PharmEd

pharmed

Flunol 150MG

TƏSDİQ EDİLMİŞDİR

 Azərbaycan Respublikası

Səhiyyə Nazirliyi

Farmakoloji və Farmakopeya

Ekspert Şurasının sədri

 

_____________ E.M.Ağayev

___________________ 2023-cü il

 

 Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

FLUKONAZOL tabletlər

FLUCONAZOLE

 

Beynəlxalq patentləşdirilməmiş adı: Flukonazole

 

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 150 mq flukonazol vardır.

Köməkçi maddələr: mikrokristallik sellüloza, laktoza monohidrat, povidon, natrium

 kroskarmelloza, maqnezium stearat.

 

Təsviri

Ağdan tam ağ rəngə qədər, iki tərəfdən qabarıq və hamar, yumru formalı tabletlər.

Farmakoterapevtik qrupu

Sistemli istifadə üçün göbələk əleyhinə vasitələr. Triazol törəmələri.

ATC Kodu: J02AC01.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Triazol sinifindən göbələk əleyhinə flukonazol – ergosterolun sintezi üçün lazım olan göbələk

fermentlərinin güclü və seçici inhibitorudur. Onun təsirinin əsas mexanizmi, ergosterolun göbələk

biosintezində ayrılmaz mərhələsi olan və sitoxrom P450 vasitəçiliyi ilə göbələk 14-alfa-

lanosteroldemetilləşdirilməsinin süstləşməsidir. 14 alfa-metil-sterolların yığılması sonrakı göbələk

hüceyrə membranla ergosterol itkisi ilə əlaqələndirilir və flukonazolun göbələk əleyhinə aktivliyinə

cavabdeh ola bilər. Flukonazol, sitoxrom P450 göbələk fermentlərinə qarşı, məməlilərin müxtəlif

sitoxrom

ferment sistemlərinə nisbətən daha seçici effekt göstərir.

İn vitro həssaslıq

Flukonazol in vitro ən çox rast gəlinən Candida növlərinə (C. albicans, C. parapsilosis, C. tropicalis

daxil olmaqla) qarşı göbələk əleyhinə aktivlik göstərir.

C. glabrata flukonazola qarşı geniş diapazonlu həssaslıq göstərir, C. krusei isə ona qarşı rezistentdi.

Həmçinin, in vitro flukonazol həm Cryptococcus neoformans və Cryptococcus gattii, həm də

endemik kif göbələklərə qarşı Blastomices dermatitidis, Coccidioides ımmitis, Histoplasma

capsulatum və Paracoccidioides brasiliensis aktivlik göstərir.

Farmakokinetik/farmakodinamik qarşılıqlı əlaqə

Heyvanlar üzərində aparılan tədqiqatlarında MIC dəyərləri ilə Candida spp-nin törətdiyi

eksperimental mikozlara qarşı effektivlik arasında korrelyasiya var. Klinik tədqiqatlarda AUC və

flukonazol dozası arasında təxminən 1:1 nisbətində xəttli asılılıq müşahidə edilir.

 

Müqavimət mexanizmləri

Candida spp. azol göbələk əleyhinə vasitələrə qarşı bir sıra davamlılıq mexanizmlərinə malikdir. Bu

müqavimət mexanizmlərindən biri və ya bir neçəsi əmələ gələn göbələk ştamlarının flukonazola qarşı

yüksək minimal inhibitor konsentrasiyaları (MIC) göstərdiyi bilinir ki, bu da in vivo və klinik

cəhətdən effektivliyə mənfi təsir göstərir.

Adətən həssas Candida növlərində ən çox rast gələn davamlılıq inkişaf mexanizmi, ergosterol

biosintezinə məsul olan azol hədəf fermentlərini əhatə edir. Davamlılığa mutasiya, ferment ifrazının

artması, dərman axını mexanizmləri və ya kompensasiya yollarının inkişafı səbəb ola bilər.

C. albicans-dan fərqlənən Candida növləri ilə superinfeksiya halları bildirilmişdir, onlar tez-tez təbii

olaraq flukonazola qarşı qeyri-həssasdırlar (məsələn, C. krusei). Belə hallarda alternativ göbələk

əleyhinə terapiya tələb oluna bilər. Bəzi daxili davamlılıq (C. krusei) və ya Candida növlərində

(C.auris) əmələ gələn davamlılıq mexanizmləri tamamilə tədqiq olunmayıb.

