pharmed
ESPUMIZAN 40MG N25 CAP
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ESPUMİZAN 40mq yumşaq kapsullar
ESPUMISAN®
Beynəlxalq patentləşdirilməmiş adı: Simeticone
Tərkibi
Təsiredici maddə: 1 yumşaq kapsulun tərkibində 40 mq simetikon vardır.
Köməkçi maddələr: metilparahidroksibenzoat, jelatin, qliserin (85%-li), xinolin sarısı, 70% (E104),
"günəş qürubu" sarıs; FCF, 85% (E110).
Təsviri
Xətti və hamar səthi, nominal diametri 5 mm olan yumru, sarı rəngli yumşaq jelatin kapsullardır.
Kapsulun möhtəviyyatı azca bulanıq ola bilən özlü, rəngsiz mayedir. Farmakoterapevtik qrupu
Qazqovucu vasitə.
ATC kodu: A03AX13.
Farmakoloji xüsusiyyətləri
Espumizan® kapsullar preparatının tərkibində mədə-bağırsaq traktı tərəfindən pozğunluqları aradan qaldıran və diaqnostik müayinələr üçün köməkçi vasitə olan simetikon vardır. Təsiredici maddə - simetikon – sıyığabənzər möhtəviyyatda və həzm traktının seliyində olan qaz qabarcıqlarının dağılmasına səbəb olur. Bu zaman ayrılan qazlar bağırsaq divarı tərəfindən udula və peristaltika nəticəsində xaric edilə bilər. Qazəmələgəlmə prosesinin güclənməsi ilə bağlı şikayətlər mədə-bağırsaq traktı pozğunluqlarının funksional əlaməti ola bilər və təzyiq və ya dolma hissi, vaxtından qabaq doyma hissi, gəyirmə, qarında qurultu, qarının şişməsi ilə özünü biruzə verə bilər.
İstifadəsinə göstərişlər
Qazəmələgəlmə prosesinin güclənməsi nəticəsində mədə-bağırsaq traktı tərəfindən şikayətlər zamanı, məsələn qazəmələgəlmə (meteorizm) və ya qazların toplanması, dolma hissi olduğu halda simptomatik müalicə üçün. Qarın boşluğu orqanlarının diaqnostik müayinəyə, məsələn rentgenoqrafiya və sonoqrafiyaya (USM), hazırlanması. Espumizan® kapsullar 6 yaşdan yuxarı uşaqlar, yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub.
Əks göstərişlər
Simetikona, "günəş qürubu" sarısına FCF (E110), metilparahidroksibenzoata (E218) və ya preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq, bağırsaq keçməməzliyi, 6 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatı qəbul etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Qarın boşluğu orqanları tərəfindən şikayətlər yaranarsa və ya üzun müddət davam edərsə, həkimə müraciət edin. O, şikayətlərin səbəbini və müalicə tələb edən xəstəliyin mövcudluğunu təyin edə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri barədə məlumat yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Simetikonun təsir mexanizmi və mədə-bağırsaq traktından orqanizmə əhəmiyyətsiz dərəcədə sorulması ilə əlaqədar olaraq hamiləlik və laktasiya dövründə Espumizan® kapsullarının istifadəsi nəticəsində negativ təsirlərin yaranmasından qorxmaq lazım deyil. Espumizan® kapsullarının hamilələrdə istifadəsi haqqında heç bir klinik məlumat mövcud deyil.
Pediatriyada istifadəsi
Espumizan® kapsullarının 6 yaşdan kiçik uşaqlarda və körpələrdə istifadəsi tövsiyə edilmir. Satışda bunun üçün digər dərman formaları var.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Espumizan® kapsulları nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir və ya cüzi təsir göstərir.
