pharmed
Alflexil
ALFLEXİL
Tibbi vasitənin istifadəsinə dair təlimat
Tərkibi: 100 ml-də
Glukozamin sulfat - 2%
Bosvelia serrata - 2%
MSM-2%
Metilsalisilat - 1%
Mentol - 1%
Zeytun yağı - 40%
Kamfora-12%
Evkaliptol (sineol) - 8.9%
Muskat qozu yağı - 3.4%
Tuya yağı - 2.9%
Şam ağacı efir yağı - 30.9%
Kǝkliotu yağı - 0.6%
İzomentol - 18.6%
Köməkçi maddələr: Etearil Alkol, Propilen qlikolerol, Günəbaxan toxumu yağı, Qliserin, Qliseril Stearat, Setearet-25, Fenoksietanol, Kaprilil Qlikol, Adi dazıotu yağı, Adi kəklikotu yaprağı Yağı, Lavanda yağı, Pantenol, Vanilil butil eter, Ətir, deionizə su.
Xüsusiyyətləri:
Qlükozamin sulfat
Qlükozamin sulfat birləşdirici toxumanın əsas struktur materialıdır. O əsasən, oynaq qığırdaqlarında, bağlarda, vətərlərdə, damarların divarında, bronxlarda, dəridə və selikli qişalarda çoxluq təşkil edir. Qlükozamin sulfat yüksək biomənimsənilməyə malikdir. Dəri səthinə sürtüldükdə yaxşı sorulma qabiliyyətinə malik olduğundan, sorulduqdan sonra qlükozaminlə bağlı vacib komponentlərin sintez olunduğu qığırdaq və digər toxumalar- da toplanır. Qlükozamin sulfat orqanizm üçün təhlükəsizdir və müxtəlif tədqiqatlara əsasən revmatik xəstəlklərin korreksiyasında uzunmüddətli istifadə oluna bilər.
Metilsufonilmetan (MSM) - orqanizmdə birləşdirici və digər toxumaların formalaşmasında və funksiyalarının normal- laşmasında əvəzolunmaz rola malik, tərkibində kükürd saxlayan üzvi birləşmədir. MSM orqanizmdə əsasən qığırdaq, dırnaq, dəri və yumşaq toxumalarda çoxluq təşkil edir. Orqanizmdə yaş artdıqca MSM-in konsentrasiyası azalır. Digər kükürd saxlayan maddələrdən fərqli olaraq MSM heç bir qoxuya və qaz əmələgətirmə xüsusiyyətinə malik deyil və toxumaların hər hansı qoxu verməsi müşahidə olunmur. MSM kollagen sintezində, hüceyrələrdə oksidləşmə reaksiyalarında, karbohidrat mübadiləsində və turşu-qələvi balansının qorunmasında əvəzolunmaz rola malikdir. MSM əzələlərin və vətərlərin qan təchizatını və normal iş fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Oynaqların hərəkətliliyini artırır.
Boswelliya serrata ekstraktı - tərkibindəki bosvelin turşusu sayəsində oynaq xəstəliklərinin, osteoxondroz, artrit və revmatizmin müalicəsində yüksək effekt göstərir. Bununla yanaşı damar divarını möhkəmləndirərək qan dövranını yaxşılaşdırır. Dayaq-hərəkət aparatının hərəkətliliyini artırır, sümükləri və əzələləri möhkəmləndirir.
İstifadəsinə tövsiyələr:
Osteoartroz (birincili və ikincili, müxtəlif lokalizasiyalı - koksartroz, qonartroz)
Artrit. Revmatoid artrit. Poliartrit. Periartrit
Osteoxondroz, spondilyoz
Revmatik ağrılar
Burxulma və dartılmalar
Nevralgiya, lyumbaqo, işias
Miozit, fibromialgiya
Əzələ, oynaq və oynaqətrafı yumşaq toxumaların travmaları
Oynaqlarda aparılan əməliyyatlardan sonrakı reabilitasiya zamanı
Əks göstərişləri: Tərkibindəki hər hansı komponentə qarşı həssaslıq.
Əlavə təsirləri: Nadir hallarda allergik reaksiyalar.
İstifadə qaydasi:
Gün ərzində 2-4 dəfə travma və ya xəstəlik müəyyən edilən nahiyələrə sürtülur.
Xüsusi göstərişləri:
Tərkibindəki komponentlərdən hər hansı birinə qarşı allergik reaksiya olduqda həkimlə məsləhətləşmək lazımdır.
Buraxılış forması:
Alflexil krem 100 ml həcmə malik qablaşmada və içlik vərəqi ilə birlikdə karton qutularda qablaşdırılır.
Saxlanma qaydası:
Quru və uşaqların əli çatmayan yerdə 25°C-dən yuxarı olmayan temperaturda saxlanılmalıdır.
İstehsalçı:
İlaçsan Medikal Sanayi ve Dış Ticaret Limited Şirketi.
İstehsalçının ünvanı: Osmangazi Mah.2684. SK. A Blok NO: 3 İç Kapi No. 4, Esenyurt/İstanbul/Türkiyə
GESFRELEB GmbH Almaniya şirkətinin sifarişi əsasında hazırlanmışdır.