 

Farmakokinetikası

Absorbsiyası

Flukonazol peroral tətbiq edildikdə yaxşı sorulur və dərmanın qanın plazmadaki səviyyəsi və sistemli

biomənimsənilməsi, dərmanın venadaxili tətbiqi ilə əldə edilən flukonazolun qan plazmasındakı

səviyyəsinin 90%-dən çoxdur. Preparat peroral tətbiq edildikdə qidanın eyni zamanda qəbulu

sorulmaya təsir göstərmir. Qan plazmasında pik konsentrasiyası dərman qəbul etdikdən 0,5-1,5 saat

sonra əldə edilir. Dərmanın qan plazmasında konsentrasiyası doza mütənasibdir. Yüklü dozanı ilk

gündə istifadə etdikdə 90% səviyyəsində tarazlıq konsentrasiyası müalicənin ikinci günündə qeyd

edilir və adi gündəlik dozadan iki dəfə çoxdur.

 

Paylanması

Paylanma həcmi orqanizmdə suyun təxminən ümumi tərkibinə bərabərdir. Plazma zülalları ilə

bağlanması azdır (11-12%). Flukonazol orqanizmin tədqiq olunan bütün mayelərinə yaxşı nüfuz edir.

Ağız suyunda və bəlğəmdəki flukonazolun səviyyəsi qan plazmasındaki konsentrasiyasına bənzəyir.

Göbələk meningiti olan xəstələrdə serebrospinal mayedə flukonazolun səviyyəsi qan plazmasındakı

konsentrasiyasının 80%-ə çatır.

Dəridə zərdab konsentrasiyalarından daha yüksək olan flukonazol konsentrasiyaları buynuz təbəqədə,

epidermis, dermis və tərdə əldə edilir. Flukonazol buynuz təbəqədə yığılır.

 

Biotranformasiyası

Flukonazol az dərəcədə metabolizə olunur – flukonazolun yalnız 11%-i dəyişdirilmiş şəklində sidiklə

xaric olunur. Flukonazol CYP2C9 və CYP3A4 izoenzimlərinin selektiv inhibitorudur və həmçinin

CYP 2C19 izofermentin inhibitorudur.

 

Xaric olması

Flukonazolun qan plazmasından yarım xaricolma dövrü təxminən 30 saat təşkil edir. Dərman

vasitəsinin çox hissəsi böyrəklərlə xaric olunur və tətbiq olunan dozanın 80%-i sidikdə dəyişməz

olaraq aşkar edilir. Flukonazol klirensi kreatinin klirensi ilə mütənasibdir. Dövriyyədə olan

metabolitlər müəyyən edilməyib. Dərman vasitəsinin qan plazmasından uzun yarım xaricolma dövrü,

vaginal kandidozunda dərmanı bir dəfə qəbul etməyə, həmçinin digər göstəricilərdə dərman

vasitəsinin həftədə 1 dəfə istifadəsinə imkan verir.

Xəstələrin xüsusi kateqoriyalarında farmakokinetikası.

 

Böyrək çatışmazlığı

Ağır böyrək çatışmazlığı olan xəstələrdə (yumaqcıq filtrasiya dərəcəsi < 20 ml/dəq) yarımxaricolma

dövrü 30 saatdan 98 saata qədər artır. Buna görə bu kateqoriyalı xəstələrdə flukonazolun dozası

azalmalıdır. Flukonazol hemodializ, daha az dərəcədə intraperitoneal dializ yolu ilə xaric olunur. 3

saat davam edən hemodializ seansı qan plazmasında flukonazolun səviyyəsini təxminən 50% azaldır.

 

Yaşlı xəstələr

Yaşlı xəstələrdə farmakokinetikadakı dəyişikliklər böyrək funksiyasının parametrlərindən asılıdır.

Laktasiya dövründə farmakokinetikası

Müvəqqəti və ya daimi olaraq körpələrini əmizdirməyini dayandıran on laktasiya dövründə olan

qadının iştirak etdiyi farmakokinetik tədqiqatda, flukonazolun 150 mq dozada birdəfəlik qəbulundan

sonra 48 saat ərzində plazma və ana südündəki flukonazol konsentrasiyaları qiymətləndirilmişdir.