İstifadə qaydası və dozası
Tövsiyə olunan doza Qazəmələgəlmə prosesinin güclənməsi nəticəsində mədə-bağırsaq traktı tərəfindən şikayətlər, məsələn qazəmələgəlmə (meteorizm) və ya qazların toplanması, dolma hissi olduğu halda müalicə üçün: Yaş Dozalanması İstifadə tezliyi 6 yaşdan yuxarı uşaqlar, yeniyetmələr və böyüklər 2 kapsul (80 mq simetikona müvafiqdir) gündə 3-4 dəfə Qarın boşluğu orqanlarının diaqnostik müayinəyə, məsələn rentgenoqrafiya və sonoqrafiyaya (USM), hazırlanması üçün: Müayinənin aparılmasından 1 gün əvvəl Müayinə günü səhər saatlarında 2 kapsul gündə 3 dəfə (240 mq simetikona müvafiqdir) 2 kapsul (80 mq simetikona müvafiqdir) Espumizan® kapsulları yemək zamanı və ya yeməkdən sonra, ehtiyac yarandıqda yuxuya getməzdən əvvəl qəbul edin. Qeyd: Espumizan® kapsulları əməliyyatdan sonra da qəbul etmək olar. Preparat şikayətlər aradan qaldırılana qədər qəbul edilməlidir. Ehtiyac olduğu halda uzun müddət ərzində qəbul edilə bilər. Əgər müalicə effektinin çox güclü və ya çox zəif olduğunu düşünürsünüzsə, bu barədə müalicə həkiminizə və ya əczaçıya məlumat verin. Əgər Siz Espumizan® kapsulunun qəbulunu unutmuşsunuzsa, buraxılmış dozanı istənilən vaxtı qəbul edə bilərsiniz. Əgər preparatın istifadəsi ilə bağlı hər hansı bir sualınız yaranarsa, həkimə və ya əczaçıya müraciət edin.
Əlavə təsirləri
İndiyə qədər Espumizan® kapsullarının qəbulu ilə bağlı heç bir əlavə təsir müşahidə olunmamışdır. Rəngləyici "günəş qürubu" sarısı (E110) allergik reaksiyalara səbəb ola bilər. Metilparahidroksibenzoat (E218) yüksək həssaslıq reaksiyalarının meydana çıxmasına səbəb ola bilər, o cümlədən ləng gedişli. Hər hansı bir əlavə təsir meydana çıxarsa həkimə və ya əczaçıya müraciət edin. Bu, mümkün ola biləcək bütün əlavə təsirlərə aiddir – o cümlədən içlik vərəqədə qeyd edilməyən.
Doza həddinin aşılması
Espumizan® kapsulları ilə doza həddinin aşılması zamanı zəhərlənmə halları demək olar ki, mümkün deyil. Espumizan® kapsullarının hətta yüksək dozaları orqanizm tərəfindən yaxşı qəbul olunur. Espumizan® kapsullarının təsiredici maddəsi simetikon mədə-bağırsaq traktında olan köpüyü, yalnız fiziki yolla parçalayır. Bağırsaqdan keçərkən simetikon orqanizmə sorulmur və kimyəvi və ya bioloji dəyişikliklərə uğramır.
Buraxılış forması
25, 50 və ya 100 yumşaq kapsul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Satışda qablaşdırmanın bütün ölçüləri olmaya bilər.
Saxlanma şəraiti
300 C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Preparatın utilizasiyası zamanı onun axar sulara və məişət tullantılarına düşməsinin qarşısını almaq lazımdır. Daha lazım olmayan preparatın utilizasiyası ilə bağlı əczaçı ilə məsləhətləşin. Bu tədbirlər ətraf mühitin qorunmasına səbəb olur.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Catalent Germany Eberbach GmbH. Gammelsbacher Strasse 2. 69412 Eberbach, Almaniya.
Swisscaps Romania srl. Str. Carol I nr.1. Comuna Cornu. Jud. Prahova 107180, Rumıniya.
Qeydiyyat şəhadətnaməsinin sahibi
BERLİN-XEMİ AG. Qliniker Veq 125. 12489 Berlin, Almaniya.