdır. Sulu məhlul hazırlamaq üçün 1 hissə nitrofuralı 5000 hissə 0,9 %-li natrium xlorid məhlulunda və ya distillə suyunda həll etmək lazımdır. Preparatın spirtli məhlulu 70 %-li etanol əsasında hazırlanır.

Əlavə təsirləri

Allergik reaksiyalar müşahidə oluna bilər: dərinin qaşınması, dermatit.

Doza həddinin aşılması

Doza həddinin aşılması barədə heç bir məlumat yoxdur.

Buraxılış forması

 20 mq, yerli və xaricə istifadə etmək üçün məhlul hazırlamaq üçün tabletlər. 10 tablet, konturlu yuvalı və ya konturlu yuvasız qablaşdırmada. Konturlu qablaşdırmalar eyni sayda içlik vərəqə ilə birlikdə dəst qablaşdırmalara yerləşdirilir.

Saxlanma şəraiti

 2-25° C temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

 5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı/İstehlakçılardan iradları qəbul edən təşkilat

"İrbit Kimya-əczaçılıq Müəssisəsi" ASC, Rusiya Federasiyası.

Ünvan

623856, Sverdlovsk vilayəti, İrbit şəh., Kirov küç., 172. Tel.:/Faks: (34355) 3-60-90.