Flukonazol ana südündə ananın qan plazmasındakı konsentrasiyanın təxminən 98%-də orta

konsentrasiyada aşkar edilmişdir. Ana südündə orta pik konsentrasiyası dozanın yeridilməsindən 5,2

saat sonra 2,61 mq/l idi. Körpələr üçün flukonazolun orta pik süd konsentrasiyasına əsaslanan təxmin

edilən sutkalıq dozası (orta süd qəbulu 150 ml/kq/gün) gündə 0,39 mq/kq təşkil edir ki, bu da yeni

doğulmuş körpələr üçün tövsiyə olunan dozanın təxminən 40%-ni təşkil edir (<2 həftəlik yaşında) və

ya selikli qişa kandidozu üçün tövsiyə olunan uşaq dozasının 13%-ni təşkil edir.

 

İstifadəsinə göstərişlər

Flukonazol aşağıdakı göbələk infeksiyaların müalicəsi üçün göstərişdir.

Flukonazol aşağıdaki hallarda böyüklərdə müalicə üçün göstərişdir:

kriptokokk meningiti;

koksidioidomikoz;

invaziv kandidoz;

ağız-udlaq kandidozu, qida borusu kandidozu, kandiduriya, dəri və selikli qişaların xronik kandidozu

daxil olmaqla selikli qişaların kandidozu;

yerli stomatoloji gigiyena vasitələri effektsiz olduqda xroniki atrofik kandidoz (protezlərin istifadəsi

nəticəsində yaranan kandidoz);

yerli terapiya uyğun olmadıqda kəskin və ya təkrarlanan vaginal kandidoz;

yerli terapiya uyğun olmadıqda kandidoz balanit;

dermatomikozlar, o cümlədən pəncə mikozu, hamar dəri, qasıq dermatomikozu, əlvan dəmrov,

sistemli terapiya uyğun olmadıqda dərinin kandidoz infeksiyaları;

dermatofit onixomikoz, digər dərmanların istifadəsi mümkün olmadıqda.

Flukonazol aşağıdaki hallarda böyüklərdə profilaktika üçün göstərişdir:

qayıtma riski yüksək olan xəstələrdə kriptokokk meningitinin təkrarlanması;

qayıtma riski yüksək olan İİV-ə yoluxmuş xəstələrdə ağız-udlaq və ya qida borusu kandidozunun

təkrarlanması;

vaginal kandidozun qayıtma tezliyini azaltmaq üçün (ildə 4 və ya daha çox epizod);

uzunmüddətli neytropeniya xəstələrində kandidoz infeksiyaların qarşısının alınması (məsələn, kimya

terapiyası alan hematoloji bədxassəli xəstəlikləri olan xəstələrdə və ya hemopoetik kök hüceyrənin

transplantasiyası həyata keçirilmiş xəstələrdə).

Flukonazol vaxtında anadan gələn yenidoğulmuşlara, körpələrə, yaslı yaşında olan uşaqlara, 0-17

yaş arası uşaqlar və yeniyetmələr üçün göstərişdir:

flukonazol selikli qişaların kandidozunun (ağız-udlaq və ya qida borusu kandidozu), invaziv

kandidozu, kriptokok meningitini müalicə etmək və immuniteti zəif olan xəstələrdə kandidoz

infeksiyaların qarşısını almaq üçün istifadə olunur. Flukonazol, qayıtma riski yüksək olan uşaqlarda

kriptokokk meningitinin təkrarlanmasının qarşısını almaq üçün dəstəkləyici müalicə kimi istifadə

edilə bilər.

Terapiya kulturasiya və digər laborator müayinələrin nəticələri bilinməzdən əvvəl başlaya bilər; lakin

bu nəticələr əldə edildikdən sonra infeksiya əleyhinə terapiya müvafiq olaraq tənzimlənməlidir.

Göbələk əleyhinə vasitələrin düzgün istifadəsi üzrə rəsmi təlimatlar nəzərə alınmalıdır.

 

Əks göstərişlər

Flukonazola, digər azol birləşmələrinə və ya dərmanın digər komponentlərinə qarşı yüksək həssaslıq;

Flukonazoldan gündə 400 mq və daha yüksək dozada dəfələrlə istifadə edən xəstələrdə flukonazol və

terfenadinin eyni vaxtda istifadəsi (təkrar istifadənin qarşılıqlı təsirinin öyrənilməsinin nəticələrinə

əsasən);

Flukonazol və QT intervalını uzadan və CYP3A4 fermenti (məsələn, sisaprid, astemizol, pimozid,

kinidin və eritromisin) ilə metabolizə olunan digər dərmanların eyni vaxtda istifadəsi.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Baş nahiyəsindəki kəmərvari dəmrov:

Flukonazol uşaqlarda dermatomikozun müalicəsi üçün tədqiq edilmişdir. Grizeofulvindən üstün

olmadığı göstərildi və ümumi müvəffəqiyyət nisbəti 20%-dən az idi. Buna görə flukonazol

dermatomikoz üçün istifadə edilməməlidir.

Kriptokokkoz

Flukonazolun digər lokalizə olunmuş kriptokokkozunun (məsələn, ağciyər və ya dəri kriptokokozu)

müalicəsində effektivliyinə dair dəlillər məhduddur, buna görə də bu cür xəstəliklərin müalicəsi üçün

dozalanma rejimi üçün heç bir tövsiyə yoxdur.

Dərin endemik mikozlar

Flukonazolun parakoksidioidomikoz, limfa-dəri sporotrixoz və histoplazmoz kimi digər endemik

mikozların müalicəsində effektivliyinə dair dəlillər məhduddur, buna görə də bu cür xəstəliklərin

müalicəsi üçün doza rejimi üçün heç bir tövsiyə yoxdur.

 

Sidikçıxarıcı sistemə təsiri

Dərman böyrək funksiyasının pozulması ilə xəstələrdə ehtiyatla istifadə olunur.

Böyrəküztü çatışmazlıq

Ketokonazolun böyrəküstü çatışmazlığa səbəb olduğu bilinir və nadir hallarda olsa da, bu həmçinin

flukonazola aid oluna bilər. Prednizonun eyni vaxtda müalicəsi ilə əlaqəli böyrəküstü çatışmazlığı.

 

Hepatobiliar sistemi

Flukonazol qaraciyər funksiyasının pozulması olan xəstələrə ehtiyatla təyin olunmalıdır.

Flukonazol, ilk növbədə ciddi yanaşı gedən xəstəlikləri olan pasiyentlərdə ölümcül nəticələr daxil

olmaqla nadir hallarda ciddi qaraciyər toksikliyi ilə əlaqələndirilmişdir.

Flukonazol ilə əlaqəli hepatotoksiklik hallarında, ümumi sutkalıq doza, müalicənin davametmə

müddəti, xəstənin cinsi və ya yaşı ilə dəqiq bir əlaqə müşahidə edilməmişdir.

Flukonazolun hepatotoksikliyi adətən terapiya dayandırıldıqdan sonra geri dönür.

Flukonazoldan terapiya zamanı qaraciyər funksiyasının testlərində normadan kənara çıxması inkişaf

etdirən xəstələr daha ciddi qaraciyər zədələnməsinin yaranması üzrə diqqətlə müşahidə olunmalıdır.

Xəstəyə ciddi qaraciyər xəstəliklərini (ciddi asteniya, iştahsızlıq, davamlı ürək bulanması, qusma və

sarılıq) göstərən simptomlar barədə məlumat verilməlidir. Bu vəziyyətdə flukonazol ilə müalicəni

tədricən dayandırıb, həkimə müraciət etmək lazımdır.

 

Ürək-damar sisteminə təsiri

Flukonazol daxil olmaqla bəzi azollar elektrokardiogramda QT intervalının uzanması ilə

əlaqələndirilir. Flukonazol istifadə edərkən çox nadir hallarda QT intervalının uzanması və "piruet"

tipli paroksizmal mədəcik taxikardiya halları bildirilmişdir. Bu cür məlumatlar, ürəyin struktur

pozğunluqları, elektrolit mübadiləsinin pozulması və QT intervalına təsir edən digər dərmanların eyni

vaxtda istifadəsi kimi bir çox risk faktorunun birləşməsi ilə ağır xəstəlikləri olan pasiyentlərə aiddir.

Dərman aritmiya riski olan xəstələrdə ehtiyatla istifadə olunur. Sitoxrom P450 CYРЗА4 fermentinin

vasitəsi ilə metabolizə olunan və QT intervalını uzadan dərmanlarla eyni vaxtda istifadəsi əks

göstərişdir.

 

Dermatoloji reaksiyalar

Flukonazolun istifadəsində bədxassəli eksudativ eritema (Stivens-Conson sindromu) və toksik

epidermal nekroliz (Layel sindromu) kimi eksfoliativ dəri reaksiyalarının inkişafı nadir hallarda

bildirilmişdir. QİÇS xəstələri bir çox dərman istifadə edərkən ağır dəri reaksiyalarının inkişafına daha

çox meyillidirlər.

 

Flukonazolun istifadəsi ilə əlaqələndirilə bilən səpgilər əmələ gələrsə, səthi göbələk infeksiyası olan

xəstələrdə dərmanın istifadəsi dayandırılmalıdır. Flukonazolun istifadəsi ilə əlaqələndirilə bilən

səpgilər meydana gəldikdə, invaziv/sistemli göbələk infeksiyası olan xəstələrin vəziyyəti diqqətlə

izlənilməli və bullöz səpgilər və ya polimorf eritema inkişaf edərsə, dərmanın istifadəsi dayandırılır.

Hiperhəssaslıq reaksiyaları

Flukonazolu istifadə etdikdə nadir hallarda anafilaktik reaksiyaların əmələ gəlməsi barədə məlumat

verilmişdir.

 

Sitoxrom P450 sisteminə təsiri

Flukonazol CYP2C9 ferment güclü inhibitoru və CYРЗА4 fermentin orta dərəcədə inhibitorudur.

Flukonazol həmçinin CYP2C19 fermentinin inhibitorudur.

CYP2C9, CYP2C19 və CYP3A4 iştirakı ilə metabolizə olunan dar bir terapevtik pəncərəsi olan

dərmanların və flukonazolun eyni vaxtda istifadəsində xəstələrin vəziyyətinin ciddi monitoringi

aparılmalıdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsirləri

Flukonazolun və aşağıdakı dərmanların eyni vaxtda istifadəsi əks göstərişdir.

Sisaprid, astemizol, pimozid, xinidin, eritromisin: yuxarıda göstərilən dərmanların və flukonazolun

eyni vaxtda istifadəsi QT intervalının uzanmasına, "piruet" tipli paroksismal mədəcik taxikardiyasına

və nəticədə qəfil ölümə səbəb ola bilər. Bu dərmanların kombinə şəklində istifadəsi əks göstərişdir.

Terfenadin: terfenadinlə eyni vaxtda gündə 200 mq dozada flukonazol tətbiq edildikdə, QT

intervalının uzanması aşkar edilmədi. Flukonazolun sutkada 400 mq və daha yüksək dozada

terfenadinlə eyni vaxtda istifadəsi qan plazmasında onun səviyyəsini əhəmiyyətli dərəcədə artırır ki,

bu da QT intervalının uzanması nəticəsində yaranan ağır ürək aritmiyalarına səbəb ola bilər.

Flukonazolun gündə 400 mq-dan aşağı bir dozada terfenadinlə eyni vaxtda istifadəsi zamanı xəstənin

vəziyyəti diqqətlə yoxlanmalıdır.

 

Flukonazolun sutkada 400 mq dozada terfenadinlə eyni vaxtda istifadəsi əks göstərişdir.

Amiodaron: flukonazolun amiodaronla eyni vaxtda istifadəsi amiodaronun metabolizminin inhibə

olunmasına səbəb ola bilər. Amiodaronun istifadəsi ilə QT intervalının uzanması arasında əlaqə

müşahidə edildi. Flukonazol və amiodaronun eyni vaxtda istifadəyə əks göstərişdir.

Flukonazolun və aşağıdakı dərmanların eyni vaxtda istifadəsi tövsiyə edilmir.

Halofantrin: flukonazol, CYP3A4 inhibə edərək qan plazmasında halofantrin konsentrasiyasının

artmasına səbəb ola bilər. Bu dərmanların eyni vaxtda istifadəsi potensial olaraq kardiotoksikliyin

inkişafına (QT intervalının uzanması, "piruet" tipli paroksismal mədəcik taxikardiyası) və nəticədə

qəfil ürək ölümünə səbəb ola bilər. Bu dərmanların kombinasiya şəklində istifadəsindən çəkinmək

lazımdır.

 

Flukonazolun və aşağıdakı dərmanların eyni vaxtda istifadəsi ehtiyatlılıq və dozaya düzəliş tələb edir.

Digər dərmanların flukonazola təsiri

Sümük iliyi transplantasiyası üçün eyni vaxtda qida istehlakı, simetidin, antasidlərin istifadəsi və ya

bütün bədənin daha da soyulması flukonazolun oral istifadəsi ilə udulmasına klinik cəhətdən

əhəmiyyətli təsir göstərmir.

 

Qarşılıqlı təsirlər üzrə tədqiqatlar göstərdi ki, flukonazolun peroral istifadəsi zamanı eyni vaxtda qida

qəbulu, simetidinin, antasidlərin istifadəsi və ya sümük iliyi transplantasiyası üçün bütün bədənin

şüalanması flukonazolun absorbsiyasına klinik əhəmiyyətli təsir etmir.

Rifampisin: flukonazol və rifampisinin eyni vaxtda istifadəsi AUC-nin 25% azalmasına səbəb oldu

və flukonazolun yarım xaricolma dövrünü 20% azaltdı. Dərman vasitələrinin eyni vaxtda istifadəsi

ilə flukonazolun dozasının artırılması tələb oluna bilər.

 

Hidroxlorotiazid: farmakokinetik qarşılıqlı əlaqənin tədqiq olunmasında, flukonazol ilə müalicə

olunan sağlam könüllülərdə hidroxlorotiazidin eyni vaxtda çoxsaylı istifadəsi qan plazmasında

flukonazolun konsentrasiyasını 40% artırdı. Bu cür qarşılıqlı əlaqə parametrləri eyni vaxtda

diuretikləri qəbul edən xəstələrdə flukonazolun dozalanma rejimində dəyişiklik tələb etmir.

 

Flukonazolun digər dərman vasitələrinə təsiri

CYP2C9 və CYP3A4 tərəfindən metabolizə olunan dərmanlar: flukonazol, CYP2C9 fermentinin və

orta dərəcədə CYP3A4 fermentinin inhibitorudur. Həmçinin, flukonazol CYP2C19 fermentinin

inhibitorudur. CYP2C9 tərəfindən metabolizə olunan digər birləşmələr, o cümlədən, cəzahir

bənövşəsi alkaloidləri, alfentanil, kalsium kanallarının blokatorları, everolimus, sirolimus (həmçinin

P-qlikoproteinin inhibə edilməsi ilə), takrolimus, qeyri-steroid iltihab əleyhinə maddələr (məsələn,

naproksen, lornoksikam, meloksikam, diklofenak, flurbiprofen), sakvinavir (həmçinin P-qlikoproteini

inhibə etməklə) flukonazol ilə eyni vaxtda istifadə edildikdə qan plazmasında onların

konsentrasiyasının artma riski mövcuddur.

 

Hamiləlik və ya laktasiya dövründə istifadəsi

 

Hamiləlik

Müşahidəli bir araşdırma, ilk trimesterdə flukonazol alan qadınlarda spontan abort riskinin artdığını

göstərdi. Üç və ya daha çox ay ərzində koksidioidomikoz zamanı flukonazolu yüksək dozalarda

(gündə 400-800 mq) qəbul edən anaların körpələrində çoxsaylı anadangəlmə anomaliyalar

(braxisefaliya, qulaq displaziyası, nəhəng ön əmgək, bud sümüyünün əyriliyi və mil-bazu sinostozu)

barədə məlumat verilmişdir. Flukonazolun istifadəsi ilə bu hallar arasındakı əlaqə müəyyən

edilməmişdir.

 

Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyi göstərdi.

Hamiləlik dövründə xüsusi ehtiyac olmadıqda flukonazolun adi dozaları və flukonazoldan qısa

müddətli müalicə kursları istifadə edilməməlidir.Həyat üçün təhlükəli infeksiyaların müalicəsi

istisna olmaqla, hamiləlik dövründə yüksək dozadaflukonazol və/və ya uzun müddətli

flukonazol müalicəsi tətbiq edilməməlidir.

 

Laktasiya dövrü

Flukonazol ana südünə keçir və qan plazmasından daha az konsentrasiyaya çatır.

150 mq flukonazolu birdəfəlik qəbul etdikdən sonra ana südü ilə qidalanma davam etdirilə bilər.

Təkrar istifadədən sonra və ya yüksək dozada flukonazolu qəbul etdikdən sonra ana südü ilə

qidalanma tövsiyə edilmir.

 

Fertillik

Flukonazol dişi və erkək siçovulların fertilliyinə təsir göstərməmişdir.

 

Nəqliyyat vasitələrini və ya digər mexanizmləri idarə edərkən reaksiya sürətinə təsiretmə

qabiliyyəti

Flukonazolun nəqliyyat vasitələrini idarə etmək və ya digər mexanizmlərlə işləmək qabiliyyətinə

təsiri ilə bağlı heç bir tədqiqat aparılmamışdır. Xəstələrə dərmanı istifadə edərkən başgicəllənmə və

ya qıcolma ehtimalı barədə məlumat verilməlidir. Belə simptomlar əmələ gəldikdə nəqliyyat

vasitələrini və ya digər mexanizmləri idarə etmək tövsiyə edilmir.

 

İstifadə qaydası və dozası

Doza göbələk infeksiyasının xarakteri və ağırlığından asılı olmalıdır. Dərmanın təkrar istifadəsi lazım

olarsa, göbələk infeksiyasının aktivliyinin klinik və laborator təzahürləri yox olana qədər

infeksiyaların müalicəsi davam etdirilməlidir. Müalicənin kifayət dərəcədə olmayan müddəti aktiv

yoluxucu prosesin yenidən başlamasına səbəb ola bilər.

 

Böyüklər

Kriptokokk meningiti: dərman vasitəsi ilk gün 400 mq dozada, sonrakı günlərdə 200-400 mq dozada

istifadə olunur. Həyati təhlükəli infeksiyalarda sutkalıq doza 800 mq-a qədər artırıla bilər. Müalicənin

davametmə müddəti 6-8 həftədir.

Yüksək riskli xəstələrdə kriptokokk meningitinin təkrarlanmasının qarşısını almaq üçün: dərman

gündə 200 mq dozada məhdudiyyətsiz müddət ərzində istifadə olunur.

Koksidioidoz: dərman gündə 200-400 mq dozada istifadə olunur. Bəzi infeksiya formalarının,

xüsusən də meningitin müalicəsi üçün sutkalıq doza 800 mq-a qədər artırıla bilər. Müalicənin

davametmə müddəti xəstənin vəziyyətindən asılı olaraq 11-24 ay və ya daha çox.

İnvaziv kandidozlar: dərman ilk gündə 800 mq dozada, sonrakı günlərdə 400 mq dozada istifadə

olunur. Müalicənin davametmə müddəti, adətən, qan kulturunun ilk mənfi nəticələrindən sonra və

kandidemiya əlamətlərinin ləğv olmasında 2 həftə təşkil edir.

 

Doza həddinin aşılması

Flukonazolun doza həddinin aşılması nəticəsində hallüsinasiyaların və paranoidal davranışların

əmələ gəlməsi barədə məlumat verilmişdir.

Müalicə: simptomatik dəstəkləyici terapiya və lazım olduqda - mədənin yuyulması. Flukonazol,

əsasən, sidiklə xaric olur, buna görə sürətləndirilmiş diurez dərmanın xaric olunmasını sürətləndirə

bilər. 3 saatlıq hemodializ seansı qan plazmasında flukonazol səviyyəsini təxminən 50% azaldır.

 

Buraxılış forması

1 tablet blisterdə. 1 və ya 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

30°С-dən yüksək olmayan temperaturda, orijinal qutusunda, quru və uşaqların əli çatmayan yerdə

saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərtləri

Resept əsasında buraxılır.

 

İstehsalçı

Medipharco Pharmaceutical JSC, Vietnam.

08 Nguyen Truong to street-Phuoc Vinh ward-Hue city, Vietnam.

Qeydiyyat vəsiqəsinin sahibi

Ukrfarmexport LLC, Ukraine.

02225, Kyiv, Saburova 19, house 3, Ukraine.